Məhkəmə qərarları › İş №2(103)-372/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-372/2020

21.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-372/2020 21.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, X4 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili X5, Cavabdeh1 nümayəndəsi və vəkili X6, Cavabdeh2” MMC-nin nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində Cavabdeh2 tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən və layihə üzrə nəzərdə tutulmuş 4564 kv.m qeyriyaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixdə bağlanmış 23 saylı müqavilənin qismən, İddiaçı1 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 13 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsinə dair hissədə, İddiaçı2 ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 14 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,8 metr olan sahəsi 99 kv.m qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız sayılması və İddiaçı1 satılmış 93 kv.m və İddiaçı2 satılmış 99 kv.m qeyri-yaşayış sahələrindən istifadəyə cavabdehlər tərəfindən olan maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(001)-670/2016 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(103)8496/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilərək, qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2006-cı il tarixli, 23 saylı müqavilənin qismən, yəni Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli, ticarət mərkəzinin “A” 4 korpusunun 1-ci mərtəbəsində “A” –“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 mert, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin həmin ticarət mərkəzinin “A” 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və “A”-“C” hərf oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələrindən iddiaçıların istifadə etmələrinə yaradılan maneələrin cavabdehlər tərəfindən aradın qaldırılması qət edilmişdir. Cavabdeh1 və vəkili İlqar Abbasov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2(102)-2904/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 1874/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və onların vəkili Heydər Abuzərov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4538/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi huquq normalarının və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin həqiqi halları aşağıdakı kimidir: İddiaçı1 Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxxxx 2005ci il tarixdə 13 saylı müqavilə bağlayaraq Bakı şəhəri, Atatürk pospekti 3078 “a” məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A4 kopusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,80 metr olan sahəsi 93 kvmetr qeyri-yaşayış sahəsini hər kv. metri 1000 ABŞ dolları olmaqla, 93.000 ABŞ dollarına almış, kassa mədaxil orderi qəbzində həmin məbləğ Azərbaycan manatının kursu hesablanaraq köhnə 427.800.000 manatı göstərilmişdir. Qeyri-yaşayış sahəsinin pulunu xx xxxxxx 2005-ci il tarixdə Cavabdeh2-nin kassasına ödəmişdir. Pulun ödənilməsinə dair kassa mədaxil orderinin qəbzi verilmişdir. Müqavilə bağlanan gün satılmış qeyri-yaşayış sahəsinin sərhədləri yuxarıda qeyd olunan sərhədlər daxilində müəyyən edilmiş və təhvil verilmişdir. Qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə akt tərtib olunmuşdur. İddiaçı2 Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx xxxxxx 2005-ci il tarixdə 14 saylı müqavilə bağlayaraq Bakı şəhəri, Atatürk pospekti 3078 “a” məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A5 kopusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,80 metr olan sahəsi 99 kv.metr qeyri-yaşayış sahəsini hər kv.metri 1.000 ABŞ dolları olmaqla, 99.000 ABŞ dollarını Cavabdeh2-nin kassasına ödəmişdir, kassa mədaxil orderi qəbzində həmin məbləğ Azərbaycan manatının kursu hesablanaraq köhnə 455.400.000 manat göstərilmişdir. Qeyri-yaşayış sahəsinin pulunu xx xxxxxx 2005-ci il tarixdə Cavabdeh2-nin kassasına ödəmişdir. Pulun ödənilməsinə dair kassa mədaxil orderinin qəbzi verilmişdir. Müqavilə bağlanan gün ona satılmış qeyri-yaşayış sahəsinin sərhədləri yuxarıda qeyd olunan sərhədlər daxilində müəyyən edilmiş və ona təhvil verilmişdir. Qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə akt tərtib olunmuşdur. 2015-ci ilin noyabr ayında onlara məlum olmuşdur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx xxxxx 2006-cı il tarixdə bağlanmış 23 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” saylı məhəllənin şimal hissəsində yerləşən Cavabdeh2 tərəfindən inşa olunmuş yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən və layihə üzrə nəzərdə tutulmuş 4564,0 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh1içə satılmışdır. Onlarla hələ müvafiq olaraq xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayan Cavabdeh2 onların aldığı sahələri 4 aydan sonra təkrar olaraq başqa sahələrlə birlikdə Cavabdeh1 satmışdır. Hazırda Cavabdeh1iç onların mülkiyyətinə verilmiş sahələri təmir etməyə başlamışdır. Onlara məxsus qeyri-yaşayış sahələrinə dair müqavilə və kassa mədaxil orderi qəbzini təqdim etsələr də cavabdehlər buna məhəl qoymadıqlarına görə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə yuxarıda qeyd olunan qaydada qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini aşağıdakılarla əsaslandırmışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə üyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndində qeyd olunmuşdur ki, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir; 1.3-cü bəndinə əsasən ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslərin Həmin blankların üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları əks etdirməlidirlər; 2.1-ci bəndinə əsasən ciddi hesabat blankları iş xüsusiyyətlərinə üyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidirlər: ciddi hesabat blankının sifarişçisi (fiziki şəxs olduqda adı, atasının adı, soyadı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i, ciddi hesabat blankının adı, seriya və nömrəsi, təsərrüfat əməliyyatlarının məzmunu və ölçülərini əks etdirən məlumat qrafaları göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2005-ci il tarixli, 1-163 saylı əmri ilə təsdiq edilmiş “Kassa mədaxil orderinin forması”ndan görünür ki, kassa mədaxil orderi müəssisənin rəhbəri, baş mühasib və kassir tərəfindən imzalanmalıdır. Məhkəmə yuxarıda göstərilən “Qaydalar”a əsaslanaraq hesab etmişdir ki, iddiaçılara müvafiq olaraq verilmiş xx xxxxxx 2005-ci il tarixli və xx xxxxxx 2005-ci il tarixli kassa mədaxil orderi qəbzləri yuxarıda göstərilən tələblərə, yəni normativ aktların tələblərinə cavab vermir. Lakin bunun əksinə olaraq Cavabdeh1 verilmiş FGV seriyalı, 014101 nömrəli, xx xxxxx 2006-cı il tarixli kassa mədaxil qəbzində bütün rekvizitlər əksini tapmışdır və yuxarıda göstərilən normativ aktların tələblərinə cavab verir. Kassa mədaxil orderi təşkilatın maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən ilkin uçot sənədi olduğundan yalnız Cavabdeh1 alınmış pul vəsaiti Cavabdeh2-nin hesablaşma hesabına daxil edilmişdir. Məhkəmə işin bu halını müəyyən edərkən iddiaçıların təqdim etdiyi sübutları əsassız olaraq qəbul etməmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi qeyriyaşayış sahəsini Cavabdeh1içdən 4 ay əvvəl Cavabdeh2-yə pul ödəməklə almış və həmin qeyri-yaşayış sahələrinin onlara təhvil verilməsi barədə Cavabdeh2 tərfindən müvafiq aktlar tərtib olunmuşdur. Bu hərəkətlər xx.xx.2005 və xx.xx.2005-ci il tarixlərdə başa çatmışdır. Bina tam tikilib başa çatmadığından “Cavabdeh2 ” MMC-nin rəhbərliyi həmin sahələrin təmirinə icazə verməmişdir. Qeyri-yaşayış sahələri onlara təhvil verildikdən 4 ay sonra Cavabdeh1içlə Cavabdeh2 arasında borc məbləği götürülmə barədə razılaşma əldə olunmuş və bunun müqabilində pis niyyətlə razılığa gələrək aralarında qeyd olunan müqavilə bağlanmış və formal olaraq rəsmiləşdirilmə aparılmışdır. Cavabdeh2 tərəfindən yeganə haldır ki, yalnız Cavabdeh1içə formal sənədləşdirmə apararkən seriyalı və nömrəli kassa mədaxil qəbzi verilmişdir. İnşa edilmiş binanın yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı verilən kassa mədaxil orderi qəbzləri onlara verilən qaydada tərtib olunmuşdur. Bu fakt onların bir daha pis niyyətlə razılığa gəlmələrinin əyani sübutudur. Məhkəmə bütün bu hallara düzgün qiymət verməyərək hətda Cavabdeh1iç tərəfindən Cavabdeh2-nin kassasına ödənilməsi bəlli olmayan məbləğin ödənilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin məbləğin qeyri-yaşayış sahələrinin alınması üçün kassaya ödənilməsini təsdiq edən sənəd mövcud deyildir və məhkəmə həmin pulun kassaya ödənilməsi barədə Cavabdeh2-yə və vergi orqanına hər hansı bir sorğu verməmiş və hər hansı bir subutu işə əlavə etməmişdir. Yalnız ehtimal etmişdir ki, kassa mədaxil orderi qəbzi seriyalı və nömrəlidirsə pul kassaya ödənilmişdir. Yuxarıda göstərilən halları qeyd edən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən normativ aktların tələblərinə cavab verən kassa mədaxil orderinin Cavabdeh1içə təqdim olunması, həmdə qeyri yaşayış sahələrinin sonuncuya təhvil verilməsi onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə, bundan başqa iddia tələbini rədd edərkən X2 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2 və digər maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onların zərərçəkmiş kimi tanınmalarına və müqavilələr üzrə Cavabdeh2-yə ödədikləri məbləğlər onlara vurulmuş zərər kimi qiymətləndirilməsinə istinad etmişdir. Məhkəmə bu hala qiymət verərkən göstərmişdir ki, bu xüsusat özü də onu təsdiq edir ki, Cavabdeh1 fərqli olaraq İddiaçı1 və İddiaçı2 normativ aktların tələblərinə cavab verməyən kassa mədaxil orderlərinin verilməsi, həmçinin qeyri-yaşayış sahələrinin təhvil verilməsini təsdiq edən sənəd kimi tərtib olunmuş aktlarda sahələrin “təhvil verilməsi” ifadəsinin əvəzinə “göstərilməsi” qeyd olunduğundan Cavabdeh2-nin iradə ifadəsi müqavilənin bağlanması məqsədi ilə həmin şəxsləri aldatmaqdan ibarət olmuşdur. Göründüyü kimi məhkəmə ehtimallar əsasında iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Onlar zərərçəkmiş qismində ibtidai istintaq zamanı cəlb olunmamışlar və tanınmamışlar. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin məzmununa uyğun olaraq izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2-nin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İşdən görünür ki, xx xxxxxx 2005-ci il tarixli, 13 saylı müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A 4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsini İddiaçı1 təhvil verməyi, sonuncu isə 93000 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2005-ci il tarixli kassa mədaxil orderi qəbzinə əsasən İddiaçı1 tərəfindən xx xxxxxx 2005-ci il tarixli, 13 saylı müqaviləyə əsasən 427 800 000 köhnə Azərbaycan manatı məbləğində pul vəsaiti ödənilmişdir. xx xxxxxx 2005-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A 4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan sahəsi 93 kv.m qeyri-yaşayış sahəsi İddiaçı1 göstərilmişdir. xx xxxxxx 2005-ci il tarixli, 14 saylı müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,8 metr olan sahəsi 99 kv.m qeyri-yaşayış sahəsini İddiaçı2 təhvil verməyi, sonuncu isə 99000 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2005-ci il tarixli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən xx xxxxxx 2005-ci il tarixli, 14 saylı müqaviləyə əsasən ********* köhnə Azərbaycan manatı məbləğində pul vəsaiti ödənilmişdir. xx xxxxxx 2005-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin A 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,8 metr olan sahəsi 99 kv.m qeyri-yaşayış sahəsi İddiaçı2 göstərilmişdir. xx xxxxx 2006-cı il tarixli, 23 saylı müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Atatürk prospekti, 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli ticarət mərkəzinin C korpusunun 1-ci və 2-ci mərtəbələrində 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m, A2 korpusunun 1-ci və 2-ci mərtəbələrində 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m, E korpusunun 1-ci və 2-ci mərtəbələrində 18-27 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 738 kv.m, A3 korpusunun İ-G hərf oxları arasında sahəsi 518,4 kv.m, B korpusunun G-D-35-26 hərf oxları arasında sahəsi 654,4 kv.m, A4 korpusunun 16- 26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m, A5 korpusunun 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m, D korpusunun 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m, ümumilikdə sahəsi 4564 kv.m olan qeyri- yaşayış sahələrini Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 tərəfindən verilmiş FĞB seriyalı, 014101 nömrəli, xx xxxxx 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 600000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən cəmiyyətin kassasına ödənilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən əlavə olaraq ekspertiza tədqiqatına təqdim olunmuş mütəxəssis rəyinə əsasən, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilir: Cavabdeh2 tərəfindən 06 dekbabr 2016-cı ildə 11/12-16 saylı məktubla göndərilmiş arayışa əsasən A-D hərf oxlarının AC hərf oxları kimi oxunuşunu qəbul etsək, İddiaçı2 ilə Xüdafərin MMC arasında qeyri yaşayış sahələrinə bağlanmış xx xxxxxx 2005-ci il tarixli 14 saylı müqaviləyə əsasən A5 korpusunun 1-ci mərtəbəsində layihəyə görə A-C hərf oxları ilə 13-15 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahə 99,0 kv.m deyil, layihəyə görə 59,4 kv.m (6,6x9,0m) üst-üstə düşür. İddiaçı1 ilə Cavabdeh2 arasında qeyri-yaşayış sahələrinə bağlanmış xx xxxxxx 2005-ci ii tarixli 13 saylı müqaviləyə əsasən A4 korpusunun 1-ci mərtəbəsində layihəyə görə A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahə 93,0 kv.m deyil, layihəyə görə 59,4 kv.m (6,6x9,0 m) üst-üstə düşür. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış 23 saylı müqavilədə göstərilən “A4” korpusu 16-26 rəqəm oxları ilə A- Ç hərf oxları arasındakı sahəsi 518,4 kv.m olan və “A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m olan qeyri-yaşayış sahələrinin mərtəbəsi müqavilədə göstərilmədiyinə görə, həmin qeyri-yaşayış sahələri ilə İddiaçı1 ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 13 saylı müqaviləyə əsasən A4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan qeyri-yaşayış sahəsinin və İddiaçı2 ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il il tarixdə bağlanmış 14 saylı müqaviləyə əsasən A5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-D hərf oxları arasında, hündürlüyü 2,8 metr olan qeyri-yaşayış sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçı1 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il il tarixdə bağlanmış 13 saylı müqaviləyə əsasən A4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları A-Ç hərf oxları kimi və İddiaçı2 ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il il tarixdə bağlanmış 14 saylı müqaviləyə əsasən A5 korpusunun 1-ci mərtəbəsində A-D hərf oxları A-Ç oxları kimi oxunarsa, bu zaman həmin oxlar arasındakı qeyri-yaşayış obyektlərinin müqavilədə nəzərdə tutulmuş sahələri (müvafiq olaraq 93,0 kv və 99,0 k.m) layihə ilə uyğunluq təşkil edir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxx 2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, A 4 və A 5 korpuslarında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə, ona verilmiş qeyri-yaşayış sahəsinin hansı mərtəbədə ayrıldığı göstərilməmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh1lə bağlanan müqavilədə göstərilən sahə A-G hərf oxları arasında olduğundan, onu A-C oxu ilə əvəz etmək düzgün olmaz. Cavabdeh2 tərəfindən xx xxxxxx 2016-cı ildə 11/12-16 saylı məktubla göndərilmiş arayışa əsasən A-D hərf oxlarının A-C hərf oxları kimi oxunuşunu qəbul etsək, İddiaçı2 ilə Cavabdeh2 arasında qeyri-yaşayış sahələrinə bağlanmış xx xxxxxx 2005-ci il tarixli və 14 saylı müqaviləyə əsasən A5 korpusunun 1-ci mərtəbəsində layihəyə görə A-C hərf oxları və 13-15 rəqəm oxları arasında hündürlüyü 2.8 metr olan sahə 99.0 kv.m deyil, layihəyə görə 6.6x9.0m=59.4 kv.m üst-üstə düşür. İddiaçı1 ilə Cavabdeh2 arasında qeyri-yaşayış sahələrinə bağlanmış A4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2.8 metr olan sahə 93 kv.m deyil, layihəyə görə 6.6x9.0m=59.4 kv.m üst-üstə düşür. Mustafayevə verilmiş sahənin A-D hərf oxları arasındakı sahənin A-C hərf oxları arasındakı sahə deyil, A-Ç hərh oxları arasındakı sahə olması düzgün olardı. Bu uyğunsuzluğu ayrı-ayrı sahələr kimi qiymətləndirmək olar. İşin halları ilə müəyyən olunur ki, iddiaçılar tərəfindən iddia olunan qeyri-yaşayış sahələri hal-hazıradək onlara təhvil verilməmişdir. Həmçinin, mübahisə predmeti olan qeyri-yaşayış sahələri 2014-cü ilin 14 avqust tarixindən Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İlkin olaraq qeyd edilməlidir ki, mübahisəli qeyri-yaşayış sahələrini tələb etmək üçün iddiaçıların subyektiv hüququ maddi hüquq normasının tələbinə görə itirilmişdir. Çünki, mülkiyyət hüququ ilə Cavabdeh1 sahibliyində və istifadəsində olan əmlaklar üzərində iddiaçıların hüquqlarının tanınması qüvvədə olan maddi hüquq normasının tələbinə ziddir. İşin digər halları ilə müəyyən olunur ki, Cavabdeh1lə Cavabdeh2 arasında bundan əvvəl məhkəmə mübahisələri olmuş və qeyd olunan məhkəmə işi üzrə aşağıdakı məhkəmə qətnamələri çıxarılmaqla, məhkəmə baxışının predmeti olmuş mübahisə üzrə aşağıdakı faktlar müəyyən edilmişdir: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2iqt(81)- 383/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi ilə – - Cavabdeh2MMC tərəfindən Bakı şəhəri, Ataturk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkəti qanunsuz hesab edilməsi; -Cavabdeh2MMC tərəfindən Bakı şəhəri, Ataturk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması; -və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlər qeyd şərtsiz iddiaçı Cavabdeh1 verilməklə işlərin görülməsi zamanı Cavabdeh2MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması-qət edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)- 383/2013 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qərardadı ilə - iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 8827 №-li, xx.xx.2013-ci il tarixli ekspert rəyi ilə hazırkı iddia predmetinə aid olan hallar üzrə aşağıdakılar müəyyən olunmuşdur: məhkəmə tikinti-texniki ekspertizası ekspert Ələsgər Mirzəyev tərəfindən aparılmış və Cavabdeh2MMC tərəfindən Bakı şəhəri, Ataturk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən ticarət mərkəzinin faktiki planı tərtib edilmiş; «A4» korpusunda 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasındakı 518,4 kv.m. qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələrdə yerləşdiyi və faktiki sahəsinin 474,5 kv.m., (o cümlədən 1-ci mərtəbə üzrə - 237,25 kv.m. 2-ci mərtəbə üzrə - 237,25 kv.m.), yəni təsdiq olunmuş layihəyə üyğun olmadığı, eləcə də ümumilikdə A4 korpusunda yerləşən hər 2 mərtəbə üzrə satılan qeyri-yaşayış sahəsinin 43,9 kv.m. azalmağa doğru yönəldiyi; «A5» korpusunda 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasındakı 518,4 kv.m. qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələrdə yerləşdiyi və faktiki sahəsinin 471,82 kv.m., (o cümlədən 1-ci mərtəbə üzrə - 235,91 kv.m. 2-ci mərtəbə üzrə-235,91 kv.m.), yəni təsdiq olunmuş layihəyə üyğun olmadığı, eləcə də ümumilikdə A5 korpusunda yerləşən hər 2 mərtəbə üzrə satılan qeyri-yaşayış sahəsinin 46,58 kv.m. azalmağa doğru yönəldiyi; Eyni zamanda, A4 və A5 korpusları üzrə 1-ci və 2-ci mərtəbələrin faktiki ölçü cizgiləri tərtib edilməklə plan sxemlə birlikdə ekspert rəyinə əlavə olunmuşdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, MMC tərəfindən təqdim olunan 1-ci və 2-ci mərtəbələrin göstəriciləri ilə faktiki inşa olunan qeyri-yaşayış sahələrinin göstəriciləri nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə xx.xx.2006cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması tələbi tam təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-302/15 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi “iddianın qismən təmin edilərək, - Cavabdeh2 tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması, həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçı Cavabdeh1 verilməsi və işlərin görülməsi zamanı Cavabdeh2 tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-168/16 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 24 iyul tarixli 2-2(103)- 302/2015 saylı qətnaməsinin X10 ilə Cavabdeh2 arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılaması üçün həmin məhkəməyə göndərilməsi, cavabdeh- «Cavabdeh2” MMC və üçüncü şəxs Qurbanov Azər Qəhrəman oğlunun kassasiya şikayətlərinin qalan hissələrdə təmin olunmaması, üçüncü şəxslər “xxxx” Lizinq şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızının kassasiya şikayətlərinin təmin olunmaması, qətnamənin qalan hissələrdə cavabdehə və üçüncü şəxslər Qurbanov Azər Qəhrəman oğluna, “xxxx” Lizinq şirkəti QSC-nin və Səlifova Nurqələm İslam qızına münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)/15 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir: -«məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 «A» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binasına aid qeyri-yaşayış sahələrini Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış və onun tərəfindən ödənilmiş pul vəsaitinin qəbul edilməsinə dair ona kassa mədaxil qəbzi verilmişdi.” – - Cavabdeh1 aid kassa mədaxil orderi istisna olmaqla, 3-cü şəxslərə verilmiş kassa mədaxil orderləri mühasibatlıq üçotu haqqında qanunvericiliyin tələblərinə cavab vermir.» - «İş materiallarından müəyyən olunur ki, yalnız Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş kassa mədaxil orderi yuxarıda qeyd edilən Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blaklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə uyğundur. - «X10 və X8 ilə Cavabdeh2 arasında bağlanmış müqavilələr, tarix etibarı ilə Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış müqavilədən əvvəl olsa da, iş materiallarından müəyyən edilmişdir ki, həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələri onlara təhvil verilməmişdir.» - «Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Atatürk prospekti 3078 «A» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binasına aid qeyri-yaşayış sahələri hazırda Cavabdeh1 sahibliyində və istifadəsindədir.” - «Cavabdeh2» MMC-nin və 3-cü şəxs Səlifova Nurqələm İslam qızının apellyasiya şikayətlərində və sonuncunun iddia ərizəsində Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış müqavilənin borc verilmiş pulun təminatı yəni, girov kimi çıxış etməsi, borc alınmış pulun tam olaraq geri qaytarılmasına dair dəlilləri iş materialları ilə təkzib olunur. Əvvəla, Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi yazılı qaydada bağlandığından və həmin müqavilədə göstərilən razılaşdırılmış pul məbləği ciddi hesabat sənədi hesab olunan kassa mədaxil orderi əsasında Cavabdeh2-yə verildiyindən, pulun geri qaytarılmasına dair hər hansı bir yazılı sübut olmadığından bu müqavilənin borc müqaviləsi olması və verilmiş pulların geri qaytarılmasına dair şahid ifadələri kifayət qədər mötəbər sübut hesab oluna bilməz.» - «İkincisi isə Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən alıcıya verilən bu sahələr firma rəhbərinin razılığı və iştirakı olmadan satıla, girov qoyula, notariat qaydada mənzilin hüquqları başqa şəxsə verilə bilməməsi, 5.4-cü bəndinə əsasən isə bu müqavilənin alıcıya, yəni Cavabdeh1 girov kimi verildiyinin birmənalı şəkildə qeyd edildiyini apellyasiya şikayətində göstərildiyi halda, iş materiallarına əlavə edilmiş Cavabdeh2MMC ilə Cavabdeh1lə arasında bağlanmış 23 saylı xx.xx.2006-cı il tarixli qeyri-yaşayış sahələrinin satılmasına dair alqısatqı müqavilənin 5.3-cü və 5.4-cü bəndlərində belə bir qeydlərin olduğu müəyyən edilməmişdir. Əksinə, 5.3-cü bəndində göstərilmişdir ki, icraçı «Alıcı»-nı mərtəbələr üzrə tikinti planı ilə tanış edir. Həmin müqavilənin 5.4-cü bəndində isə göstərilmişdir ki, «Alıcı» birtərəfli qaydada müqaviləni pozduğu halda ödənilmiş vəsaitlər, onun obyekti yeni «Alıcı»-ya verildikdən sonra geri qaytarılır və müqaviləyə xitam verilir. İş materiallarından da müəyyən edilmişdir ki, Cavabdeh2 ilə bağladığı müqavilənin şərtlərinə Cavabdeh1 əməl edərək, müqavilədə nəzərdə tutulmuş məbləği bir dəfəyə Cavabdeh2-yə ödəmiş, obyektləri isə qəbul etməkdən imtina etmədiyinə görə həmin məbləğ ona qaytarılmamışdır.» - «Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blaklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə cavab verən kassa mədaxil orderinin Cavabdeh1 təqdim edilməsi, həm də qeyri-yaşayış sahələrinin Cavabdeh1 təhvil verilməsi onun iradə ifadəsini göstərməklə, onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin mötəbər və etibarlı olmasına dəlalət edir.» - «İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə bağlanmış müqavilələri müqayisəli şəkildə qiymətləndirərək, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, yalnız Cavabdeh2-nin Cavabdeh1lə bağladığı əqdin etibarlı hesab edilməsini göstərən bütün şərtlər mövcuddur.” - «Göründüyü kimi iddiaçı ilə (yəni Cavabdeh1lə) cavabdeh (yəni Cavabdeh2) arasında bağlanmış, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, hər hansı bir əqdin məhkəmə tərəfindən etibarsız sayılması üçün onun, əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 14-cü fəslində təsbit edilən hüquqi əsasları müəyyən olunmalıdır ki, hazırkı halda sözügedən əqdin etibarsızlığına dəlalət edən qanuni əsaslar aşkar edilmir.» - «Məhkəmə kollegiyası «Ticarət Mərkəzi»ndəki obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya (yəni Cavabdeh1) verməklə işlərin görülməsi zamanı Cavabdeh2 tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması hissəsində iddia tələbinin təmin edilməsinə dair nəticəni də əsaslı və qanuni sayır.» - «İşin həqiqi hallarından mübahisəsiz şəkildə təsdiq olunur ki, iddiaçı müqavilədə nəzərdə tutulan 600 000 ABŞ dollarını cavabdehə ödəmiş, cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə göstərilən 4564 kv.metr qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verilməsinə dair vəzifənin daşıyıcısı olmasına baxmayaraq, həmin qeyri-yaşayış sahəsində tamamlama və təmir işlərinin aparılmasına mane olmaqla müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, bununla da müqavilənin 2-ci maddəsinin, eyni zamanda yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələblərini pozmuşdur.» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)-168/16 saylı, xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, tərəflərin hüquq və öhdəlikləri onların arasında bağlanmış 2006-cı il 03 aprel tarixli podrat müqaviləsindən irəli gəlmişdir. Həmin müqavilənin etibarlılığına təsir edə bilən hər hansı hal apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilməmişdir. İkincisi, həmin müqavilənin 5.3-cü və 5.4-cü bəndləri şikayətdə göstərildiyindən fərqli məzmundadır və orada (həmçinin müqavilənin digər bəndlərində) tərəflərin hər hansı bir girov hüququ və öhdəliklərinə dair şərtlər nəzərdə tutulmamışdır. Deməli, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə - Cavabdeh1lə Cavabdeh2MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 23 saylı müqavilə ilə və eləcə də həmin müqavilədə göstərilən qeyri-yaşayış sahələrinin alınmasına görə Cavabdeh1 tərəfindən Cavabdeh2MMC-yə 600 000 ABŞ dollarının ödənilməsi ilə bağlı aşağıdakı faktlar müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 «A» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş çoxmərtəbəli yaşayış binasına aid qeyri-yaşayış sahələrini Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsi bağlanmış və onun tərəfindən ödənilmiş pul vəsaitinin qəbul edilməsinə dair ona kassa mədaxil qəbzi verilmişdir. Həmin məhkəmə aktlarında müəyyən olunmuş halların məcmusu o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1lə Cavabdeh2MMC-arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 23 saylı müqavilənin etibarlıdır və qanuni əsaslarla bağlanması məsələsinə artıq hüquqi qiymət verilmiş, eləcə də müqavilədə göstərilən həmin qeyri-yaşayış sahələrinə görə Cavabdeh1 tərəfindən 600 000 ABŞ dollarının Cavabdeh2MMC-yə ödənilməsi, girov müqaviləsinin bağlanmasının istisna olunması, həmin obyektlərin Cavabdeh1 təhvil verilməsi və qeyri-yaşayış sahələri üzərində Cavabdeh1 sahiblik və istifadə hüququ qanuni əsaslarla yaranmışdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ hər kəsin hüquqlarının əsas müdafiə forması olmaqla, tərəflərin mövcud hüquq və vəzifələrinin müəyyən edilməsini və qanunun düzgün tətbiqini tələb edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar yuxarıda istinad olunan işlərdə hər hansı prosessual şəxs olaraq işirak etməmişlər. Belə olan halda həmin məhkəmə aktlarında müəyyən olunmuş faktlar iddiaçılara münasibətdə preduyisial əhəmiyyət daşımasa da digər iştirak edən tərəflərə münasibətdə preyudisial əhəmiyyətə malikdir. Göstərildiyi kimi artıq məhkəmə aktları ilə mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 əmlakı hesab edilərək ona təhvil verilməsi, əmlakın dəyərinin onun tərəfindən tam ödənilməsi, müqavilənin isə etibarlı müqavilə olmasına dair faktların yenidən sübut edilməsinə zərurət yoxdur. Çünki həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktların qəbul edilməməsi mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2017-ci il tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (X1rşı iş üzrə xx xxxx 2009-cu il tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə x xxxxxx 2009-cu il tarixli Qərarlar). Qeyd edilməlidir ki, məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır. Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. İşdə iştirak etməyə cəlb olunmayan, apellyasiya instansiyası məhkəməsinin aktı ilə maraqlarına toxunan şəxslərin hüquqlarının müdafiəsi Mülki Prosessual Məcəllədə təsbit edilmişdir. Həmin Məcəllənin 403.2-ci maddəsinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab verir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahələri Cavabdeh1 verilməsi artıq məhkəmə aktlarının icrası qaydasında həyata keçirildiyindən həmin sahələrin yenidən iddiaçılara verilməsinə dair nəticəyə gəlmək yolverilən deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1la bağlanmış müqavilənin etibarlı müqavilə olması məhkəmə aktları ilə müəyyən olunduğundan hər hansı əsasla onun və ümmi əmlakın hər hansı bir hissəsinə münasibətdə etibarsızlığı ilə bağlı nəticəyə gəlmək, müqavilənin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından təfsir edilməsi mümkünsüzdür. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan xx xxxxx 2006-cı il tarixli, 23 saylı müqavilədə Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində layihə sənədlərinə, tikinti norma və qaydalarına uyğun olaraq çoxmərtəbəli yaşayış binasının tikintisi və “alıcı” tərəfindən maliyyələşdirilməklə, obyektin hər kv.metri üçün 131,46 ABŞ dolları ödənilməsi şərti ilə, sahəsi 4564 kv.metr olan obyektin 600.000 ABŞ dollarına inşa edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1la müqavilə bağlanmamışdan altı ay əvvəl iddiaçılar tərəfindən həmin qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 1.000 ABŞ dolları ödənildiyi halda, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1la bağlanan müqavilədə qeyri-yaşayış sahəsinin hər kv.metrinin qiyməti 7,6 dəfə aşağı qiymətlə, yeni 131,46 ABŞ dollarına satılması göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərinin müqavilədə şərtləşdirilmiş qiymət müqavilənin mühüm şərtlərindən biridir və müvafiq müqavilərədə qiymətlərin fərqli olmasına əsaslanmaqla müqavilənin etibarsızılığı nəticəsinə gəlmək yolverilən hesab edilə bilməz. Cavabdeh1la Cavabdeh2 arasında bağlanan müqavilədə göstərilən 600.000 ABŞ dolları Cəmiyyətin kassasına ödənilməməsi, xx xxxxx 2006-cı il tarixdə Cavabdeh1 anasından “A.M.A.Y” Ticarət Mərkəzinin tikintisi üçün faizə 600.000 ABŞ dolları borc alınması və həmin borcun təminatı olaraq Bakı şəhəri, Atatürk prospekti 3078 “A” saylı məhəllənin şimal hissəsində Cavabdeh2 tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 4564 kv.metr qeyri-yaşayış sahəsi girov qoyulması ilə bağlı qeyd edilməlidir ki, həmin məsələlərdə məhkəmə mübahisələrinin predmeti olmuş və həmin faktlar təsdiq olunmamışdır. Nəzərə almaq lazımdır ki, digər məhkəmə aktlarında göstərilən dəlillərlə bağlı mövqeyi hazırkı iş üzrə sübut əhəmiyytəinə malikdir. Həmin məhkəmə aktları ləğv olunmadığı təqdirdə onlarda müəyyən olunmuş faktların əksinin müəyyən edilməsi yolverilən deyildir. Nəzərə almaq lazımdır ki, həmin müqavilənin tərəfləri Cavabdeh1 və MMC olmuş, hazırkı iş üzrə onlar tərəf olaraq işə cəlb olunmuş, iddiaçılar isə həmin işlərdə tərəf olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin sənəd üzrə və faktiki olaraq üst-üstə düşüb-düşməməsi ilə bağlı zəruri araşdırma aparmışdır. İşdə olan məhkəmə tinikti-texniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən “A”-“D” hərf oxlarının “A”-“C” hərf oxları kimi oxunmasını qəbul etsək İddiaçı2lə bağlanan müqaviləyə əsasən “A” 5 korpusunun l-ci mərtəbəsində layihəyə görə “A”-“C” hərf oxları ilə 13-15 rəqəm oxları arasında hündürlüyü 2 , 8 metr olan sahə 99 kv.metr deyil, layihəyə görə 59,4 kv.metr üst-üstə düşür. İddiaçı1lə bağlanan müqaviləyə əsasən “A” 4 korpusunun l-ci mərtəbəsində layihəyə görə “A”-“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahə 93 kv.metr deyil, layihəyə görə 59,4 kv.metr üst-üstə düşür. Eləcə də Cavabdeh1la bağlanan müqaviləyə əsasən “A” 4 korpusu 16-26 rəqəm oxları ilə “A”-“Ç” hərf oxları arasında sahəsi 518,4 kv.metr olan və “A” 5 korpusu 9-İ5 rəqəm oxları ilə “A”-“Ç” hərf oxları arasında sahəsi 518,4 kv.metr olan qeyriyaşayış sahələrinin mərtəbəsi müqavilədə göstərilmədiyinə görə, qeyd olunan qeyriyaşayış sahələri ilə sözügedən müqavilələrə əsasən iddiaçılara məxsus olan qeyriyaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Həmçinin İddiaçı1lə bağlanan müqaviləyə əsasən “A” 4 korpusunun 1-ci mərtəbəsində “A”- “C” hərf oxları “A”-“Ç” hərf oxları kimi və İddiaçı2lə bağlanan müqaviləyə əsasən “A”“S” korpusunun 1-ci mərtəbəsində “A”-“D” hərf oxları “A”-“Ç” hərf oxları kimi oxunarsa, bu zaman həmin oxlar arasındakı qeyri-yaşayış obyektlərinin müqavilədə nəzərdə tutulmuş həmin oxlar arasındakı qeyri-yaşayış obyektlərinin müqavilədə nəzərdə tutulmuş sahləri (müvafiq olaraq 93 kv.metr və 99 kv.metr) layihəyə uyğunluq təşkil edir. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası yenidən ekspertiza təyin edərək rəy almışdır. Məhkəmə Ekspetiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 23099 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallaında olan məlumatları nəzərə alaraq Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müvafiq müqaviləyə əsasən, ticarət mərkəzinin birinci və ikinci mərtəbəsinin layihəsi üzrə «C» korpusu 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m, «A2» korpusu 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518.4 kv.m, «E» korpusu 18-27 L—İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m, «A3» korpusu İ-G oxları arasında sahəsi 518,4 kv.m, «B» korpusu Ğ-D 35-26 oxları arasında sahəsi 654 kv.m, «A4» korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m, «A5» korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m, «D» korpusu 1-9 qərəm oxları ilə A-C hərf oxları arasında sahəsi 496 kv.m, cəmi 4564,0 kv.m təşkil etdiyi müəyyən olunur. Baxış zamanı aparılmış ölçü işləri nəticəsində Cavabdeh1 müqavilə üzrə verilmiş ticarət mərkəzinin «C» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə 1-10 oxları ilə K-P oxları arasındakı faktiki sahəsinin 537,30 kv.m, «A2» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə 10-17 oxları ilə K-P oxları arasındakı faktiki sahəsinin 454,12 kv.m, «E» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə 18-27 L-İ oxları ilə K-P oxları arasındakı faktiki sahəsinin 750,26 kv.m, «A3» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə İ-G oxları arasındakı faktiki sahəsinin 474,12 kv.m, «B» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə G-D 35-26 oxları arasındakı faktiki sahəsinin 796,0 kv.m, «A4» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə 16-26 oxları ilə A-Ç oxları arasınlakı faktiki sahəsinin 474,50 kv.m, «A5» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə 9-15 oxları ilə A-Ç oxları arasındakı faktiki sahəsinin 471,82 kv.m, «D» korpusunun 1-ci və 2-ci mərtəbələri üzrə 1-9 oxları ilə A-C oxları arasındakı faktiki sahəsinin 449,80 kv.m itəşkil etdiyi müəyyən edilir. Cavabdeh1 təhvil verilmiş A4 korpusunun 1-ci mərtəbəsində, A-C hərf oxları ilə 16- 19 rəqəm oxları arasında yerləşən qeryi yaşayış sahəsinin faktiki ölçüsü 87,63 kv.m təşkil edir, Cavabdeh1 təhvil verilmiş A5 korpsunun 1-ci mərtəbəsində A-Ç hərf oxları ilə 13-15 rəqəm oxları arasında yerləşən qeyri-yaşyaış sahəsinin faktiki ölçüsü 95,06 kv.m təşkil edir. İddiaçı1 iddia etdiyi 93,0 kv.m qeryi yaşayış sahəsi müqavilədə qeyd olunan «A4» korpsunun 16-19 rəqəm oxları ilə A-C hərf oxları arasında yerləşməsi göstərilsə də A-C hərf oxları arasında yerləşən həmin sahə layhiə üzrə 59,4 kv.m nəzərdə tutulmuş, tədqiqat zamanı həmin sahənin xarici divarları da daxil olmaqla (yəni çöldən-çölə) ölçüsü 59,0 kv.m müəyyən edilsə də, faktiki olaraq 51,5 kv.m təşkil edir. İddiaçı1 iddia etdiyi qeyri-yaşayış sahəsinin A-C hərf oxları daxilindəki 51,5 kv.m sahə Cavabdeh1 məxsus sahə ilə qismən üst-üstə düşür. İddia olunan 93,0 kv.m-dən qalan 41,5 kv.m (93,0-51,5) sahədən 36,13 kv.m sahəsi Cavabdeh1 məxsusu J-G hərf oxları ilə üst-üstə düşür. Digər 5,37 kv.m (41,5-36,13) sahə isə ümumiyyətlə mövcud deyildir. İddiaçı2 ilə Cavabdeh2 arasında qeyri yaşayış sahəsinə dair bağlanmış xx xxxxxx 2005-ci il tarixli 14 saylı müqavilədə A5 korpusunun 1-ci mərtəbəsində A-D hərf oxları ilə 13-15 rəqəm oxları arasında hündürlüyü 2,8 mktr olan sahə 99,0 kv.m gösərilsə də, layihə üzrə A-D hərf oxları ilə kəsişməsi mövcud deyildir. Beləki, «A» hərfi «D» hərfiiləeyniistiqamətdə (koordinatsistemində) yerləşmir. Göstərilən səbəbdən də qeyd olunan obyektin harda yerləşməsini və həmin obyektin necə kv.m təşkil etdiyini müəyyən etmək mümkün deyildir. Cavabdeh1 verilmiş A5 korpusunun 1-ci mərtəbəsində A-Ç hərf oxları ilə 13-15 rəqəm oxları arasındakı sahə faktiki olaraq 95,06 kv.m təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq idiaçıların iddia etdikləri müqavilədə qeyd olunan 93 kv.m və 99 kv.m ölçüdə olan qeyri yaşayış sahələrinin yerləşmə koordinatları hərf oxları nəzərə alınmaqla faktiki yerləşmə (naturada sərhəd boyu) ölçüləri ilə eyni deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarda göstərilənlər artıq iddia tələbinin mahiyyəti üzrə həll edilməsi üçün kifayət edir. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçıların Cavabdeh2-dən bağladıqları müqavilələr üzrə eyni kordinatlı və ölçülü qeyri-yaşayış sahələrini yaxud həmin ölçülü qeyri-yaşayış sahələrinin hal-hazırki dövrə uyğun olan real dəyərini tələb etmək hüquqları mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 və İddiaçı2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza xərci – 200 (yüz) manat, alınaraq Məhkəmə Ekspertizası Mərkəzininhesabına ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar