Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3733/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3770/2023 saylı 05 may 2023-cü il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X1 rayən Məhkəməsinə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixdə verilmiş JN seriyalı, 1052A nömrəli, 30501004 kodlu şəhadətnamədə X3 əvəzinə X6 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmə ərizəçi X4 ərizəsinə əsasən sonuncunu əsl Ərizəçi ilə əvəz etmişdir. Siyəzən rayon Məhkəməsinin 2(059)-150/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadı ilə Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsi” barədə ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsi hazırkı mülki işi 02 fevral 2023-cü il tarixdə icraata qəbul edərkən aidiyyət qaydaları gözlənilsə də, ərizəçinin əsl ərizəçi ilə əvəz edilməsiylə əlaqədar hazırkı işə bu məhkəmədə baxılması üçün əsaslar yaranmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3770/2023 saylı 05 may 2023-cü il tarixli qərardadı ilə mülki iş Siyəzən rayon Məhkəməsinin 2(059)-150/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadı aidiyyətlə bağlı məsələdə məhkəmələr arasında fikir ayrılığına səbəb olduğundan məsələnin həlli məqsədilə mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materillarından müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Kollegiya qeyd edir ki, qanunverici xüsusi icraat qaydasında qeyd edilən qateqoriya işlər üzrə ərizənin baxılmasını məhz ərizəçinin yaşadığı yerdə verilməsini müəyyən etmişdir. Burada qanunverici ərizə ilə müraciət edən şəxsə yaşadığı yerin məhkəməsində işinin baxılması üçün hüquq vermişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki halda əsl olmayan tərəf əsl Ərizəçi ilə əvəz olunduğu üçün işə baxılması əvvəldən başlanılmalıdır. Yəni, əvvəlki ərizəçinin ərizəsi əsasında məhkəmə iclasında aparılan bütün hərəkətlər yeniləndən aparılmalıdır. Belə olan halda ərizəçi Xətai rayonunda yaşadığından ərizənin baxılması ilə bağlı Siyəzən rayon Məhkəməsinə getməsi ağlabatan olmamaqla, o cümlədən qanunvericiliyin şəxsə yaşadığı yerin məhkəməsində işinin baxılması üçün verdiyi hüquqa mütənasib deyil. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Ərizəçi ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3733/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3733/2023
30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver