Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3749/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(008)-625/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Maraqlı şəxs cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmənin səbəbinin üzrlü sayılaraq uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı ev mərhum babası X4 məxsus olmuş və onun 04 iyun 1995-ci il tarixdə vəfatından sonra miras əmlak kimi onlara keçmişdir. Lakin o və digər vərəsələr mirası faktiki qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə ki, onlar - yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz payından sərbəst şəkildə istifadə etmişlər. O, mərhum babasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmiş, daima ora-gedib gəlmiş, bütün komunalları ödəmiş və digərvərəsələrlə birlikdə mirasın qəbulunda iştirak etmişdir. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. 23 avqust 2023-cü il tarixdə 04 iyun 1995-ci ildə vəfat etmiş babası X3 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbulu üçün ərizə ilə cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə 30 sentyabr 2023-ci il tarixli “notariat hərəkətin aparılmasından imtina edilməsi” barədə qərarla cavab verilmişdir. Həmin qərarda mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddəti buraxdığına görə mirasın onun tərəfindən qəbul edilməsinin mümkün olmadığı göstərilmiş və müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı babasının vərəsələri olan onlar qohumlar arasında bir dəfə də olsun mübahisə və ya anlaşılmazlıq olmamış, həmişə aralarında mehriban münasibətlər olmuşdur. Mərhum babası X2 miras qalan əmlakın (ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin) qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum babası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə tərəfindən gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-625/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Maraqlı şəxs cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizənin icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-625/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin 27 mart 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, tətbiq olunmalı prosessual normaları tətbiq etməmiş, əksinə tətbiq olunmamalı normaları tətbiq etməklə səhvə yol vermişdir. Məhkəmə bеlə nəticəyə gəlmişdir кi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını rəhbər tutaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xx.xx.2023-cü il tarixli qərarından isə görünür ki, X7 babası X2 miras qalmış vərəsəliyin qəbulu müddətini buraхdığından ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu halda, məhkəmənin vəzifələrinə və mülki mühakimənin məqsədlərinə (məhkəməyə) aid baxılmalı mübahisə olmadığından və ondan irəli gələrək iş məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icaata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, Notariat orqanı tərəfindən imtinanın əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən müddətin ötməsi ilə olduğundan və Konstitusiya Məhkəməsi tərəfindən qeyd edilən norma qüvvədən düşmüş hesab edildiyindən, ədalət mühakiməsində müddətlə bağlı məsələ mübahisə predmeti olaraq baxış predmeti ola bilməz, habelə notariat orqanı tərəfindən bu əsasla imtinanın mümkünlüyü istisna edilir. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli qərarını tаm əks еtdirmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Qərarının nəticə hissəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsi ilə bitmir və həmin nəticə hissəsinin davamında qeyd olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Başqa sözlə, Konstitusiya Məhkəməsi Plenumunun hazır ki Qərarın qüvvəsini “bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə” şamil etmişdir. Eyni zamanda, hazırki Qərarın qüvvəsini hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil etmişdir. Göründüyü kimi, məhkəmə işin icraatına qeyd olunan əsasla xitam verməsində haqlı olmamış, Konstitusiya Məhkəməsi Plenumunun adi çəkilən qərarının təvsirinə yol vermişdir. Məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu hallar təsdiqini tapmamış, nəticədə əsassız qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(008)-625/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, miras, iddiaçının babası, miras qoyan-X3 04 iyun 1995-ci il tarixdə ölməsi fakti ilə 1995-ci ildə açılmışdır. Kollegiya hesab edir ki, hazılrki iş üzrə mübahisəli hüquq münasibətləri miras qoyanın 1995-ci ildə ölməsi ilə həmin ildə yarandığından MPM-in 217.2-ci maddəsinin tələblərinə əsasən həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 01.09.2***-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasn mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Məhkəmə isə 01.09.2***-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edilməsinə istinad edərək hazırki iddia ərizəsi üzrə icrata xitam vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı vaxt-1995-ci ildə qüvvədə olan maddi hüququ normaları tətbiq edilməli olduğundan, məhkəmə 01.09.2***-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1246 və 1273-1ci maddələrinin qüvvədən düşmüş olmasına istinad edərək, iddia ərizəsi üzrə icraata xitam verərəkən prosessual hüquq normasının (MPM 217.2) tələbinə riayyət etməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməklə, işin mahiyyəti üzrə baxılmasını həyata keçirməlidir. Buna görə də kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2024cü il tarixli, 2(008)-625/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(008)-625/2024 saylı qərardadı ləğv edilsin, mülki iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3749/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3749/2024
07.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver