Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3732/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(005)-2421/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2019-cu il tarixli 4Ə-273 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız olunması və 26 dekabr 2019cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(005)- 2421/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı 24 aprel 2025-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və onlara əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
5. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, məhkəmədə onu təmsil etmək üçün qızı Nümayəndə etibarnamə vermişdir. Məhkəmə ərəfəsində cavabdeh olan qızı Cavabdeh3 necə ki, əvvəllər onu aldadaraq bağışlama müqaviləsinə imza etdirmişdir, hazırda da eyni qaydada onu aldadaraq şəxsiyyət vəsiqəsini ondan almış və onun əvəzindən guya iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi barədə məhkəməyə teleqram ünvanlamışdır. Teleqramın ünvanlanması üçün Cavabdeh3 və onun oğlu X3 onu poçta aparmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2421/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda da həmin şəxsiyyət vəsiqəsi ona qaytarılmış, bu səbəbdən də özünə yeni şəxsiyyət vəsiqəsi almalı olmuşdur. Hazırki iş üzrə ən əsaslı dəlil ondan ibarətdir ki, onun özünü məhkəmə şəxsən dinləyib ərizənin baxılmamış saxlanılmasına səbəb olmuş teleqramın iradəsini əks etdirmədiyini dəqiqləşdirməsidir. Odur ki, məhkəmədən şikayətinə şifahi məhkəmə iclasında baxaraq onu şəxsən dinləməsini xahiş edir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(005)- 2421/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
9. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 №-li qərarının 5-ci maddəsində qeyd edilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İş materiallarının 42-43-cü vərəqələrində olan 08 may 2025-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə teleqramdan məlumatı olmadığını bildirmişdir.
11. Nəzərə alınmalıdır ki, iddiaçının 94 yaşı vardır və təbii ki, onun qeyd olunan məzmunda (iddia tələbləri, alqı – satqı müqaviləsinin, reyestrdən çıxarışın rekvizitləri göstərilməklə) teleqram ünvanlandığı və nümayəndəsinin bu barədə məlumatlı olmadığını bildirdiyi halda teleqramın həqiqətən də iddiaçı tərəfindən şəxsən göndərildiyini, ərizənin geri qaytarılması ilə bağlı müraciətin onun iradə ifadəsini əks etdirib- etdirməməsini dəqiqləşdirmək üçün məhkəmənin iclası təxirə salmaq imkanı da olsa da, bu imkandan istifadə etməmişdir.
12. Bundan başqa, iddiaçı şikayətində teleqramın ünvanlanması üçün Cavabdeh3 və sonuncunun oğlu X3 tərəfindən poçta aparıldığını, hazırda da şəxsiyyət vəsiqəsinin ona qaytarılmadığını, bu səbəbdən də özünə yeni şəxsiyyət vəsiqəsi almalı olduğunu qeyd etsə də, məhkəmə tərəfindən bu xüsusata da diqqət yetirilməmişdir.
13. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan görünür ki, İddiaçı yeni şəxsiyyət vəsiqəsi 14 may 2025-ci il tarixdə, yəni, teleqramın göndərilməsindən sonra verilmişdir.
14. Qeyd olunan xüsusatlar təsdiq edir ki, ərizənin verilməsində iddiaçının iradə ifadəsi mövcud olmamışdır və hazırda işə baxılmasını tələb etdiyi halda şikayətin təmin olunmaması mümkün deyildir.
15. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq və yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad edilərək mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(005)- 2421/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(005)- 2421/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.