Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3701/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi, Cavabdeh «xxxx» BOKT MMC-nin nümayəndəsi X3, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə, «X7» MMC-yə və Cavabdeh3 qarşı «müqavilələrin və əlavənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3014/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə, «X7» MMC-yə və Cavabdeh3 qarşı «müqavilələrin və əlavənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxx» MMC ilə «X7» MMC və Cavabdeh3 arasında bağlanıldığı ehtimal olunan xx.xx.2011-ci il tarixli 3 saylı və xx.xx.2012-ci il tarixli 9 saylı Kredit müqavilələrinin, həmin müqavilələrə edilmiş xx.xx.2013-cü il tarixli 3 saylı Əlavənin və xx.xx.2011-ci il tarixli 3/2 saylı ipoteka müqaviləsinin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təqribən 2011-ci ilin mart-aprel aylarında maklerlər vasitəsi ilə Cahangir adında bir şəxslə tanış olmuşdur. Həmin vaxtlar ona az miqdarda pul lazım idi. Tanış olmağının səbəbi də Cahangirin guya hansısa bankda işləməsi və pul almaqda ona köməklik edə biləcəyi ilə bağlı idi. Cahangir bildirmişdir Şəkidə «Ziya bank» var, onlar pulu aşağı faizlə verirlər, onlardan pul götürüb ona verə bilər. Əvəzində ona «hörmət» etməli idi. Nə isə, pulun alınmasına dair razılığa gəldikdən sonra Cahangir bildirdi ki, pulun müqabilində girov da tələb olunur. O səbəbdən onunla birlikdə evə baxmaq üçün Şəki şəhərinə getdi. Orada evin şəklini çəkdi və özü hansısa hesablamalar apardıqdan sonra ona bildirdi ki, evini girov qoysa pulla bağlı problem olmaz. Girova razı olduğundan o, evin girov qoyulması qaydaları barədə məni təlimatlandırdı. Onun təlimatına uyğun olaraq ailə üzvlərinin adından razılıq ərizələri alıb Cahangirə vermişdir. Daha sonra, Cahangir bildirmişdir ki, onun adına etibarnamə verməlidir ki, o sənədləşdirmə işlərini görsün. İddiaçı heç nədən şübhələnməyərək etibarnamə verməyə razı olmuş və onun təklifi ilə Bakı şəhərindəki 6 saylı Notariat Kontoruna getmişlər. Orada öz adından Cahangirə xx xxx 2011-ci il tarixli etibarnamə vermişdir. Etibarnaməni təsdiq etmək üçün notariusun yanına girmişlər. Notarius etibarnamənin məzmununu izah etmiş və bildirmişdir ki, etibarnamədə Cahangirin mənzili girov qoyması da yazılıbdır. Belə olan halda o, etiraz etdi ki, Cahangir pulun alınması ilə bağlı digər hərəkətləri etsin, girovu isə özü qoyacaq. Bundan sonra notarius etibarnaməni geri qaytardı ki, etibarnamənin məzmunundakı «ipoteka (girov) qoymağı» sözünün üstündən xətt çəkilsin. Cahangir etibarnaməni götürüb kargüzarın yanına getdi. Bir neçə dəqiqədən sonra gəldi ki, etibarnaməni düzəltdi. Bundan sonra onlar ayrıldılar. Ayrılarkən Cahangir ona bildirdi ki, zəngini gözlə, bir neçə günə görüşüb, müqaviləyə qol çəkib pulunu alarsan. Bir müddət Cahangirin zəngini gözləmişdir. Zəng etmədi. O da olan telefon nömrələri isə onun Cahangirə etdiyi zəngləri qəbul etmədi. Ümumi tanışlar vasitəsi ilə məlumat aldı ki, çoxlu sayda insanları aldatdığına görə Cahangiri həbs ediblər. Cahangir həbs olunana qədər və həbs dövründə pul almağına dair heç kəs onunla əlaqə saxlamadı. Yəni, hesab etmişdi ki, Cahangirin onun üçün «pul düzəltmə» əməliyyatı alınmadı. Lakin, 2018-ci ilin ortalarında məlumat aldı ki, «xxxx» MMC, «X7» MMC adlı təşkilata və ona qarşı Şəki rayon məhkəməsində «ipoteka hesabına borcun qaytarılması» tələbi ilə bağlı məhkəmə qətnaməsinin çıxarılmasına dair iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh «X7» MMC xx.xx.2013-cü il tarixində hansısa müqavilələr əsasında iddiaçıdan 55000 manat kreditə pul götürmüş, həmin məbləğin 25000 manat hissəsinin qaytarılması onun «X7» tərəfdən mənzilinin ipotekaya qoyulması ilə təmin edilmiş, lakin, həmin məbləğ qaytarılmadığından iddia tələbi faiz borcu, cərimələr və s. nəzərə alınmaqla 250xx xxxxxxxx 31934,17 manata qalxmış, həmin məbləğin cavabdehlərdən tutulmasına və tutulacaq məbləğin ipoteka predmetinə, yəni onun mənzilinə yönəldilməsi məhkəmədən xahiş olunur. Sonradan vəkili vasitəsi ilə iş materiallarından həmin müqavilələrin surətlərini götürdüm və sənədləri öyrəndilkdən sonra belə qənaətə gəldik ki, xx.xx.2011-ci il tarixli 3 saylı, xx.xx.2011-ci il tarixli 3/2 saylı, xx.xx.2012-ci il tarixli 9 saylı kredit və ipoteka müqavilələrinə, xx.xx.2013-cü il tarixli 3 saylı Əlavəyə əsaslanan iddia tələbi tam əsassızdır, təmin edilə bilməz və həmin müqavilələr və 3 saylı Əlavə etibarsız hesab edilməklə iddia tələbi tam rədd edilməlidir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət edir. Belə ki, işin faktiki halları baxımından yuxarıda da göstərdiyi kimi, iddiaçı Cavabdeh3 etibarnamə verərkən ona mənzilini ipotekaya qoymaq səlahiyyəti verməmişdi. O səbəbdən etibarnamənin məzmununda olan «ipoteka (girov) qoymağı» sözlərinin üstündən xətt çəkilmişdir. Həmin məzmunlu etibarnamə (xətt çəkilən) 6 saylı notariat kontorunda saxlanılan etibarnamədə də əks edilmişdir. Lakin, «ipoteka (girov) qoymağı» sözlərinin üstündən xətt çəkilsə də, hesab edir ki, sonradan etibarnaməyə çap maşını vasitəsi ilə «ipoteka qoymağı» sözləri əlavə edilmişdir. Bu əlavə onun iştirakı olmadan, etibarnamə təsdiq edildikdən sonra edilmişdir. Belə ki, məntiqlə, etibarnamənin məzmununda «ipoteka (girov) qoymağı» sözləri olduğu halda həmin sözlərin üstündən xətt çəkməklə yenidən «ipoteka qoymağı» sözünün əlavə edilməsi tamamilə məntiqsizdir. Hesab edir ki, bu sözlər sonradan əlavə edilmişdir. Bundan əlavə, yuxarıda da göstərdi ki, etibarnamə verdiyi Cavabdeh3 etibarnamə verdiyindən az vaxt sonra həbs edilmişdi. Ona görə də, ən azı 2012-ci il tarixli 9 saylı Kredit müqaviləsinin imzalanmasından onun xəbəri olmamışdır. Nəzərə alınsa ki, kredit və ipoteka müqavilələrində Cavabdeh3 tərəf kimi çıxış etmişdir, belə olan halda müqavilələrin icrası ilə bağlı xx xxxx 2013-cü il tarixli Əlavə 3-də olan şərtlər də onunla razılaşdırılmalı idi ki, buna da əməl olunmamış, olunması da mümkün olmaya bilərdi. Belə ki, həmin vaxtlar yuxarıda da göstərdiyi kimi o azadlıqdan məhrum olunma yerində cəza çəkirdi. Bundan əlavə, onun qanunsuz hərəkətlərini görüb, 2012-ci ilinin avqust ayının 7-də onun adına verdiyi etibarnaməni ləğv etmişdir. Həmin etibarnamənin ləğv edilməsindən sonra qəbul edilmiş sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır. Beləliklə, Cavabdeh3 adına etibarnamə verərkən razılığımı ondan ibarət olmuşdur ki, o iddiaçının adına iddiaçı üçün pul götürməyə köməklik edir, əvəzində iddiaçı evini öz adından ipoteka ilə yüklü edir. Lakin, işin faktiki hallarından görünür ki, ona başqa bir tapşırıq vermədiyi halda, o, iddiaçının mülkiyyətində olan mənzili «X7» MMC adlı təşkilatın xeyrinə yüklü etmişdir ki, həmin təşkilatın əməkdaşları onun mənzilinin hesabına pul götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar. Etibarnamənin məzmununun dəyişdirilməsi, belə bir tapşırıq vermədiyi halda tanımadığı, bilmədiyi təşkilatın xeyrinə adından onun üçün mənfi hüquqi nəticələrə səbəb ola biləcək hərəkətlərin edilməsi onu deməyə əsas verir ki, Cavabdeh3 əvvəlcədən onunla pis niyyətlə razılığa gəlmiş və etibarından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3014/2019 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan «xxxx» MMC BOKT ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 03 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» MMC BOKT tərəfindən «X7» MMC-yə illik 10,25 faiz olmaqla, 36 ay müddətinə 40000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan «xxxx» MMC BOKT ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 09 saylı kredit müqaviləsindən görünür ki,«xxxx» MMC BOKT tərəfindən «X7» MMC-yə 12 ay müddətinə 35000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan «xxxx» MMC BOKT ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 03saylı əlavədən görünür ki, «xxxx» MMC BOKT tərəfindən «X7» MMC-yə 12 ay müddətinə 55000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan «xxxx» MMC BOKT ilə İddiaçı adından Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3/2 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» MMC BOKT ilə «X7» MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 03 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 57,55 kvadratmetr yaşayış, 110,91 kvadratmetr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini xxxx MMC BOKT-a ipotekaya qoymuşdur. İşdə olan ƏMDK yanında DƏDRX-nin X9 tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X10 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi iddiaçı xxxx MMCBOKT-un xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 6 saylı Dövlət Notariusu tərəfindən təsdiq edilmiş 05may2011ci il tarixli,ƏN-İ157851 nömrəli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, A.Cuma küçəsindəki 7saylı evin ipotekaya qoyulmasını Cavabdeh3 etibar etmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki,İddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorundan xx.xx.2011-ci il tarixli, 7E/25834 saylı reyestrlə təsdiq edilmiş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli 1422 saylı ödəniş tapşırığından görünür ki, xxxx MMC X7 MMC-yə 53955 manat məbləğində pul köçürməsi etmişdir. İşdə olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu Ə.L.İmanovun 1695 saylı,xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli,7E/25834 reyestrli etibarnamə 2 nüsxədə tərtib edilmişdir. İddiaçı, Şəki şəhəri, Aşıq Cuma küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini ipotekaya qoymağı etibar etməsi üçün verdiyini bildirdiyindən etibarnamə tərtib edilərkən həmin sözlər etibarnaməyə əlavə edilmişdir. Digər hüquqlarını etibar etmədiyindən etibarnamədə həmin hissə üzərindən «X» hərfi yazılmaqla xətlənərək pozulmuşdur. Etibarnamənin İddiaçı olan nüsxəsində və notariat ofisində saxlanmış nüsxəsində əmlakın ipotekaya qoyulmasına dair etibarnamə verdiyindən digər hüquqların həyata keçirilməsi etibar edilmədiyindən İddiaçı etibarnaməni imzalamadan əvvəl maşınka yazısı zamanı birinci nüsxə ilə ikinci nüsxələrin «X» işarəsi ilə xətlənərək pozulması zamanı ikinci nüsxədə «ipoteka (girov) qoymaq» sözlərinin üzərindən xətt çəkilməklə pozulduğundan notariat ofisində saxlanmış ikinci nüsxədə sonda «ipoteka qoymaq» sözü yazılmışdır. Notariat ofisində saxlanmış nüsxədən hər hansı bir məqsədlər üçün istifadə edilməmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən «xxxx» MMC BOKT ilə cavabdeh «X7» MMC arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 03 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMC BOKTt ərəfindən cavabdeh «X7» MMCyə illik 10,25 faiz olmaqla,36 ay müddətinə 40000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, «xxxx» MMC BOKT ilə «X7» MMC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli 09 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMC BOKT tərəfindən «X7» MMC-yə 12 ay müddətinə ödənilmək şərti ilə 35000 manat məbləğində kredit xətti açılmış, «xxxx» MMC BOKT ilə «X7» MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 03 nömrəli əlavəyə əsasən iddiaçı «xxxx» MMC BOKT tərəfindən cavabdeh «X7» MMC-nə 12 ay müddətinə ödənilmək şərti ilə 55000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxx 2011-ci il tarixli, ƏN-İ157851 nömrəli etibarnaməyə əsasən cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri, A.Cuma küçəsindəki 7 saylı evini potekaya qoyulmasını Cavabdeh3 etibar etmişdir. «xxxx» MMC BOKT ilə İddiaçı adından Cavabdeh3 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 3/2saylı ipotkeka müqaviləsinə əsasən «xxxx» MMC BOKT ilə «xxxxİttifaqı» MMC arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 03 sayl kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 nektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini «xxxx» MMC BOKTa ipoteka ya qoyulmuşdur. İpoteka predmeti olan fərdi yaşayış evinin yüklülüyünə dair reyestrdən çıxarış mövcuddur. Şəki Rayon Məhkəməsinin xx.xx.2019 saylı qətnaməsi ilə iddiaçı xxxx MMC BOKT-un cavabdehlər X7 MMC və İddiaçı qarşı ipoteka hesabına borcun qaytarılması tələbi qismən təmin edilmiş, cavabdehlərdən ümumilikdə 31934,17 manat pulun «xxxx» MMC BOKT-un xeyrinə tutulması, tutma İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 nektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldildilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlar, təqdim etdiyi sübutlar əsasında Bakı şəhəri 6 saylı Dövlət Notariusu tərəfindən təsdiq edilmiş 05 may2011-ci il tarixli, ƏN-İ157851 nömrəli etibarnamə ilə əmlakın ipoteka ilə yüklü edilməsinə dair səlahiyyət vermədiyini, bu səbəbdən də «xxxx» MMC ilə «X7» MMC və Cavabdeh3 arasında bağlanıldığı ehtimal olunan xx.xx.2011-ci il tarixli 3 saylı və xx.xx.2012-ci il tarixli 9 saylı Kredit müqavilələrinin, həmin müqavilələrə edilmiş xx.xx.2013-cü il tarixli 3 saylı Əlavənin və xx.xx.2011-ci il tarixli 3/2 saylı ipoteka müqavilələrinin qanunsuz və əsassız olduğunu bildirir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, tələblərin əsassız olmasına, həmçinin iddia müddətinin keçməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq,həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). İşdə olan sübutlardan görünür ki, iddiaçı notariat orqanında əmlakının ipoteka qoyulması üçün Cavabdeh3 05may2011-ciiltarixdə müvafiq etibarnamə vermiş, sonuncu isə iddiaçının ona verdiyi səlahiyyətə əsasən əmlakı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM)362-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. MM-nin 355-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. İddiaçı aldadıldığını,etibarnaməni əmlakın ipoteka qoyulması üçün verməməsini və s.bildirsə də,etirazının əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin,əqd bağlanan zamanı etibarnamə hüquqi qüvvədə olmuşdur (etibarnamənin sonradan,yəni əqd bağlandıqdan sonra iddiaçının özü tərəfindən ləğv olunması vəziyyəti dəyişdirmir). İşdə olan Bakı şəhəri 6saylı Notariat Ofisinin notariusunun məhkəməyə ünvaladığı xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli, 7E/25834 reyestrli etibarnamə 2 nüsxədə tərtib edilmişdir. İddiaçı, Şəki şəhəri, Aşıq Cuma küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini ipotekaya qoymağı etibar etməsi üçün verdiyini bildirdiyindən etibarnamə tərtib edilərkən həmin sözlər etibarnaməyə əlavə edilmişdir. Digər hüquqlarını etibar etmədiyindən etibarnamədə həmin hissə üzərindən «X» hərfi yazılmaqla xətlənərək pozulmuşdur. Etibarnamənin İddiaçı olan nüsxəsində və notariat ofisində saxlanmış nüsxəsində əmlakın ipotekaya qoyulmasına dair etibarnamə verdiyindən digər hüquqların həyata keçirilməsi etibar edilmədiyindən İddiaçı etibarnaməni imzalamadan əvvəl maşınka yazısı zamanı birinci nüsxə ilə ikinci nüsxələrin «X» işarəsi ilə xətlənərək pozulması zamanı ikinci nüsxədə «ipoteka (girov) qoymaq» sözlərinin üzərindən xətt çəkilməklə pozulduğundan notariat ofisində saxlanmış ikinci nüsxədə sonda «ipoteka qoymaq» sözü yazılmışdır. Notariat ofisində saxlanmış nüsxədən hər hansı bir məqsədlər üçün istifadə edilməmişdir. Bununla yanaşı,iddiaçı mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmadığı halda onu mübahisələndirmiş,lakin həmin əqdin onun hansı maraqlarına və hüquqlarına toxunmasını ümumiyyətlə əsaslandırmamış,etibarsızlığa əsas ola biləcək hər hansı halın mövcudluğunu göstərməmişdir. Qeyd edilməlidir ki,MM-nin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi,əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan,yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. İddiaçı isə mübahisələndirilən əqdlərin etibarsızlığı əsas ola biləcək hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş,bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişlər. Halbuki,MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Eyni zamanda, iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş müvafiq müddəti də ötürmüşdür ki, bu halın özü (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddianın rədd olunması üçün qanuni əsas təşkil edir. Belə ki,Mülki Məcəllənin 354.1-cimaddəsinəəsasən,əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, mübahisələndirilən ipoteka müqaviləsi 2011-ci ildə bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2019-cu ilin iyun ayında, yəni uzun müddət keçdikdən sonra müraciət olunmuşdur. Həmçinin işdən görünür ki, Bakı şəhəri 6saylı Dövlət Notariusu tərəfindən təsdiq edilmiş xx xxx 2011-ci il tarixli, ƏN-İ157851 nömrəli etibarnamədən iddiaçı məlumatlı olmuş, etibarnamənin ləğv olunması üçün 2012-ci ildə notariat orqanına müraciət etmişdir. İddiaçı tərəf müddətin axımın kəsilməsi və ya dayandırılması,həmçinin müddətin ötürülməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi,iddia tələbləri bütövlükdə əsassız olmaqla,təmin edilə bilməzdi.Birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməkdə haqlı olmuş,maddi və prosessual hüquq normalarının tələblərini gözləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə, «X7» MMC-yə və Cavabdeh3 qarşı «müqavilələrin və əlavənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3014/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3014/2019 qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3701/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3701/2020
21.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver