Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3744/2024 05.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-778/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1 ədəd “İphone 14 Pro Max” markalı telefonun qiyməti kimi 3.659,24 manat, dəbbə pulu kimi 479,17 manat və eyni tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1 ədəd “İphone 14 Pro Max” markalı telefonun qiyməti kimi 3.562,39 manat, dəbbə pulu kimi 466,2 manat, hər iki müqavilə üzrə ümumilikdə 8.167 manat, dövlət rüsumunun əvəzi kimi 466,2 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borc (telefonun qiyməti) kimi 3.659,24 manat, dəbbə pulu kimi 50 manat və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borc (telefonun qiyməti) kimi 3.562,39 manat, dəbbə pulu kimi 50 manat, hər iki müqavilə üzrə cəmi 7.321,63 manat, dövlət rüsumunun əvəzi kimi 93,22 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilərək yeni qətnamə qəbul olunsun. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Müəyyən olunur ki, həmin müqavilələr üzrə telefonların qiymətinin ödənilməmiş hissəsi kimi borc, habelə ödənişin gecikdirilməsinə görə dəbbə borcu mövcuddur. Borcun məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, borcun məbləğinin müəyyən edilməsi üçün mühasibat ekspertizası keçirilməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspertiza cavablandırılması xüsusi bilik tələb edən suallar olduqda təyin edilir. Hazırkı alqı-satqı müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etmir, əşyanın müqavilədə göstərilmiş qiymətindən alıcının ödədiyi məbləğ çıxılmaqla borcun məbləği müəyyən olunur. Əşyanın qiymətinin ödənildiyini sübutetmə yükü cavabdehin (alıcının) üzərinə düşür, lakin cavabdeh heç bir sübut təqdim etmədiyinə görə iddiaçının (satıcının) təqdim etdiyi sübutlar əsasında əşyanın qiymətinin ödənilməmiş hissəsi müəyyən edilməlidir. İddiaçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, əsas borcun və dəbbə borcunun məbləği qətnamədə göstərilən məbləğdədir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 425 və 567ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)- 778/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3744/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3744/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver