Məhkəmə qərarları › İş №2(103)-370/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-370/2021

09.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-370/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Ziya Qənbərovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9rşı (üçüncü şəxslər X8 və X6) qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(007)-810/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müqaciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X7 onun himayəsinə verilməsi və uşqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aylıq gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, cavabdehlə birgə nikah dövründə əldə etdikləri 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Akkord” şirkətlər qrupundan alınmış yeni tikili binadakı cavabdehin adına rəsmiləşdirilmiş mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə” dair iddia ərizəsinin “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair hissəsi ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9rşı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, birgə nikah dövründə cavabdehin adına “xxxx” ASC-dən xx.xx.2006-cı il tarixli 000226 saylı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 m2 olan 50 saylı 1 (bir) otaqlı mənzili üçün ödənilmiş 36160 (otuz altı min yüz altmış) manatın ½ hissəsinin, yəni 18080 (on səkkiz min səksən) manatın Cavabdeh1 onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Azərbayacan Respublikası DİN BDYPİ-də bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 kv.m olan 50 saylı 1 otaqlı mənzil üçün ödənilmiş 34320 (otuz dörd min üç yüz iyirmi) manatın ½ hissəsinin, yəni 17160 (on yeddi min yüz altmış) manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-810/2018 saylı mülki iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsinin qismən “cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair DİN BDYPİ-də bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə və həmin nəqliyyat vasitəsinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair təmin edilməməsi” hissəsində dəyişdirərək, həmin hissədə iddianın təmin edilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli nəqliyyat vasitəsi cavabdehlə birgə nikahları dövründə əldə edildiyindən onların birgə mülkiyyəti sayılır və həmin nəqliyyat vasitəsi üzərində payları bərabərdir. Həmin əmlakla bağlı hər hansı sərəncam verildikdə, cavabdeh onun notariat qaydada təsdiq edilmiş yazılı razılığını təqdim etməli idi. Həmin nəqliyyat vasitəsinin cavabdehlə birgə mülkiyyətləri olması isə digər cavabdeh olan keçmiş ərinin doğma qardaşı Cavabdeh2 məlumatsız deyildi və aralarındakı mübahisələrdən və nikahlarının pozulması niyyətində olmalarından sonuncu xəbərdar idi. Belə olan halda hər iki cavabdehin nəqliyyat vasitəsini addan ada keçirməklərində niyyətlərinin faktiki olaraq həmin əmlakı bölgüdən yayındırmaqdan başqa bir şey olmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-810/2018 saylı qətnaməsinin dəyişdirilməsini, qətnamənin nəticə hissəsində “34320” rəqəminin “7280” rəqəmi ilə, “17160” rəqəminin isə “3640” rəqəmi ilə əvəz edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə faktiki olaraq etiraf etmişdir ki, mübahisəli mənzilin dəyərinin böyük hissəsi Cavabdeh2 tərəfindən ödənilmiş və bu səbəbdən həmin mənzildə o, öz ailəsi ilə birlikdə yaşayır. Belə olan təqdirdə, işə baxan məhkəmə başqa şəxs Cavabdeh2 pul vəsaitinə İddiaçı ümumi birgə mülkiyyət hüququnu tanıyaraq maddi hüquq normalarını pozmuşdur. İş materiallarında olan sənədlərlə tam sübuta yetirilir ki, mübahisəli əmlak ərarvadın nikah müddətində əldə olunsa da, əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmamış, 3-cü şəxsin gəlirləri hesabına əldə olunmuşdur. Bundan başqa, iş materiallarında olan ödəniş qəbzlərində olan imzaların mənə məxsus olub-olmamasını müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişəm. Lakin işə baxan məhkəmə vəsatətimə ümumiyyətlə heç bır münasibət bildirməmiş və bununla da, prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8707/2018 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən - “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilməsi, həmin hissədə tələbin təmin olunması, “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2017-ci il tarixində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, avtomobilə dair Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 ümumi əmlakı hesab olunması, avtomobildə onların paylarının bərabər (hər birinə ½ hissə) müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2791/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8707/2018 nömrəli qətnaməsinin qismən, yəni “iddianın avtomobilə dair hissədə təmin olunması” hissəsində ləğv edilməsi, mülki işin bu hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə, yəni – “iddianın mənzil bölgüsü” hissəsində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9372/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (avtomobilə aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-766/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. İddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 təmsilçisi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın təmin olunmamış hissəsində hissəsində qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında faktiki ailə münasibətlərinin nə vaxt pozulduğunu, mübahisəli avtomobilin alqı-satqısının nikah münasibətlərinin faktiki pozulduğu vaxtdan sonra baş verib-verməməsini araşdırmamış və iddiaçının mübahisəli avtomobilin alqı-satqısına münasibətdə razılığının olub-olmamasını aydınlaşdırmamışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi maraqlı şəxs tərəfindən qeyd olunan hallara münasibət bildirməmiş, mübahisəli avtomobil ilə bağlı E.Yunusovla bağlanmış müqavilənin qüvvədə olub olmaması məsələsini araşdırmamış nəticədə mübahisənin həllinə düzgün yanaşmamışdır. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 24.01,2006-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Tərəflərin birgə nikah dövründə əldə etdiyi 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən 14000 manata qardaşı Cavabdeh2 satılmasına dair xx xxxxxx 2017-ci il tarixli alqı satqı müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, birgə nikahlarından anadan olmuş uşaqların İddiaçı himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 aylıq gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (225.6). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (650). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). İşin tədqiq edilmiş, habelə iddiaçının təmsilçisinin iş üzrə bildirdiyi hallardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasındakı nikah xx.xx.2018-ci il tarixində pozulsa da faktiki olaraq ailə münasibətləri bundan 1 il qabaq pozulmuş və həmin dövrdən onlar ayrıayrılıqda yaşamışlar. İddiaçı nikahının pozulması barədə birinci instansiya məhkəməsinə xx.xx.2017-ci il tarixdə daxil olmuş iddia ərizəsində bunu qeyd etmişdir. Mübahisəli avtomobil isə onlar arasındakı münasibətlər faktiki pozulduğu vaxtdan sonra iddiaçının razılığı alınmadan xx.xx.2017-ci il tarixində Cavabdeh2 satılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X12 Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi xx.xx.2020-ci il tarixli cavab məktubuna əlavə etdiyi avtomobilin qeydiyyatı barədə məlumatların kompyuter çıxarışından görünür ki, qeyd edilən avtomobil xx.xx.2018-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X5, xx.xx.2019-cu ildə isə X1. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli, 33/3984 saylı məktubuna əsasən, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə İddiaçı Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda olmuşdur. Beləliklə, birgə nikah dövründə əldə edilmiş 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilə İddiaçı tələb edilən razılığı alınmadığı üçün etibarsız hesab edilməlidir. Lakin 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi artıq digər şəxsin mülkiyyətində olduğu və Cavabdeh2 sonra avtomobilin başqa şəxslərin xeyrinə özgəninkiləşdirilməsi hazırkı iddia tələbi üzrə mübahisələndirilmədiyi üçün nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və iddiaçının həmin əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınması hissəsində iddia qanuni və əsaslı hesab edilə bilməz. Ona görə apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunmayan mübahisələndirilən hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(007)-810/2018 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Azərbayacan Respublikası DİN BDYPİ-də bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar