Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3704/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə icraata xitam verilsin. İddiaçının şikayətində tələb olunub ki, həmin qərardad ləğv edilsin. Apellyasiya icraatı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək şikayətdən imtina etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, şikayətdən imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayətdən imtina qəbul olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı verdiyi şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3704/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3704/2023
26.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver