Məhkəmə qərarları › İş №2(103)-3758/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3758/2020

17.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3758/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-283/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 2498.83 borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB ilə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamışlar. Bundan sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Kristal” düşərgəsində xx.xx.2017-ci il tarixdə (**********00470) abonent kodlu qaz sayğacı quraşdırılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacı dəyişdikdən sonra və guya sayğacda problem olduğuna görə ona 2498.83 manat borc hesablanmışdır. Onun bu borcdan xəbəri olmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istahlak etdiyi qaza görə borcunu ödəmişdir. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-283/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təltələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təşkilat borcu xx.xx.2017-ci il tarixdə quraşdırılmış qaz sayğacı üzrə hesablamış, bundan sonra sayğac dəyişdirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsin bildirmədən məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı verilən qaz xətti üzrə abonent kodu**********00470 sayla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayon sektoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün düşməklə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Kristal” düşərgəsində məskunlaşmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh İB arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx.xx.2017-ci il tarixli 03/2455 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı verilmiş qaz xətti üzrə 2498.83 manat borc hesablanmışdır. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun tələbinə görə, qazpaylayıcısının istehlakçıdan tələb etdiyi borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü qaz paylayıcısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh İB-nin üzərinə düşür. Bununla belə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi sərf edilmiş qaza görə cavabdehə 2498,83 manat borc hesablanmış, iddia ərizəsində iddiaçı qaz sayğacı dəyişdirildikdən sonra və guya sayğacda problem olduğuna görə borc hesablanması arqumentləri ilə çıxış etsə də, iddia ərizəsində göstərdiklərini sübut edə bilməmiş, yəni sayğacın dəyişdirildiyi, müdaxilə olduğu barədə təşkilat tərəfindən hər hansı akt tərtib edildiyinə dair heç bir sənəd təqdim edə bilməmiş, əksinə məhkəmə iclasında borcun xx.xx.2017-ci il tarixdə quraşdırılmış qaz sayğacı üzrə hesablandığını, 2017-ci ildən sonra sayğacın dəyişdirilmədiyini bildirmişdir. Göründüyü kimi hesablama sayğac göstəriciləri üzrə aparılmış, iddiaçı tələbində göstərdiklərini sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Buna görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-283/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci və 385.1.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-283/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar