Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3743/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı (abonent kodu **********00140) məxsus mənzildən Cavabdeh İB-nin əməkdaşları tərəfindən 08АZ**********4 nömrəli “G-4” markalı “Gulf” tipli qaz sayğacı ekranı söndüyünə görə çıxarılaraq yeni **********875 nömrəli “G-4” markalı “Zenner” tipli sayğac ilə əvəz edilmişdir.
2. “BRQSD X5 daxil olan Smartkart tipli qaz sayğacları haqqında məlumat”dan görünür ki, 08АZ**********4 nömrəli “G-4” markalı “Gulf” tipli qaz sayğacı xx.xx.2022-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticəsində sayğaca baxış keçirilərək, sayğacın elementinin bitdiyi müəyyən olunmuş, müvəqqəti element quraşdırılmış, ekran açılmamış, informasiya oxunmamış, xətaların normadan artıq olduğu, sayğacın istismara yararsız olduğu qənaətinə gəlinmişdir. “Qüsura görə nəticə” bölməsində “qaz itkisi” qeyd edilmişdir.
3. Bazadan çıxarışdan görünür ki, 08**********4 nömrəli “Smart Qulf-İtron” tipli sayğacın plomb tarixi xx.xx.2011-ci il, **********875 nömrəli “Zenner G4T Smart” tipli sayğacın plomb tarixi isə xx.xx.2022-ci ildir.
4. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış “əsassız hesablanmış borcun silinməsinə dair” pretenziyadan görünür ki, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 5800 manat məbləğində borcun, pretenziyanı alan gündən 3 (üç) iş günü ərzində silinməsini tələb etmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət edəcəyini bildirmişdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2022-ci il tarixli MSK seriyalı 29/1710-02976-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktından görünür ki, 08АZ**********4 nömrəli “G-4” markalı itron tipli qaz sayğacına keçirilən baxış zamanı “sayğacın elementinin bitdiyi müəyyən edilmiş, müvəqqəti element quraşdırılmışdır. Ekran açılmadığından informasiya oxunmamışdır. Xətaların normadan artıq olması və sayğac istifadəyə yararsız olması müəyyən edilmişdir. “Qüsura görə nəticə” bölməsində “qaz itkisi” qeyd edilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı adına olan **********00140 saylı abonent kodu üzrə xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin sentyabr ayına 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat borcu yaranmışdır.
7. xx.xx.2022-ci il tarixli GASREP sənədindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili üzrə (abonent kodu **********00140) “mənfi qaz sərfi”nə görə 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat məbləğində borcu yaranmışdır.
8. Cavabdeh Bakı X10 Departamentinin Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı Filialına ünvanladığı müraciətə baxılmasının nəticəsi haqqında xx.xx.2023cü il tarixli 14-2-2/2-906/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanında yerləşən 14 saylı mənzildə xx.xx.2010-cu il tarixdə 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının ekranı işləmədiyi üçün xx.xx.2022-ci il tarixdə qeyd olunan qaz sayğacı **********875 nömrəli, Zenner tipli, G4 markalı qaz sayğacı ilə əvəz edilmiş və çıxarılan qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli, MKS-29/1710-02976-1 nömrəli qaz sayğacının yoxlanılması barədə akt tərtib edilərək istismara yararsız olması qeyd edilmişdir.
9. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Bakı Filialının mütəxəssisi X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzildə 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacı quraşdırılması tarixi barədə Cavabdeh İB tərəfindən müvafiq sənəd təqdim edilməmiş, lakin qeyd olunan ünvan üzrə abonent saldosunun təhlili zamanı ünvan 2 ünvanında yerləşən mənzildə 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacının 2011-ci ilin yanvar ayında Cavabdeh İB-də **********00140 saylı abonent kodu ilə İddiaçı adına qeydiyyata alındığı aşkar olunmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın tərtib edilməsi zamanı 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacının ekranının söndüyü, lakin mexaniki hissəsinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Çıxarılmış 08АZ**********4 zavod nömrəli, Gulf tipli, G4 markalı qaz sayğacı Cavabdeh İBnin Metereologiya Departamentinin laboratoriyasında xx.xx.2022-ci il tarixində Dövlət yoxlamasından keçirilərək “Sayğaca baxış keçirildi. Sayğacın elementi bitib. Müvəqqəti element quraşdırıldı.
10. Sayğacın ekranı açılmadı, informasiya oxunmadı. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır” rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.4-cü bəndinə görə qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qeyd edilən ünvanın elektrik enerjisindən istifadə edilməsi ilə bağlı "xxxx" ASCdən həmin ünvanın abonent saldosu əldə edilmişdir. Həmin abonent saldosu təhlil edilən zaman ünvan 2 ünvanında yerləşən mənzilin "xxxx" ASC-də **********10014 kod ilə İddiaçı adına qeydiyyatda olduğu, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illərdə hər aya elektrik enerjisindən istifadə edildiyi müəyyən edilmişdir. Buradan da görünən odur ki, deməli həmin ünvanda təbii qazdan da istifadə edilmişdir. Odur ki, qeyd edilən ünvanda 2014- cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə təbii qazdan istifadənin hesabatı aşağıdakı cədvəldə təqdim edilmişdir. Sayğacın mexaniki göstəricisi: 24871 m3 . Ödənilmiş pula görə sərf olunan qaz həcmi (qaz ekvivalentində) 60 manat = 600 m3 təbii qaz, istifadə müddəti: 11 il və 7 ay, cəmi 139 ay, 12 ay (1 il) = 24871 m3 / 139 ay x 12 ay = 2147 m3 , 7 ay = 24871 m3 / 139 ay x 7 ay = 1254 m3.
11. “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 022/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, yaşayış kompleksi "xxxx" MTK tərəfindən inşa edilmiş və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilərək istismara qəbul edilmişdir. Binalar inşa edilən vaxtdan yaşayış kompleksləri qazanxana ilə təchiz edilmiş və yaşayış üçün istifadəyə verilən vaxtdan (26 dekabr 2008-ci il) sakinlərin isti su və qış aylarında isitmə ehtiyacları daimi təmin edilmişdir. xx.xx.2017-ci il tarixindən etibarən yaşayış kompleksinin saxlanması və idarəetməsini “Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti davam etdirir. Yaşayış kompleksinin qazanxanası halhazırda da fəaliyyət göstərir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 5800 (beş min səkkiz yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Cavabdeh ilə aralarında bağlanmış müqavilə üzrə qeyd edilən ünvandakı mənzil cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Bir neçə il əvvəl mənzilin eyvanında quraşdırılmış qaz cihazlarında qazın sızmasını müəyyən etmiş, dəfələrlə cavabdehə müraciət edərək qaz cihazlarında yaranmış nasazlıqların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini xahiş etmiş, yalnız xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçının mənzilində olan qaz sayğacını dəyişdirib, cihazlarda olan nasazlıqları aradan qaldırmışdır. Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Sayğac dəyişdirilib, qeyd edilən akt imzalanandan sonra cavabdeh tərəfindən iddiaçıya qazın istehlakı üçün 2013-cü ildən bu günə qədər cavabdehə 5800 manat borcunun olması və bu borc ödənilənə qədər qaz istehlakı üçün ödəniş kartının bloka salınacağı bildirilmişdir. Cavabdeh tərəfindən ona borcunun olması və həmin borcun ödənilməsi barədə xəbərdarlıq şifahi surətdə edilmişdir. İddiaçının cavabdehə guya borcunun olması haqqında yazılı xəbərdarlıq verməsi barədə bütün müraciətləri baxılmamış qalmışdır. Bu səbəbdən 2 (iki) aya yaxın müddətdir ki, onun mənzili təbii qazla təchizatı təmin edilmir. O, xx.xx.2022-ci il tarixdə cavabdehə mübahisənin məhkəmədənkənar həll edilməsi üçün pretenziya göndərmiş, 3 (üç) iş günü ərzində əsassız hesablanmış borcun silinməsini təklif etmiş, lakin cavabdeh tərəfindən qeyd edilən təklifə cavab verilməmişdir. Cavabdeh hesablamalarının hüquqi əsasını iddiaçıya bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstərişlərinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir
14. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdehnə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat pulun və 66,77 (altmış altı manat 77 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4743,52 (dörd min yeddi yüz qırx üç manat 52 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Cavabdeh şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2017-ci il tarixində 01/24200 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı X10 Departamenti tərəfindən **********00140 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən 27 iyul 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 24871 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 4676,75 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 4676,75 (dörd min altı yüz yetmiş altı manat 75 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün Cavabdeh İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
16. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qarşılıqlı iddia üzrə iddia müddəti ötürüldüyündən qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” xx.xx.2017-ci il tarixində imzalanmışdır və bu müqavilənin şərtlərinə görə istehlakçı hər ay (vaxtaşırı) Cavabdehnə işlətdiyi təbii qaz üçün pul ödəməli idi, deməli, qarşılıqlı iddia üzrə iddiaçı iddia müddətini ötürmüşdür.
17. İlkin iddia üzrə İddiaçı ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona təbii qazın verilməsinə görə əsassız hesablanmış 4676,75 (dörd min altı yüz yetmiş altı manat yetmiş beş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00140) əsassız hesablanmış 2012.15 (iki min on iki manat on beş qəpik) manat məbləğində borcun silinməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsinə görə 28.40 (iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı 756.57 (yeddi yüz əlli altı manat əlli yeddi qəpik) manat pul tutularaq Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 66.77 (altmış altı manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun 11 (on bir) manat hissəsi İddiaçı tutularaq Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, qalan 55.77 (əlli beş manat yetmiş yeddi qəpik) manat hissəsi isə Cavabdehnə aid edilməsi qət edilmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı 4676,75 manat məbləğində borcun əsassız hesablandığını iddia edərək, həmin məbləğdə borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya qaz sərfiyyatına görə 4676,75 manat məbləğində borc hesablansa da, ilkin iddia üzrə iddiaçının qaz sərfiyyatına görə cavabdehə 2664,60 manat məbləğində borcu yaranmışdır. Beləliklə, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4676,75 manat məbləğində borcun 2664,60 manat hissəsində əsaslı olduğu müəyyən edilmiş, qalan 2012,15 manat hissəsinin hesablanmasına əsas olmuş mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yəni borcun olması müvafiq qaydada sübuta yetirilməmişdir. Buna görə də ilkin iddia üzrə iddiaçının tələbinin qismən, yəni 2012,15 manat məbləğində əsassız hesablanmış borcun silinməsi hissəsində əsaslı olduğu qənaətinə gəlinmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00140) hesablanmış 2012.15 manat məbləğində borc əsassız olduğundan silinməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin təbii qazın sərfiyyatına görə 4676.75 manat məbləğində debitor borcunun olduğunu iddia edərək, həmin məbləğdə borcun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya qazın sərfiyyatına görə 2011-ci ildən 2022-ci ilin iyul ayınadək 2664,60 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən məhz 2664.60 manat məbləğində borcun tələb edilməsi hissəsində haqlıdır. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdeh ərizə verərək, qarşılıqlı iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə iddia müddətini tətbiq edərək, qarşılıqlı iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci ildə verildiyini nəzərə alaraq, xx.xx.2019xx.xx.2022-ci illər üzrə borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Beləliklə, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə ümumi borcun “214.70 manat / 12 ay x 3 ay = 53.67 manat”, 2020-ci il üzrə ümumi borcun 214.70 manat, 2021-ci il üzrə 333.40 manat, 2022-ci il üzrə 154.80 manat olduğu nəzərə alaraq, qarşılıqlı iddia üzrə cavabdehdən cəmi 756.57 manat məbləğində pul tutulmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 2-ci yarımbəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 1-ci yarımbəndinə, «Qazdan istifadə Qaydaları»nın 1.3, 4.2, 4.8, 5.2, 5.6-cı bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375, 527.1, 551.2, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 119.1-119.2, 217.1, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 2(006)- 296/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni ilkin iddia tələbinin təmin edilən və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrində qətnamənin ləğv edilməsi və ilkin iddia ərizəsinin təmin edilməməsinə və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq CavabdehİB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27 iyul 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 24871 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla Cavabdeh İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Bu fakt barədə İddiaçı məhkəməyə verdiyi izahatında da qeyd etmişdir (açıq-aşkar etiraf edir). Həmçinin bu fakt barədə məhkəməyə tərəflərindən verilmiş izahatda da bir daha qeyd edilmiş və təsdiqlənmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 4676,75 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan maddi hüquq normalarına istinadı mübahisələndirdikləri qətnamənin 7-ci səhifəsinin 3-cü abzasına nəzər yetirdikdə görmək olar. Bu maddi hüquq normalarının məzmununa nəzər yetirdikdə, orada qaz sayğacının qaz paylayıcının vəsaiti hesabına quraşdırılmasından, zədələnmiş qaz sayğacının təmir olunmasının, texniki baxış keçirilməsinin qaz paylayıcının hesabına həyata keçirilməsindən və s. bu kimi məsələlərdən bəhs etdiyini görünür. Həm ilkin və həm də qarşılıqlı iddia tələbləri müvafiq olaraq abonentin istifadə etdiyi, lakin dəyərini ödəmək istəmədiyi debitor borcun silinməsi və əksinə borcun abonentdən məcburi qaydada tutulması barəsindədir. Belə olan təqdirdə birinci instansiya məhkəməsinin iddia tələblərinin mahiyyətinə uyğun, həmin məsələləri tənzimləyən qanunvericilik normalarına yox, məhz bu maddi hüquq normalarına hansı məntiqlə istinad etdiyi isə sual olaraq qalmaqdadır. Göründüyü kimi maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin maddi hüquq normasının 5.2-ci bəndinə əsasən isə “Smart-kart” tipli qazsayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İddiaçı tərəfindən silinməsi xahiş olunan borc debitor borcdur, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi debitor borcdur. Digər tərəfdən İddiaçı sayğacı öncədən ödəniş tipli olduğundan, yəni Smart kart tipli sayğac olduğundan sərfiyyatla bağlı hesabın, yəni qəbzin təqdim edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi kobud səhv edərək Qaydaların 5.6-cı bəndinə istinad edərək qeyd edir ki, “qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə)”. Göründüyü kimi “smart kart” tipli sayğac istifadəsində olan abonentdə qeyd olunan kitabçanın verilməsi məntiqli deyildir və qanunvericiliklə də bu nəzərdə tutulmamışdır. Beləliklə birinci instansiya məhkəməsinin iddiaçının işlətdiyi təbii qaza görə yaranan borcunun silinməsi haqqında yalnış və qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında yer alan hər iki mütəxəssisin rəylərindən göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. İddiaçı uydurma izahatından başqa və əsassız iddia tələbinə qanuni don geyindirməkdən maddəsi və əsassız iddia tələbinə qanuni don geyindirməkdən başqa borcun əsassız olmasına dair hər hansı sübut və ya bir sənəd təqdim edə bilməmişdir. Bu faktdır. İlkin iddia tələbinin qismən də təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və mötəbər sübut kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul olunan sənədlərə, digər tərəfdən mütəxəssislər tərəfindən verilmiş və kifayət qədər aydın, qərəzsiz olan rəylərdən də göründüyü kimi, sayğac dəyişdirilərkən, kifayət qədər aydın, qərəzsiz olan rəylərdən də göründüyü kimi, sayğac dəyişdirilərkən, abonentin “karta pul yükləməyərək” təbii qazdan istifadə etdiyi və bununla da istifadə etdiyi qazın dəyərini ödəmədiyi aşkar edilmişdir. Mübahisələndirdikləri qətnamədə birinci instansiya məhkəməsi qeyd edir ki, “Belə ki, ilkin iddia üzrə iddiaçı 4676,75 manat məbləğində borcun əsassız hesablandığını iddia edərək, həmin məbləğdə borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya qaz sərfiyyatına görə 4676,75 manat məbləğində borc hesablansa da, ilkin iddia üzrə iddiaçının qaz sərfiyyatına görə cavabdehə 2664,60 manat məbləğində borcu yaranmışdır”. Göründüyü kimi birinci instansiya məhkəməsi İddiaçı borcunun olması faktını aşkar etmişdir. Lakin qeyd etməklə ki, ”B eləliklə, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4676,75 manat məbləğində borcun 2664,60 manat hissəsində əsaslı olduğu müəyyən edilmiş, qalan 2012,15 manat hissəsinin hesablanmasına əsas olmuş mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yəni borcun olması müvafiq qaydada sübuta yetirilməmişdir”, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlməsini açıq-aşkar göstərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
24. İlkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, tərəflərindən borc əssasız hesablanmamışdır. Məhkəmənin gəldiyini qənəti ilə razı deyil. “Smart-kart” tipli qaz sayğacı olduğuna görə vaxtaşırı baxış keçirilməsi mümkün olmamışdır. Yalnız əməkdaşları tərəfindən 27 iyul 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğac sönük olduğu aşkar edildiyi üçün aidiyyatı üzrə metallurgiya departamentinə göndərilmiş və orada xüsusi avadanlıqlar vasitəsi ilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sayğacda hesablanma mexanizmi işləmir. Bu barədə Akt tərtib edilmişdir. İstehlakçı təbii qazdan istifadə etsə də, az ödənişlər etmişdir. Buna görə də onun 4676,75 manat borcu yaranmışdır. İşə baxan məhkəmə mütəxəssis rəyinə də əsaslanmamışdır, istinad etməmişdir. Onlar hazırda debit borcun ödənilməsini tələb edir. İddia müddət ilə bağlı bildirmək istəyir ki, “Smart-kart” tipli qaz sayğacın baxışının keçirilməsi fors-major hallarda olur. İstehlakçı özü müraciət etdiyi üçün baxış keçirilmişdir. Bu tip sayğaclara onlar baxış keçirmirlər. Yalnız müəyyən bir müddət var ki, həmin vaxt tamam olduqda baxış keçirilir. Bütün borcu onlar 20 qəpikdən hesablamayıblar, Tarif Şurasının qiymətin müəyyən etdiyi zamanda hesablayıblar.
25. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
26. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, tərəf 4 dəfə cavabdehə müraciət etmişdir ki, balkondan qaz sızır. 1 dəfə gəliblər, baxış keçiriblər. Lakin, heç nə edilməyib. İşə cəlb edilmiş mütəxəssis bildirmişdir ki, borc 2664,60 manat borc var. Bina istifadəyə veriləndən qazanxanası fəaliyyət göstərir. İsti su binadan, kombi isə qazanxanadan gəlir. Kombi olsa da, qazanxanadan fəaliyyət göstərir. Qazla işləyən alətlərdən biri işləmir, çünki istilik qazanxanadan gəlir. Bu barədə məlumat verməyiblər, onların məsuliyyətində deyil. Sayğac işlək vəziyyətdə deyil. İşləməyən sayğaca 4676,75 manat borcun yazılması düzgün deyil.
Tətbiq edilən hüquq normaları:
27. Mülki Məcəllənin 372.1-ci maddəsində qeyd edilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
28. Həmin Məcəllənin 372.2-ci maddəsində qeyd edilir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
29. Həmin Məcəllənin 373.3-cü maddəsində qeyd edilir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
30. Həmin Məcəllənin 375.1-ci maddəsində qeyd edilir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
31. Həmin Məcəllənin 375.2.-ci maddəsində qeyd edilir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
35. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
36. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
38. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. (Bənd 4.6) Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. (Bənd 4.7)
39. Həmin Qaydaların 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
40. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Həmin Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Hazırki halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayə verərək birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia tələbinin təmin edilən və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilkin iddia tələbinin təmin edilən və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
46. İddiaçı 5800 (beş min səkkiz yüz) manat manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. "Azəriqaz” İstehsalat Birliyi eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək akta görə hesablanmış 4676,75 manat borcun İddiaçı tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir.
47. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
48. "Azəriqaz” İstehsalat Birliyi verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və 4676,75 manat borc 24871 m3 itirilmiş qazın dəyəri olaraq hesablanmışdır, İddiaçı tərəfindən bu borcdan 117,5 manat ödəniş edilməklə borc etiraf edilmişdir.
49. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, iddiaçıya məxsus mənzildə 2010-ci ildə 08**********4 nömrəli “Smart Qulf-İtron” tipli sayğac quraşdırılmış, sayğac yenisi ilə 2022-ci ilin iyul ayında əvəz edilmişdir. 2022-ci ilin iyul ayınadək 24871 m3 həcmində qaz sərfiyyatı olmuş, iddiaçı tərəfindən 2011-ci ildə 20 manat, 2013-cü ildə isə 40 manat olmaqla, cəmi 60 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, onun 2022-ci ilin iyul ayına (sayğac yenisi ilə əvəz edilən tarixə) cavabdehə olan borcunun 2664,60 manat təşkil etdiyi müəyyən edilmişdir.
50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən - 2012.15 (4676,75 - 2664,60) borcun silinməsi barədə qənaətə gəlməkdə haqlı olmuşdur.
51. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz” İstehsalat Birliyi akt əsasında hesablanmış 4676,75 manat borcun İddiaçı tutulmasını xahiş etmişdir.
52. Məhkəmə kolegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işçi vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı - İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.
53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, 2010-cu ildən 2022-ci ilədək keçən 12 il müddət ərzində qaz paylayıcısı tərəfindən qaz sayğacına texniki baxış keçirilməmişdir. Göründüyü kimi, Cavabdeh İB müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmişdir.
54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
55. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehdən 756.57 manat məbləğində pulun tutulmalı olması barədə mövqeyini əsaslı hesab edərək qeyd edir ki, məhkəmə araşdırmaları əsasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya qazın sərfiyyatına görə 2011-ci ildən 2022-ci ilin iyul ayınadək 2664,60 manat məbləğində borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh ərizə verərək, qarşılıqlı iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki, “Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Eyni zamanda, bəzi hallarda Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz.”
57. Qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmiş, xx.xx.2019 tarixdən xx.xx.2022-ci illər üzrə borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Beləliklə, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə ümumi borcun “214.70 manat / 12 ay x 3 ay = 53.67 manat”, 2020-ci il üzrə ümumi borcun 214.70 manat, 2021-ci il üzrə 333.40 manat, 2022-ci il üzrə 154.80 manat olduğu nəzərə alaraq, qarşılıqlı iddia üzrə cavabdehdən cəmi 756.57 manat məbləğində pul tutulmalıdır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
60. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fuad Babayev