Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-373/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“vəsiyyətnamənin, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vəsiyyətnamənin, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)-1554/2023 saylı işi üzrə 02 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abasov X28 atası X14 adından verilmiş vəsiyyətnamənin və Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh BalaƏli oğlunun adına verilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 qardaşları İddiaçı2, Cavabdeh Balaəli oğlu və bacısı X8 ünvan 1 ünvanında doğulduqları andan qeydiyyatda olmaqla yaşamışlar və orda böyüyüyb başa çatmışlar. Onun bundan daha əvvəl cavabdehlə hər hansı bir mübahisəsi olmamış, firavan şəkildə bir həyətdə, lakin ayrı-ayrı tikililərdə yaşamışlar. Sonradan o, ailə quraraq ata evindən köçsə də, mütəmadi olaraq ata evi olan mübahisəli evə gedib-gəlmiş, həmçinin orada qalmışdır da. Ailə həyatı qursa da, gəlin köçdüyü evin sənədləri olmadığından, o həmin evə qeydiyyata düşməmişdir. Cavabdeh - Abasov X32 qardaşı Səlimi və onu müvafiq dövlət və məhkəmə orqanlarında onların adından çıxış edərək hüquqlarını müdafiə etməsi məqsədi ilə inandıraraq, notarial qaydada "etibarnamə” alınmasının zəruri olduğunu bildirmişdir. Bu fikirlə razılaşdıqdan sonra, Sadıq İddiaçı2 və onu Bakı şəhəri 7 saylı xüsusi notarıat ofisinə apararaq, onlardan müvafiq sənədlərə imza atmaqlarını tələb etmişdir. Deməsinə görə, bu sənəd etibarnamə xarakterli olmuş və yalnız özü tərəfindən müvafiq məhkəmə orqanlarında onların hüquqlarını müdafiə etmək məqsədi ilə istifadə ediləcəkmiş. Sonradan 28 fevral 2017-ci ildə Cavabdeh Balaəli oğlu qardaşı İddiaçı2 Balaəli oğlunu, bacısı X6 və iddiaçını Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə apararaq, hansısa sənədə imza etdirərək, bildirmişdir ki, ata evindən bizi heç vaxt çıxarmayacaq, hətta ev satıldığı zaman onlara düşən payı müqabilində həmin paya münasib məbləğdə pulu verəcək. Qardaşının onlara qarşı heç bir fənd işlətmədiyini, səmimi olduğunu fikirləşib imza etdiyikləri sənədin mahiyyətini anlamadan, heç bir hüquqlarını pozulmayacağına arxayin olduqdan sonra Notarius tərəfindən təqdim olunmuş sənədə imza etdilər. Abbasov Sadıq onların savadsızlığından, qanunu bilmədiklərindən istifadə edərək ata evini olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin R.Qasımov küçəsindəki 33 saylı evi ,03.2017-ci il tarixdə öz mülkiyyətinə keçirmişdir, sənədə imza etdikləri vaxt Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətov tərəfindən hüquq və vəzifələri izah olunmamışdır. Bir sözlə, Abbasov Sadıq və Notarius əlbir olaraq onların savadsızlıqlarından istifadə edərək, mahiyyətini dərindən başa salmayaraq sənədə imza etdirmişlər. X21 Xəzər Rayon Məhkəməsinə müraciət edərək qeydiyyatda olduqları ata evləri olan ünvan 1 ünvanından onun, 2 qızının və oğlunun istifadə hüquqlarının itirilməsi tələbi irəli sürmüşdür. Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Abbasov Sadıqın cavabdehlər X3, İddiaçı1 Balaəli qızına və X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Halbuki, o və qızları ata evində qeydiyyatda olmaqla bərabər həmin evdən istifadə də edirlər. X11 heç bir zaman Abasov X28 vəsiyyətnamə verməmişdir. Atasının imzası vəsiyyətnamədə qeyd olunan imza deyil. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 33 Sadiq Abasovun xüsusi mülkiyyətinə Qasımov küçəsi ev 33 ünvanında yerləşən fərdi yaşayış evi Sadiq Abbasovun xüsusi mülkiyyətinə xx.xx.2017-ci il tarixdə keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş (1124986/1739 saylı, xx.xx.2017-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər mübahisə predmeti olan mənzildə qeydiyyatdadırlar. Onlar doğulduqları andan həmin ünvanda yaşamaqla tam hüquqlu mülkiyyətçisinə çevrilmişdirlər. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)-1554/2023 saylı işi üzrə 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyanın 29; Mülki Məcəlləsinin 152.1 , 157.2, 354.2, 337.1, 337.3, 337.4, 1225, 1145; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4–cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar və cavabdeh, miras əmlakın öz payına düşən hissəsinə dair notariat orqanına müraciət etmiş, əmlakın 1/8 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan başqa mübahisəli əmlak mərhum tərəfindən Cavabdeh vəsiyyət edilmişdir. Göstərilən haldan, həmçinin hazırkı iddiadan aşkar görünür ki, cavabdehin miras əmlakdan iddiaçıların payına düşən hissəyə münasibətdə hər hansı mübahisəsi olmamışdır. Daha sonra iddiaçılar onlara aid miras payını cavabdehə bağışlamışlar. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçılar hüquqi savadsızlıqlarını və notariat orqanı tərəfindən görülmüş prosessin formallığın ağlabatan olmamasını səbəb gətirmiş, lakin iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçılar bağışlama müqaviləsinin bağlanmasına məcbur edilməmələri, aldadılaraq, zorakılığa və ya hədə qorxuya əsasən müqaviləni bağlamalarına dair halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz. Tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçılar bağışlama müqaviləsinin bağlanmasına məcbur edilməmələri, aldadılaraq, zorakılığa və ya hədə qorxuya əsasən müqaviləni bağlamalarına dair halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilə bilməz, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Bundan başqa iddia tələbinin "Abasov X28 atası X14 adından verilmiş vəsiyyətnamənin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə bildirir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilənlərə əsasən, iddiaçı Abasov X28 atası X14 adından verilmiş vəsiyyətnamənin və Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Abasov X25 adına verilmiş RX seryalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3317/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, Cavabdehlər İddiaçı1, Dadaş-zadə Lamiə Firdofsi qızına və X4 qarşı qarşı "yaşayış sahəsində istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddiası təmin edilərək, İddiaçı1, Dadaş-zadə Lamiə Firdofsi qızının və X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 33 saylı evdən istifadə hüquqlarının itirilməsi qət edilmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 33 Cavabdeh mülkiyyətindədir; - Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 33 Cavabdehnın mülkiyyətindədir; Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür; - Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamənin sürətinə əsasən, xx.xx.2013-cü il tarixdə “ölmüş-Cavabdeh vərəsəsi kimi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,8 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,08652 ha torpaq sahəsindən ibarətdir; xx.xx.2017-ci il tarixli vərəsəlikdə miras payın bağışlanması müqaviləsinin surətinə əsasən, İddiaçı1, İddiaçı2 Balaəli oğlu və X10 onlara miras qalmış Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 33 saylı evindən və mülkiyyətində olan 0,08652 ha torpaq sahəsindən onlara düşən 1/8 hissə vərəsəlik paylarını Cavabdeh bağışlamışlar; xx.xx.2003-cü il tarixli vəsiyyətnamənin surətinə əsasən, X7 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Ramin Qasımov (K.Bolşevik) küçəsində yerləşən 33 saylı evi Cavabdeh vəsiyyət etmişdir; - 36 saylı xx.xx.2013-cü il tarixli arayışın sürətinə əsasən, X7 vəfat etdiyi zaman İddiaçı1, İddiaçı2 Balaəli oğlu, X10, Cavabdeh və digərləri Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsində yerləşən 33 saylı evdə qeydiyyatda olmuşlar. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçılar apellyasiya şikayəti verərək, 2(003)-1554/2023 saylı mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 1225; Mülki Prosessual Məcəllənin 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı1 qardaşları İddiaçı2, Cavabdeh Balaəli oğlu və bacısı X8 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi,ev 33 ünvanında doğulduqları andan qeydiyyatda olmaqla ayrı-ayrı tikililərdə yaşamışlar. Sonradan o, ailə quraraq ata evindən köçsə də, mütəmadi olaraq ata evi olan mübahisəli evə gedib-gəlmiş, həmçinin orada qalmışdır da. Ailə həyatı qursa da, gəlin köçdüyü evin sənədləri olmadığından, o həmin evə qeydiyyata düşməmişdir. Cavabdeh - Abasov X32 qardaşı Səlimi və onu müvafiq dövlət və məhkəmə orqanlarında onların adından çıxış edərək hüquqlarını müdafiə etməsi məqsədi ilə inandıraraq, notarial qaydada “etibarnamə” alınmasının zəruri olduğunu bildirmişdir. Bu fikirlə razılaşdıqdan sonra Sadıq İddiaçı2 və onu Bakı şəhəri 7 saylı xüsusi notarıat ofisinə apararaq, onlardan müvafiq sənədlərə imza atmaqlarını tələb etmişdir. Dediyinə görə, bu sənəd etibarnamə xarakterli olmuş və yalnız özü tərəfindən müvafiq məhkəmə orqanlarında onların hüquqlarını müdafiə etmək məqsədi ilə istifadə ediləcəkmiş. Sonradan 28 fevral 2017-ci ildə Cavabdeh Balaəli oğlu qardaşı İddiaçı2 Balaəli oğlunu, bacısı X6 və iddiaçını Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə apararaq, hansısa sənədə imza etdirərək, bildirmişdir ki, ata evindən onları heç vaxt çıxarmayacaq, hətta ev satıldığı zaman onlara düşən payın müqabilində həmin paya münasib məbləğdə pulu verəcək. Qardaşının onlara qarşı heç bir fənd işlətmədiyini, səmimi olduğunu fikirləşib imza etdikləri sənədin mahiyyətini anlamadan, heç bir hüquqlarını pozulmayacağına arxayın olduqdan sonra Notarius tərəfindən təqdim olunmuş sənədə imza etdilər. Abbasov Sadıq onların savadsızlığından, qanunu bilmədiklərindən istifadə edərək ata evi olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin R.Qasımov küçəsindəki 33 saylı evi, 03.2017-ci il tarixdə öz mülkiyyətinə keçirmişdir. Sənədə imza etdikləri vaxt Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin notariusu Nadir Vədətov tərəfindən onlara hüquq və vəzifələrini izah olunmamışdır. Bir sözlə, Abbasov Sadıq və Notarius əlbir olaraq onların savadsızlıqlarından istifadə edərək, mahiyyətini dərindən başa salmayaraq sənədə imza etdirmişlər. X21 Xəzər Rayon Məhkəməsinə müraciət edərək qeydiyyatda olduqları ata evləri olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsiev 33 ünvanından onun, 2 qızının və oğlunun istifadə hüquqlarının itirilməsi tələbi irəli sürmüşdür. Xəzər Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Abbasov Sadıqın cavabdehlər X2, İddiaçı1 Balaəli qızına və X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Halbuki o və qızları ata evində qeydiyyatda olmaqla bərabər həmin evdən istifadə də edirlər. X11 heç bir zaman Abasov X28 vəsiyyətnamə verməmişdir. Atasının imzası vəsiyyətnamədə qeyd olunan imza deyil. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixində mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş,tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəməxətşünaslıq ekspertizası üzrə 23 iyul 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 17 mart 2003-cü il tarixli Vəsiyyətnamədə “Бала Эли” əlyazmasından ibarət imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 200 nömrəli 2V/1 reyestr jurnalının 8-ci vərəqində 38-ci sirada “X27” yazıları qarşısında Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı “Бала Эли” əlyazmasında ibarət imza – X27 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 138 manat məbləğində müəyyən edilmişdir.
6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Qeyd edilənlərə əsasən məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən vəsiyyətnamə notariat qaydada 2 şahidin iştirakı ilə tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar bağışlama müqaviləsinin bağlanmasına məcbur edilməmələri, aldadılaraq, zorakılığa və ya hədə qorxuya əsasən müqaviləni bağlamalarına dair halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, buna görə də tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz və bundan irəli gələrək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilə bilməz. Apellyasiya şikayətinin digər dəlili olan vəsiyyətnamədəki imzanın X17 aid olmamasına münasibətdə isə məhkəmə kollegiyasını qeyd edir ki, məhkəmə- xətşünaslıq ekspertizası üzrə 23 iyul 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən müəyyən edilir ki, 17 mart 2003-cü il tarixli Vəsiyyətnamədə “Бала Эли” əlyazmasından ibarət imza; Notariat hərəkətlərinin qeyd edilməsi üçün 200 nömrəli 2V/1 reyestr jurnalının 8-ci vərəqində 38-ci sirada “X27” yazıları qarşısında Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı “Бала Эли” əlyazmasında ibarət imza – X27 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası mübahisə edilən dəlillərə münasibətdə iddianın təmin edilməsi üçün, habelə birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsassız olduğunu nəzərə alaraq, şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxslərə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin isə iddiaçılara aid edilməsini kollegiya əsaslı hesab edir.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)-1554/2023 saylı işi üzrə 02 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.