Məhkəmə qərarları › İş №2(103)-3702/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3702/2022

04.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3702/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3241/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh1 MMC ərizə təqdim edərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. CCavabdeh1 MMC narazı qalaraq qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. 31.03.2022-ci il tarixdə Cavabdeh1 MMC yeni elektron qaydada şikayət təqdim edərək birinci instansiya məhkəməsinin 28.02.2022-ci il tarixli qərardadının ləğvini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, 10.08.2020-ci il tarixdən cavabdehin ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti 28D ünvanına dəyişdirilmişdir. Həmin tarixdən sonra ünvan 2 ünvanında hansı fiziki və ya hüquqi şəxsin fəaliyyət göstərməsi və sənədlərin qəbul edilməsinin Cavabdeh1 MMC-yə heç bir aiddiyyəti yoxdur. Bununla bağlı MMC-yə həmin şəxslərdən heç bir məlumat daxil olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası barədə ərizədə və şikayətdə göstərilən dəlillərə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə qəbul edilmiş Ali Məhkəmənin 07.12.2021-ci il tarixli Qərarında da qiymət verilmişdir. Qərarda göstərilmişdir ki, mübahisələndirilən qətnamənin surəti Cavabdeh1 MMC hüquqi ünvanı olan ünvan 4ə 3014 saylı ünvana göndərilib, həmin ünvanda Cavabdeh1 MMC-yə 19 noyabr 2020-ci il tarixdə təqdim edilib və bu barədə “Əhmədova” soyadlı şəxs tərəfindən imzalanmış xəbərnamə mülki iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmə apellyasiyanın qeyrimümkün hesab olunması barədə apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Hazırda verilmiş müddətin bərpası barədə ərizədə yeni əsaslara istinad olunmamış, göstərilən dəlillər isə müddətin üzürlü hesab olunub bərpa edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar