Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3690/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), X7 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı Lemaranovnanın, iddiaçının nümayəndəsi vəkil X6, cavabdeh Cəmilova (Pastuxova) Zera Lemaranovnanın və nümayəndəsi vəkil X3 iştirakları ilə, İddiaçı Lemaranovnanın Cavabdeh1, Cəmilova (Pastuxova) Zera Lemaranovnaya, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsə hesab olunması və daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7404/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı Lemaranovna tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarşı iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7404/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İddiaçı Lemaranovna apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X9 ərizə verərək, onun birinci instansiya məhkəməsində verdiyi iddianın tam və dəqiq olmaması, onun birinci olaraq cavabdehlərə verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirilməli olduğu, bu səbəbdən hazırda baxılan işlə bağlı iddiadan (gələcəkdə təkrarən məhkəməyə müraciət etmək hüququnu saxlamaqla) imtina etdiyini və məhkəməyə təqdim etdiyi sənədləri, o cümlədən notariat işinin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cəmilova (Pastuxova) Zera Lemaranovnanın nümayəndəsi vəkil X4 ərizəyə etiraz etməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadanimtinaetməsi qanunaziddolmadığındanvəyahərhansıbirşəxsinhüquqlarınıvəqanunlaqorunanmənafeyinip ozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığındanmülki işin icraatına xitam verilməli, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərclərinin onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Lemaranovnanın iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7404/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3690/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3690/2020
19.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver