Məhkəmə qərarları › İş №2(103)-3692/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3692/2021

26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3692/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X14 (sədrliyi və məruzəsi ilə), Şirinov İkram Sabir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili X5, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi vəkil X3 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı X6 ilkin iddia üzrə cavabdeh X28 qarşı “çıxarışın ləğvi, pulun geri qaytarılması və mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X21 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun bərpası və mənzildən çıxarılma” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı X15 ilkin iddia üzrə cavabdeh X28 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 saylı evin çıxarışının ləğv edilməsini, həmin mənzilə sahiblik hüququnun bərpasını və ya verdiyi 49000 manat pulun cavabdehdən tutularaq qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı X39 qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin olunaraq cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və mənzildən çıxarılma tələbini təmin olunmasını, ilkin iddia üzrə iddiaçı X7 ona qarşı qaldırdığı "çıxarışın ləğvi, pulun geri qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.09.2020-ci il tarixli arayışına əsasən, X39 ünvan 1 ünvanında qeydiyyatdadır (səh.5); Göyçay RPŞ tərəfindən 21 iyun 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən, İddiaçı, Göyçay rayonu potu kəndində qeydiyyatdadır (səh.6); doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətlərinə əsasən, 31.10.1981-ci il təvvəlüdlü X30, 27.04.1983-cü il təvəllüdlü X31 və 25.07.1984-cü il təvəllüdlü X22 İddiaçı övladlarıdır (səh.86-87); X1, X16, X32 və X40 tərəfindən imzalanmış 16.10.2020-ci il tarixli aktlara əsasən, iddiaçı faktiki olaraq Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi bina 28 mənzil 20 də yaşayır (səh.55-57); Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 28, 20 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 2188 nömrəli reyestrlə qeydiyyata alınmışdır (səh.40); Bakı şəhəri 9 saylı Notariat Kontorunun məktubuna əsasən, mərhum 01.04.1937-ci il təvəllüdlü, 02.01.2014-cü il tarixdə vəfat etmiş X23 vərəsəlik işi ilə əlaqədar olaraq onun miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı kontora yazılı ərizə ilə müraciət ediliərək vərəsənin dairəsi müəyyən edilib və onun vərəsəsi qardaşı oğlu X39 olduğu müəyyən edilmişdir (səh.46); daşınmaz əmlakın icbari sığortası haqqında BA № 381658 seriyalı şəhadətnaməyə əsasən, ünvan 3 də yerləşən mənzil X21 adına sığorta olunmuşdur (səh.42); “xxxx” ASC və “xxxx” ASC tərəfindən təqdim edilmiş bildiriş xəbərdarlığa əsasən, ünvan 3 ünvanının işıq və su xəttləri X21 adına qeydiyyata alınmışdır; Xaçmaz rayon Q və ŞV Bölməsi tərəfindən 19 aprel 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13548320 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən, X10 rayonu turist qəsəbəsində qeydiyyatdadır (səh.28); doğum haqqında şəhadətnamənin surətinə əsasən, mənzilin əvvəlki mülkiyyətçisi X41 1937-ci ildə Xaçmaz rayonu, Yalama kəndində doğulmuşdur (səh.92); 22.10.2020-ci il tarixli ödəniş qəbzinə əsasən, cavabdeh məhkəmədə qarşılıqlı idda qaldırmaq üçün 10 (on manat) manat məbləğində dövlət rüsumu ödəmişdir (səh.23). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X6 ilki iddia üzrə cavabdeh X28 qarşı "çıxarışın ləğvi, pulun qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair ilkin iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılqlı iddia təmin edilmiş, X6 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 28, 20 saylı mənzildən çıxarılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76.1, 76.2, 77, 119, 217-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152, 157 -ci maddələrinə; İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi ilkin iddiaçının həmin mənzilə dair çıxarışın ləğvi, verdiyi pulun geri qaytarılması və ya mənzilə sahiblik hüququnun bərpası tələbi əsassızdır. Belə ki, ilkin iddiaçının tələbindən də göründüyü kimi iddia edilən mənzilin İddiaçı məxsus olması barədə hər hansı hüquqmüəyyənedici mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən ilkin iddiada qeyd edilən tələb təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının mənzilə dair çıxarışının və digər komunal ödənişlər barədə qəbzlərin mövcud olması ona əsas verir ki, qarşılıqlı idida tələbi təmin edilməldir. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30.11.2020-ci il tarixli qətnaməsinin ləğvini və Nərimanov rayonu,Əhməd Rəcəbli 28, mənzil 20 saylı evin çıxarışının ləğv edilməsini, həmin mənzilə sahiblik hüququmun bərpasını və ya onun verdiyi 49000 manat pulunun cavabdehdən tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 425, 427, 428, 434.1,439, 445, 448-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin İş № 2(005)-3696/2020 saylı 30.11.2020-ci il tarixli qətnamədə qeyd olunmuşdur ki, o, kirayəşin kimi həmin sözü gedən mənzildə yaşamışdır. Əgər bu belədirsə nəyə görə qarşı tərəf onunla kirayə müqviləsi bağlamayıb. Onunda əlində dəlil subutu olmalıdır.Əgər sözü gedən kirayə müqaviəsi yoxdursa, deməli qarşı tərəf onu aldadıb inamından sui-istifadə edib evi ona satıb pulunu alıb indi isə nə evi nədə pulunu geri vermir. Belə haqsızlıq ədalətsizlik ola bilməz. O, pulunu verib mənzil almışdır. Əvəzində sənəd verməliydi verməyib. O, hüquqlarını bilməmiş, qarşı tərəf onu aldadıb. Neçə illərdir bəlkədə ömrümün yarısı həmin evdə keçib.Nə qədər şahid lazımdır məhkəməyə təqdim edə bilər. Dəfələrlə hakimdən xahiş etdi ki, onun xeyrinə danışan şahidləri var onlar gəlib mənbəmə prosesində iştirak edib öz fikirlərini desinlər. Lakin bunları hakim nəzərə almadı. Hər formada dəlil sübutları var. Məhkəmədə hakim onu dinləmir, qarşı tərəfin nümayəndəsi və vəkilini əsasən dinləyir, onunla hətta koridorda belə görüşüb söhbətləşir, ikilikdə gizli olaraq danışırdıİar. Bu hallar qanunvericiliyə ziddir, yolverilməzdir. Hakim dəlil sübutlarını təqdim etməyə belə vaxt vermədi, xəbəri olmadan tələsik qətnamə çıxardı.Qətnamə ilə qəti razı deyil, iddiaçı kimi onun hüquqları hakim tərəfindən hansı səbəbə görə pozuldu, min bir əziyyətlə toplayaraq verdiyi pulları heçə sayaraq belə qanunsuz qətnamə qəbul etdi. Hesab edir ki, bu qətnamə ədalətsizdir. 39000 manat pulu ev sahibinə verdikdən sonra,yəni ev sahibi rəhmətə gedəndən sonra qalan pulu hər ay olmaqla artıqlamasıyla X21 yoldaşı Samirəyə qızına və qayınanasına vermişdir. Yəni 49000 manat bütövlükdə evi almaq məqsədi ilə vermişdir. Əlavə olaraq onu da qeyd edir ki, o, İddiaçı üç uşaqlı anadır. O fikrini söylədikdən sonra yəni son məhkəmə prosesində hakim vəkilə sual verdi ki, onun yəni X21 oğlu var ? hakim onun söylədiyindən sonra cavabdehin vəkilinə sual verdi ki, həqiqətən uşağı yəni oğlu var. Vəkil isə cavab verərək onun uşağı saxtadır dedi. Şahid qismində Qasımov Sabirin qardaşı qızı Məhkəmə prossesində iştirak edəcək X2 və onun qızı X33. Onlar öz iştirakı onun sözlərinin doğruluğunu təsdiqləyəcəklər. 12.12.2019-cu ildə o, Rusiyaya getmişdir. 15.12.2019-cu ildə isə Bakıya qayıtmışdır. Onun Rusiyaya getmək məqsədi oğlunun sənədlərinin qaydasaında olmadığını söyləmək və onu aldatdıqlarını onlara söyləməyə getmişdir. Çünki onlar zamanında onun evlə bağlı pulunu alıb sənədini verməmişlər. Oİara onun cəmi borcu 1000 AZN manat idi, o da sonda sənədi aldıqdan sonra verməli idi. Lakin sonradan öyrəndi ki, onu aldadıb həm küllü miqdarda pulunu alıblar həm də onun sənədi verməyiblər. O, Rusiyada olanda cavabdehin heç bir qanuni sənədi yox idi, onların hamısı o, qayıdandan sonra əldə etmişdir. İşıq pulunu, su pulun qaz pulunu, hamısını rəhmətliyin adına o ödəyirdi. O, hardan bilərdi ki, bu adam qəflətən rəhmətə gedəcək. Rəhmətliyin yəni Qadirin qardaşının arvadı X24 yəni Tacirin arvadının, X34 ilə Whatsapp səs yazılarına əsasən fikirləri vardır onları da məhkəməyə dəlil subut olaraq təqdim edir. Səs yazısında Qadirin qardaşı arvadı Nargilə Rus dilin yaxşı bildiyinə görə X25 məcbur edirlər ki, sözü gedən evdən yəni o, yaşadığı evdən atası evindən imtina etməsinə məcbur edirlər. Bu sübutu da viləşqa ilə təqdim edir. Ona görə də Andreyin bütün telefon danışıqları və yazışmaları məhkəmə tərəfindən müvafiq orqanlar sorğu göndərilərək çıxarılmasını xahiş edir. O, Nərimanov Rayon Məhkəməsində yəni məhkəmə prosesində hakimə bütün şahidləri hətta notarialnı təsdiqlənmiş gətirim dedi lakin hakim heç birin qəbul etmədi. Nə şahidlərimi nə də ki, təqdim etdiyi sənədləri qəbul etmədi. Ona görə də haqsız qanunsuz qərar qəbul etdi. Onun bütün ömrü həmin evdə keçib.O, bu yaşından sonra harda yaşamalıdır. Öz halal evi olduğu halda.Pulunu verdiyi halda. Sözü gedən yəni yaşadığı mənzilin bir otaqlıdı. Otağın biri 18 kvadratdan ibarətdir. Rəhmətlik Sabir öləndən sonra Qadirin anası Sonya xanım həmişə ona deyirdi ki, narahat olmasın, onu evdən heç kim çıxara bilməz ev onundur.O da bütün bunlara arxayın olaraq bu günkü günədək 7 ilə yaxındır ki, onlardan sənəd tələb etməmişdir. Halbuki pulu ödəmişdir. Qonşuları hamısı yəni 3 qonşu akt tərtib etmişdilər ki, ev həqiqətən onundur Həmin aktıda adı çəkilən qonşudan biri X27 xalıq qızı (Şəxsiyyət vəsiqəsinin seria nömrəsi AA0040054),X42 (Şəxsiyyət vəsiqəsinin seria nömrəsi AZE ********),X35 (Şəxsiyyət vəsiqəsinin seria nömrəsi AZE ********), adlarını qeyd etdikləri hamısı onun həqiqətən həmin evin sahibi olduğunu təsdiq edə bilərlər. Qədirin arvadı Samirə xanım ona sms olaraq mesaj atdı ki, (**********978255) həmin 1000 AZN manatı bu hesab kartına ödə. O isə artıq dəfələrlə evi adına keçirin sonra pulu verəcəni demişdi, onlar isə evi adına keçirmədiklərinə görə axırıncı ödəcəyi pulu şübhələndiyi üçün karta köçürmədi. Son məhkəmə prosessində hakim ona dedi ki, bütün dəlil sübutlarını Apelliyasiya məhkəməsində təqdim edərsən. Ev sahibi ilə şahidlərin iştirakı ilə pulu verdikdə X41 ilə 01.01.2008-ci ildə müqavilə bağlamışlar. Həmin müqavilə iki nüsxdə tərtib olub. X9 digəri isə onda idi. Müqavilə bağladıqları gün X41 özü ilə başqa tanımadığı bir qohumunu da gətirmişdi. Onlar aralarında müqavilə bağladılar. Müqavilədə də görünür ki, o, həmin pulları ödəmişdir. Lakin Nərimanov Rayon Məhkəməsində hakim ona, nə şahidlərini gətirməyə vaxt vermədi, nə də müqaviləni məhkəməyə təqdim etməyə şərait yaratmadı. Məhkəmədə Pandemiyanı əllərində əsas tutdular ona görədə işinə ciddi yanaşılmadı. Qarşı tərəfdən isə məhkəməyə yalnız son prosesdə vəkil gəldi lakin heç bir şey danışmadı. Məhkəmədən bütün qeyd etdikləri hamısı nəzərə alınsın. Haqq öz yerin tapsın. Ədalətsiz haqsız çıxarılmış qətnaməni ləğv edilsin. Onlarda həmin evin ona məxsus olduğunu söyləyə bilərlər. Birinci instansiya məhkəməsində hakim heç bir dəlil subutları nəzərə alamayaraq onun haqqını tapdalayıb əleyhinə qanunsuz qərara qəbul etmişdir. O, qanunun və haqqın yerin tapması üçün əlindən gələn bütün hüquqi addımları atacaq. Onun ya pulu ödənilsin ya da mənzilin özünə geri verilsin. Cavabdehin qanuni və hüquqi əsası olan bir fikri də yoxdur. Nəyə görə onun fikirləri qeyd olunub lakin cavabdehin fikirləri qeyd olunmayıb. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı, onun xeyrinə qərar qəbul edilməlidir. İddiaçi İddiaçı 2008-ci ildən indiyə kimi Nərimanov rayon Ohməd Rəcəbli 28 mənzil 20-də yaşayır. Mənzilin sahibi X41 ilə razılaşaraq evi ona satmaq məqsədi ilə ona 10000 AZN manat pul verdi və qalan 40000 AZN manatını isə hissə-hissə verməklə evi ona 50000 AZN manata öz aramızda razılaşaraq satdı və pulu verib qurtardıqdan sonra evi adına keçirməyə razılıq verdi. İndiyə kimi 10000 AZN manatdan əlavə hissə-hissə olmaqla Sabirə və Sabir rəhmətə gedəndən sonra isə Qədirin qızına, arvadına və qayınanasına ümumi olaraq 39000 AZN manat vermişdir. Lakin təqribən bir ildən artıqdır ki, yaşadığı evi X39 qanunsuz olaraq əmisi Sabirin qanunsuz vəsiyyətnaməsi və əmisinin həyat yoldaşıyla oğlunun razılığı olmadan öz adına keçirib. X4 bu qanunsuzluqdan belə xəbəri olmayıb. Hətta həyat yoldaşının zaksı olduğu halda razılığı belə olmayıb. Uzun müddətdir ki,bu evdə yaşayır. Heç vaxt Qədirin evə gəlməsini görməmişdir. Qədir bir dəfə qaynı Şəmsibala və yoldaşı Samirə,Samirənin anası və digər tanımadığı bir kişi və arvadla birlikdə yaşadığı evə hücum edərək onu döymək istədilər.Onlar onu ağır təhqir və söyüşlərlə və nə də qorxu ilə hədələdilər. Evdə qoca xəstə anası olduğu üçün onları çox çətinliklə evdən çıxmağa razı saldı. Sonra davamlı olaraq Qədirin qızı gəlib. Ondan pul alıb apardı. Bəzən pulu marketə qoyurdu, qızı gəlib oradan götürürdü. Onlar hətta Qasımov Sabirə ölüm kağızı Xaçmazdan həkim Safitdən saxta alıblar. Məqsədləri evə sahib olmaq olub. Qədir Nabranda da Sabirin iki evini qanunsuz olaraq ələ keçiriblər, evi satıblar, digərini isə evlərinə qatıblar. Bu məsələdən sonra o, Sabirin oğlu Andreyi tapdı, görüşdü, məsələ barədə ona məlumat verdi. Dedi atanın evini Qədir qanunsuz olaraq adına keçirib. Andrey dedi nə onun, nə də anasından xəbəri yoxdur. Dedi sənədlərini düzəldib gələcək. Ona tapşırdı ki, o, gəlincə evi tərk etmə orada yaşa. Görüşü ilə bağlı şəkillər də vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin olaraq 10000 manat məbləğində pulu, sonra isə hissə-hissə olmaqla cəmi 39000 manat pulu əvvəl mərhum Sabirə verdiyini, sonra isə 8000 manat pulu cavabdehin arvadına sənədləşdirmə aparmaları üçün verdiyini, mübahisəli ünvanda heç vaxt kirayəşin kimi yaşamadığını, aralarında kirayə müqaviləsi bağlanmadığını, Qədirin etiraf etməsi ilə bağlı səsyazması olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili X17 apellyasiya şikayətini müdafiə edərək, İddiaçı evin mərhum sahibi ilə notariusdan kənar müqavilə bağladıqlarını, 50000 AZN-ə razılaşdıqlarını, Sabirin 2019-cu ilin dekabr ayında rəhmətə getdiyini, həmin vaxta kimi iddiaçının 39000 AZN ödəniş etdiyini, sənədləşmə üçün Minirədən 8000 AZN alındığını, iddiaçının 2008-ci il tarixdə yazılan əlyazmaya istinad etdiyini, 39000 manat pulu inanaraq verdiyini, həmin vaxt iki şahidin də iştirak etdiyini bildirmiş, həmçinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X8 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının cavabdehin qohumunun evində uzun müddət kirayəşin yaşadığını, sonrakı dövrlərdə kirayə haqqı ödəmədiyini, sonralar aralarında mübahisə yarandığını, iddiaçının cavabdehin adına olan dövlət qeydiyyat reyestrində olan qeydin ləğv edilməsini tələb etməyə səlahiyyəti olmadığını, tərəflər arasında 49000 manat məbləğin ödənilməsi barədə məsələ olmadığını, tərəflər arasında kirayə müqaviləsi olmadığını, amma faktiki olaraq həmin evdə əvvəllər kirayəçi yaşadığını, hər ay 250 manat pul krayə haqqı ödədiyini, 7 il əvvəl iddiaçının bu halı mübahisələndirmədiyini, Polis bölməsinə şikayət olduqdan sonra iddiaçının iddia qaldırdığını, 3-4 ay ərzində hesablanan kirayə haqqının ödənilməsi təqdirində barışıq əldə edə biləcəyini bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı müəyyən olunur ki: 01.01.2008-ci il tarixli müqaviləyə əsasən, İddiaçı ilə X41 arasında müqavilə bağlanmış, S.Qasımov İddiaçı Bakı şəh, Nərimanov ray, Ə.Rəcəbli küç, ev 28, mənzil 20-də yerləşən bir otaqlı yaşayış sahəsini 50000 manat məbləğinə satmağı, İddiaçı isə 39000 manat məbləğində pulu verməyi, 10000 manat-05.03.2008-ci il, 4000 manat pulu 22.09.2009-cu il, 9000 manat pulu 17.12.2010-cu il, 10000 manat pulu 08.03.2012-ci il, 3000 manat pulu 01.12.2012-ci il, 3000 manat pulu 29.05.2013-cü il tarixdə ödəməyi öhdəsinə götürür (səh.89). Mübahisə edilən hissədə apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 139-158, 228; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6, 8, 12, 29; MPM-in 14, 88, 217, 372, 385, 386, 388 və 390-cı maddələrinə əsasən qətnamənin formal mülahizələr əsasında ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz, daşınmaz əmlakla bağlı olan əqdlər və hüquqlar müvafiq olaraq notarial qaydada təsdiq edilməli və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. Bundan əlavə, iddiaçı birinci instansiya predmetində araşdırma predmeti olmayan sübutu üzrlü səbəb göstərmədən (müzakirəsi mümkün olmayan) apellyasiya icraatına təqdim etmiş və ziddiyyətli (bir-birini istisna edən) qarışıq (mücərrəd) tələb irəli sürmüşdür. Ona görə, iddiaçının qeyd edilən əsasa (müzakirə edilməyən sübuta) pul tələbi ilə bağlı hissədə yeni iddia vermək hüquqları istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar