Məhkəmə qərarları › İş №2(103)-3684/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3684/2025

29.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3684/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3684/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı X3 Cavabdehnə qarşı "borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 509/2025 nömrəli 23 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi qeyd edilmişdir. X5 aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 36720 kub.metr qaz itkisi hesablanmışdır.

2. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi qeyd edilmişdir. X5 aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 6120 kub.metr qaz itkisi hesablanmışdır.

3. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi qeyd edilmişdir. X5 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 4536 kub.metr qaz itkisi hesablanmışdır.

4. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi qeyd edilmişdir. X5 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 1512 kub.metr qaz itkisi hesablanmışdır.

5. xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi qeyd edilmişdir. X5 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 4608 kub.metr qaz itkisi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış borcun silinməsi və etdiyi ödənişlərdən aparılan tutmaların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra X6 xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 6.673,26 manat silinməsi və etdiyi ödənişlərdən aparılan tutmaların ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdən qaz xəttinin üzərinə quraşdırılmış ZENNER tipli, G4 markalı **********810 nömrəli qaz sayğacı vasitəsilə qazdan istifadə ediblər. Borcun hesablandığı ünvanda təmirsiz bir otaqlı ev vardır. Ev yaşayış üçün yararsızdır. Evdə 1 ədəd dörd gözlü qaz plitəsi, 1 ədəd qənaətli su qızdırıcısı var və istifadə olunmuşdur. Evi qızdırmaq üçün elektrik qızdırıcıdan istifadə olunmuş, evdə daimi yaşayış olmamışdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş ziyanın bərpasına dair tələbnamələrdə onun ümumilikdə 53493 kub metr qaz istifadə etdiyi qeyd edilmiş və ona 6673,76 manat borc hesablanmışdır. Borcun nə üçün hesablanması barədə bilmir. Kənar xəttdən istifadə etməmişdir

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2025-ci il tarixli 2(003)-509/2025 nömrəli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçı X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanına (abonent kodu **********00088) əsassız olaraq hesablanmış 6.673,26 (altı min altı yüz yetmiş üç manat iyirmi altıqəpik) manat məbləğində borcun silinməsi, 86,73 (səksən altı manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh İB qaz xəttini şəbəkədən ayırıb qaz sayğacından qeyri-qanuni istifadə ilə bağlı aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlanmalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdir.Bu səbəblərdən məhkəmə hesab etmişdir ki, X3 iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 6.673,26 manat borc silinməlidir.

11. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı etdiyi ödənişlərdən aparılan tutmaların ona qaytarılması barədə tələb irəli sürsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 77.1, 119.2, 216-220, 360, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətlərinəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuşaktlar əsasında ümumilikdə 6973,26 manat (qalıq və aktlara görə) manat ziyan hesablanmışdır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

17. Cavabdeh birliyin nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin 6673,26 manat borcun silinməsini qət etməsində səhv etdiyini, iddiaçının hazırda 6600,96 manat borcu olduğunu qeyd etmişdir. Borc məbləğinin müəyyən edilməsi zamanı X2 mütəxəssis dəvət edilmədən qətnamə qəbul edildiyinin nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

19. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

20. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

23. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

24. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

25. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

26. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

27. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

28. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

29. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Cavabdeh qətnamənin iddianın təmin edilən hissəsindən şikayət vermiş, həmin hissədə onun ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

36. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

38. Göründüyü kimi iddiaçıya məxsus ünvan üzrə sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara görə mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır.

39. İddiaçıya aid Abonent saldosundan görünür ki, ilk dəfə xx.xx.2023-cü il tarixdə akt tərtib olunarkən həmin ay üçün iddiaçının ayın əvvəlinə 391,8 manat, qalıq və aktlar üzrə isə 4406,4 manat olmaqla, cəmi ayın sonuna 4798,2 manat borcu vardır.

40. xx.xx.2023-cü il tarixdə akt tərtib olunarkən həmin ay üçün iddiaçının ayın əvvəlinə 4798,2 manat, qalıq və aktlar üzrə isə 734,4 manat olmaqla, cəmi ayın sonuna 5532,6 manat borcu vardır.

41. xx.xx.2023-cü il tarixdə akt tərtib olunarkən həmin ay üçün iddiaçının ayın əvvəlinə 5532,6 manat, qalıq və aktlar üzrə isə 544,32 manat olmaqla, cəmi ayın sonuna 6076,92 manat borcu vardır.

42. xx.xx.2023-cü il tarixdə akt tərtib olunarkən həmin ay üçün iddiaçının ayın əvvəlinə 6258,36 manat, qalıq və aktlar üzrə isə 181,44 manat olmaqla, cəmi ayın sonuna 6439,8 manat borcu vardır.

43. xx.xx.2023-cü il tarixdə akt tərtib olunarkən həmin ay üçün iddiaçının ayın əvvəlinə 6439,80 manat, qalıq və aktlar üzrə isə 552,96 manat olmaqla, cəmi ayın sonuna 6992,76 manat borcu vardır.

44. Göründüyü cavabdehin əməkdaşları tərəfindən iddiaçı barəsində ilk dəfə akt tərtib olunarkən 391,80 manat borcu artıq mövcud olmuş, həmin borc təbii qazdan istifadəyə görə hesablanmış debitor borc olmuşdur.

45. Aktlar üzrə isə müvafiq olaraq ardıcıllıqla 4406,4 manat, 734,4 manat, 544,32 manat, 181,44 manat və 552,96 manat, cəmi 6.419,52 borc hesablanmışdır.

46. Göründüyü kimi, qeyd edilən aktlar üzrə hesablanmış ümumi borc 6419,52 manat təşkil edir.

47. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, borcun aktlar üzrə hesablanmasında yanlışlığa yol vermişdir. Kollegiya hesab edir ki, borcun məbləğini dəyişdirilərək 6419,52 manat müəyyən olunmalıdır.

48. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, onun dəlilləri əsassızdır.

49. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

50. Baxılan iş üzrə isə tərtib edilmiş bütün aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.

51. Göründüyü kimi, cavabdeh iddiaçının təqirli hərəkətləri nəticəsində ona ziyan dəydiyini qeyd etsə də, cavabdeh həmin təqsirli hərkətləri sənədləşdirməmiş, birtərəfli qaydada istehlakçının iştirakını etmədən aktlar tərtib etmişdir. Aktlarda istehlakçının akı imza etməkdən imtina etdiyi qeyd edilsə də, aktlarda bu hal öz təsdiqini tapmır.

52. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

53. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 54.Həmin qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 55.Qanunun 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

56. Birinci instansiya məhkəməsi iddia tələbini 6.673,26 manat borcun silinməsi hissəsində, belə olan halda dövlət rüsumu 86,73 manat təşkil etmişdir.

57. Hazırda silinməli borcun məbləği 6419,52 manata dəyişdirildiyindən, müvafiq olaraq cavabdehdən tutulmalı olan dövlət rüsumu da dəyişdirilərək 84,19 manat müəyyən edilməlidir.

58. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-509/2025 nömrəli 23 aprel 2025-ci il tarixli qətnaməsi - Cavabdeh tərəfindən iddiaçı X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanına (abonent kodu **********00088) əsassız olaraq hesablanmış 6.673,26 manat məbləğində borc silinsin. 86,73 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin.” - hissələrində dəyişdirilsin. Cavabdeh tərəfindən iddiaçı X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanına (abonent kodu **********00088) əsassız olaraq hesablanmış 6419,52 manat məbləğində borc silinsin. 84,19 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar