Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3725/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Şirkətinin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin və iddiaçının apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Apellyasiya şikayəti verilməsi müddəti keçib. Belə ki, Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə iddiaçının elektron kabinetinə xx.xx.2023-cü ildə yerləşdirilib, apellyasiya şikayəti isə 6 ay 22 gün sonra - xx.xx.2024-cü ildə verilib. Apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan ötürülüb. Belə ki, iddiaçı müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sübut təqdim etməyib. Şikayətdə qeyd olunub ki, qətnamə iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, lakin iddiaçının ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar iddiaçı tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından iddiaçı həmin qətnamə ilə tanış olmamış və rəsmi əldə edə bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, ümumi serverdə və internet şəbəkəsində uzunmüddətli problemin yarandığını təsdiq edən sübut yoxdur, ikinci, hətta problem mövcud olmuşdursa bu hal iddiaçıya 6 ay 22 gün sonra apellyasiya şikayəti verməyə haqq qazandırmır, belə problemlər yarım il ərzində deyil, qısa müddətdə aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə Mülki Prosessual Məcəllənin 133.1 və 363.1.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, Binəqədi Rayon Məhkəməsi müddətin bərpası barədə ərizəni rədd edilməsini və apellyasiya şikayətinin qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3725/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3725/2024
07.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver