Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3695/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “X1” MMC (Cavabdeh4 MMC), Cavabdeh1 ASC, Nizami rayon İcra şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(007)-189/2022 saylı qətnaməsindən İddiaçı1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “X1” MMC (Cavabdeh4 MMC), Cavabdeh1 ASC, Nizami rayon İcra şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli 33 saylı protokolun və Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh1 ASC arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408- 857-23/1089/İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi, fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi hərəkətlər və onların nəticələrinə xitam verilməsi, fərdi yaşayış evinin Cavabdeh1 ASC qarşısında evinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Bakı Apelyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(103)- 81/2018 saylı icra vərəqəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərdən "xxxx" ASC ilə İddiaçı1 arasında 15.04.2008-ci il tarixli, 140408-857-23/1089 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 15.04.2008-ci il tarixli, 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən tam mülkiyyət hüquqi ilə İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC qarşısında ipotek ilə yüklü edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 21.12.2018-ci il tarixli, 17/71-8Y137 saylı sifariş məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 08.08.2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı1 məxsus ipoteka predmeti olan fərdi yaşayış evinin hərrac qaydasında satışının təmin edilməsi üçün "X1" MMC-yə göndərilmişdir. “X1” MMC tərəfindən təşkil edilən hərracda ipoteka predmeti olan fərdi yaşayış evinin alıcısı olmadığı üçün sözügedən əmlak "X1" MMC-nin 22.02.2019-cu il tarixli təklif məktubu ilə fərdi yaşayış evinin dəyərinin 25 faiz aşağı qiymətinə yəni 286875 manata tələbkar "xxxx" ASCyə təklif edilmişdir. “Bank Respublika" ASC-nın "X1" MMC-yə ünvanladığı 25.02.2019-cu il tarixli cavab məktubundan görünür ki, tələbkar Bank ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 25 faiz aşağı qiymətə, yəni 286875 manata Bankın balansına götürməsinə etiraz etmir. Bundan sonra tələbkar “Bank Respublika" ASC ilə hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlər"xxxx" MMC arasında 07.03.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. "X1” MMC tərəfindən “Bank Respublika" ASC-yə əmlakın alınması barədə edilmiş təklif məktubu, göndərilən və gələn məktublara dair poçt qəbzlərinin, əmlakın “Bank Respublika" ASC-yə təklif edilməmişdən qabaq keçirilmiş hərraca dair bildirişlərin və işin içində olan digər sənədlərin təsdiq edilmiş surətləri göndərilməmişdir. Cavabdeh1 ASC tərəfindən hərracın təşkilatçısı “X1” MMC-yə xidmət haqqı olaraq heç bir vəsait ödənilməmişdir. “X1” MMC ilə "xxxx" ASC arasında tərtib edilmiş hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsində və hərracın yekunları barədə 07.03.2019-cu il tarixli, 33 saylı protokolunda İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi qeyri-qanuni olaraq yaşayış binası olaraq göstərilmiş, ancaq daha sonra düzəldilərək yaşayış evi kimi düzəldilmişdir. Hərracın təşkilatçısı tərəfindən hərrac barədə verilmiş elanlarda da fərdi yaşayış evi yaşayış binası kimi göstərildiyi üçün alıcı qismində digər maraqlı şəxslər iştirak edə bilməmişlər. Hərracın təşkili və keçirilməsi formal olaraq təşkil edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(007)- 189/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı1 apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və “X1” MMC (Cavabdeh4 MMC)-dən məhkəmə sorğusu ilə tələb edilən sənədlərin alınması və iddia tələbi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin kəsici müddətlə bağlı əsaslarını qəbul etmir, hərracın düzgünlüyü barədə, yəni əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu hal onlar üçün 10.02.2021-ci il tarixdə yarandığından qanunvericilikdə bir il ərzində məhkəməyə müraciət etmək hüququ həmin tarixdən nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və nümayəndəsi-vəkili iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamə yalnız İddiaçı1 tərəfindən mübahisələndirildiyindən hazırki apelyasiya baxışının predmetini yalnız sonuncuya aid hissədə qətnamənin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən “X1” MMCyə ünvanlanmış 21.12.2018-ci il tarixli, 17/71-8Y saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının ipoteka predmeti 450000 manat qiymətləndirilməsi bildirilmiş və hərracın keçirilmə vaxtı və onun nəticələri barədə tərəflərə məlumat verilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.08.2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı ”Bank Respublika” ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408-857-23/1089 saylı Kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 378317,26 manat məbləğində kredit borcu, 294944 manat məbləğində kreditə görə faiz borcu, 40000 manat məbləğində dəbbə pulu (penya), cəmi 713261,26 pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən ibarət yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı1 məxsus ünvan 2 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiymətinin 450000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı. 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binası açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh İddiaçı1 əmlakı tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin əmlakdan məcburi qaydada çıxarılması, tələbin yönəldiyi əmlakların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunmuş pul vəsaitindən banka olan borc və 23 manat dövlət rüsumunun tutulması, tərəflərdən 250 manat ekspertiza xərcinin tutularaq “Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi, mütəxəssis rəyinin alınması üçün müəyyən edilmiş 100 manat cavabdeh İddiaçı1 tutularaq “Heba Consulting" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. “Bank Respublika" ASC tərəfindən “X1” MMC-yə (Cavabdeh4 MMC) ünvanlanmış 25.02.2019-cu il tarixli 707 saylı məktubdan görünür ki, 22.02.2019-cu il tarixli, 278 saylı təklif məktubuna cavab olaraq Cavabdeh2 21.12.2018-ci il tarixli sifarişinə əsasən tərəflərindən keçirilən hərrac baş tutmadığına görə İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207.79 kv.m köməkçi sahədən, ibarət yaşayış binasının 25% aşağı qiymətə, yəni 286875 manata bankın balansına götürülməsiə etiraz etmədiklərini bildirmişdir. “X1” MMC (Cavabdeh4 MMC) tərəfindən verilmiş 07.03.2019-cu il tarixli hərracın yekunları haqqında protokolundan görünür ki, İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 25 faiz aşağı qiymətə, yəni 286875 manata alınmışdır. “Bank Respublika" ASC ilə hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlər"xxxx" MMC arasında bağlanmış 07.03.2019-cu il tarixli əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 286875 manata "xxxx" ASC-yə satılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli 2(005)- 2303/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər “X1” MMC, Cavabdeh1 ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli 2(103)-10615/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 27.05.2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli 2(102)-297/2020 saylı Qərarından görünür ki, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 08.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli 2(005)- 758/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər “X1” MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər “X1” MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-2639/2021 saylı Qərarından görünür ki, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7621/2020 saylı 27.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “X1” MMC (Cavabdeh4 MMC) tərəfindən Vəkil ünvanlanmış 02.11.2020-ci il tarixli 460 saylı məktubdan görünür ki, Vəkil 2/11 saylı, 07.10.2020-ci il tarixli sorğusuna “X1” MMC (Cavabdeh4 MMC) tərəfindən baxıldığı, ünvan 1 ünvanında yerləşən əmlakla bağlı 07.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələbkar "xxxx" ASC tərəfindən hərracın təşkilatçısı “Hidayətoğlu Şirkətlər"xxxx" MMC-yə xidmət haqqı olaraq heç bir vəsatət köçürülmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Vəkil ünvanlanmış 09.08.2021-ci il tarixli məktubundan görünür ki, “Bank Respublika" ASC tərəfindən əmlak vergisinin ödənilməsi ilə bağlı məlumatın verilməsinə dair Vəkil müraciətinə Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsində baxılmış və həmin məlumatın vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğundan həmin məlumatların vəkillərə və ya vəkil qurumlarına verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış 23.10.2021ci il tarixli məktubundan görünür ki, Bank tərəfindən 2019-cu il və 2020-ci illər üzrə əmlak vergisi bəyannamələri vergi orqanına təqdim edilmiş və hal-hazırda qeyd olunan tədiyyə üzrə dövlət büdcəsinə borcu olmadığı bildirilmişdir. Hazırda qətnamə yalnız İddiaçı1 aid hissədə yoxlanılır. Göründüyü kimi, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli 2(005)-2303/2019 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər “X1” MMC, Cavabdeh1 ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli 2(005)-758/2020 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər “X1” MMC-yə və qeyrilərinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. Qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir ki, hərrac təşkilatçısı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının ünvanına rəsmi qaydada təqdim olunmuş, onun əmlakın hərraca çıxarılmasından tam xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuş və hərrac keçirilməsi barədə məlumatının olmaması barədə iddiaçının göstərdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş materiallarından göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi və hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli 33 saylı protokol etibarsız hesab edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə qeyd olunanlara əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə haqlı olaraq göstərmişdir ki, hazırda mübahisələndirilən müqavilə və protokol 07.03.2019-cu il tarixdə bağlandığı halda, hazırki iddia 2 ildən artıq müddət keçdikdən sonra - 24.08.2021-ci il tarixdə qaldırılmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə isə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə (mübahisə edilən əqdlər üzrə tələblərə) bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddət” tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, hərracın nəticələrinin etibarsız sayılması həmin hərracda bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olduğundan, bu kateqoriya işlər üzrə mübahisə edilən əqdlər üçün nəzərdə tutulan 1 illik kəsisi müddət tətbiq olunmalıdır. Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçı1 mübahisələndirdiyi alqı-satqı müqaviləsi və hərrac protokolu barədə hansı vaxtdan məlumatlı olmasına gəldikdə isə qeyd olunmalıdır ki, onun özü əvvəlki işdə bu barədə icra məmuru vasitəsi ilə 15.04.2019-cu ildə məlumat əldə etməsini göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya onu da qeyd edir ki, əvvəlki işlə hazırki işin tərəfləri, iddianın predmeti və hüquqi əsası eyni olsa da, faktiki əsası fərqli olduğundan, işin icraatına xitam verilməmişdir. Beləliklə, İddiaçı1 apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2022 saylı iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (ona aid hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3695/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3695/2022
18.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver