Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3704/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-639/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları X7 və X8 ilə birlikdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, mənzil 44 ünvanında yerləşən mənzilə olan istifadə hüququna 20.000(iyirmi min) manat kompensasiya verməklə xitam verilməsi, Cavabdeh övladları X7 və X8 ilə birlikdə həmin mənzildən çıxarılması və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 322-ci məhəllə, ev 18, mənzil 44 ünvanında yerləşən mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 30.000(otuz min) manat təzminatın, 30.158(otuz min yüz əlli səkkiz) manat təmir xərclərinin, 1.500(min beş yüz) manat cavabdehin əvəzinə ödənilmiş üzvlük haqqının və 10.000(on min) ABŞ dolları məbləğin xeyrinə tutulması və Bakı şəhəri, Binəqədi rayonu, Musabəyov küçəsi, ev 18, 44 saylı mənzildən onun və iki övladının istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, qət olunan 62.018(altmış iki min on səkkiz) manat və 10.000(on min) ABŞ dolları məbləğinin ona verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2 və X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, 18 saylı evin, 44 saylı mənzilə köçürülmələri və mənzildən istifadə etmələrinə maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-639/2019 saylı qətnaməsi ilə hər üç iddia tələbi rədd edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya baxışı zamanı ilk və qarşılıqlı iddiaçı barışıq sazişini təqdim etmişlər. Barışıq sazişinin predmetinə görə: 2.1. tərəflər sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq və mübahisəni barışıqla həll etmək üçün barışıq sazişi bağlayırlar. 2.2 «İkinci tərəf» Cavabdeh və X7 aşağıdakı öhdəlikləri öz üzərinə götürürlər: 2.2.1«Birinci tərəf» İddiaçı 50000 (əlli min) manat məbləğində kompensasiya verməklə Cavabdeh övladları X7 və X8 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, mənzil 44 ünvanında yerləşən mənzildən bu Sazişin 2.3.1-ci bənddə qeyd olunanlar icra olunduğu təqdirdə ən geci xx xxxxxx 2020-ci il tarixdə çıxmalı, həmin mənzili boşaldılmasını «Birinci tərəf» İddiaçı təhvil vermələrini təmin etməlidirlər. 2.2.2«İkinci tərəf» Cavabdeh və X7 “Birinci tərəf” İddiaçı 50000 (əlli min) manat məbləğində pul vəsaitini alqdıqdan sonra ən geci xx xxxxxx 2020-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, 44 savlı mənzildən istifadə hüququna xitam verilməsi məqsədilə “İkinci tərəf” Cavabdeh, X7, X8 ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürürlər. 2.2.3Bu Sazişin 2.2.2-ci bənddə qeyd olunanlar «İkinci tərəf» Cavabdeh və X7 tərəfindən vaxtında icra olunmadıqda və ya icra etməkdən imtina etsə və ya barişıq sazişi məcburi şəkildə icra qurumları tərəfindən icra olunduqda, bu halda «İkinci tərəf» Cavabdeh «Birinci tərəf» İddiaçı əlavə olaraq 50 000 (əlli min) manat təzminat ödəməlidir. 2.3.«Birinci tərəf» İddiaçı aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 2.3.3.“Birinci tərəf” İddiaçı «İkinci tərəf» Cavabdeh bu saziş məlikəmə tərəfindən təsdiq olunduğu gündən ən geci 7 (yeddi) gün müddətində «İkinci tərəf»in bank hesabına və ya poçt vasitəsilə 50000 (əlli min) manat məbləğində pul vəsaiti köçürməlidir. 2.3.2«Birinci tərəf» İddiaçı «İkinci tərəf» Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, 44 saylı mənzildən uşaqları ilə birlikdə mənzilin təhvil verilməsini xx xxxxxx 2020-ci il tarixdən tez tələb etməməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X10, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə idə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-639/2019 saylı qətnaməsi ilk və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməklə, iş üzrə icraata həmin hissələrdə xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh və X5qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “təzminatın ödənilməsi, təmirə çəkilən xərclərin və üzvlük haqqının qaytarılması, borcun tutulması” tələbinə dair qarşılıqlı iddia üzrə tərəflərin təqdim etdiyi Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 2.2 «İkinci tərəf» Cavabdeh və X7 aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 2.2.1«Birinci tərəf» İddiaçı 50000 (əlli min) manat məbləğində kompensasiya verməklə Cavabdeh övladları X7 və X8 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, mənzil 44 ünvanında yerləşən mənzildən bu Sazişin 2.3.1-ci bənddə qeyd olunanlar icra olunduğu təqdirdə ən geci xx xxxxxx 2020-ci il tarixdə çıxmalı, həmin mənzili boşaldılmasını «Birinci tərəf» İddiaçı təhvil vermələrini təmin etməlidirlər. 2.2.2«İkinci tərəf» Cavabdeh və X7 “Birinci tərəf” İddiaçı 50000 (əlli min) manat məbləğində pul vəsaitini alqdıqdan sonra ən geci xx xxxxxx 2020-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, 44 savlı mənzildən istifadə hüququna xitam verilməsi məqsədilə “İkinci tərəf” Cavabdeh, X7, X8 ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürürlər. 2.3.«Birinci tərəf» İddiaçı aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 2.3.3.“Birinci tərəf” İddiaçı «İkinci tərəf» Cavabdeh bu saziş məlikəmə tərəfindən təsdiq olunduğu gündən ən geci 7 (yeddi) gün müddətində «İkinci tərəf»in bank hesabına və ya poçt vasitəsilə 50000 (əlli min) manat məbləğində pul vəsaiti köçürməlidir. 2.3.2«Birinci tərəf» İddiaçı «İkinci tərəf» Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 3222-ci məhəllə, ev 18, 44 saylı mənzildən uşaqları ilə birlikdə mənzilin təhvil verilməsini xx xxxxxx 2020-ci il tarixdən tez tələb etməməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-639/2019 saylı qətnaməsi ilk və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və iş üzrə icraata həmin hissələrdə xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3704/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3704/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver