Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3771/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərdən irəli gələn tələb) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X6 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh kredit yolu ilə satılmış, avtomobilin dəyəri 30314,5 manat müəyyən edilmişdir. Cavabdeh avtomobilin dəyərinin 5000 manat hissəsini ödəmiş, qalan 25314,5 manat hissəsindən isə 6336 manat ödəniş edərək, cəmi 18978,5 manat isə ödənilmədən qalmışdır. 2.Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və X4 qarşı – Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 18978,5 manat əsas borc pulun, 3766,4 manat məbləğində cərimə pulunun, 26750 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat pulun cavabdehlər Cavabdeh və X3 iddiaçı "xxxx" MMCnin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011 ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alğı-satqısı ilə məşğul olmaqdır. İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30314,5 manata satılmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh X8 müqavilə üzrə zaminlik edərək xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, əlavə xərclər üçün 3000 manat, 9 ay 704 manat ödəniş edərək, cəmi 11336 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 18978,5 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borclunun qeydiyyat ünvanına “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə (535x50) haqqı hesablanmaqla 26750 manat məbləğində icarə pulu hesablanmışdır. Bu Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3766,4 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı Müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilə üzrə Alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə Alıcı Satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1-ci bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2-ci bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə, satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. 5.Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında "xxxx" MMC əsl İddiaçı ilə əvəz edilmişdir. 6.İddiaçı sonradan məhkəməyə iddia tələbinindəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, İddiaçı "xxxx" MMC-yə verdiyi AR-İ № 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçi İddiaçı geri verilməsi, bu mümkün olmadıqda dəymiş zərərin əvəzi olaraq 18978,5 manat əsas borc pulun, 3766,4 manat məbləğində cərimə pulunun, 26750 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Lalə Rəhimli) iddia qismən təmin edilərək, İddiaçı ("xxxx" MMC-yə verilmiş etibarnamə əsasında) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh tərəfindən “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı geri qaytarılması, bu mümkün olmadıqda Cavabdeh 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas, 1500 (min beş yüz) manat cərimə borcu və 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2019-cu il tarixli 2647 saylı müqavilənin surətindən görünür ki, satıcı İddiaçı etibarnaməsi əsasında "xxxx" MMC tərəfindən 2012-ci il buraxılışlı “Hyundai Elantra” minik markalı avtomobil alıcı Cavabdeh qiyməti müqavilə ilə 30314,50 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 5000 manat ödəniş etmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobil X7 tərəfindən təhvil alınmışdır. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədvəlindən görünür ki, hər növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 704 manat, sonuncu xx.xx.2022-ci il üçün isə 674,5157 manat müəyyən edilmişdir. 9.İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdeh X8 müqaviləni imzalamamışdır. 10.İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Elantra” markalı, ** KA *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. 11.Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh kredit yolu ilə satılmış, avtomobilin dəyəri 30314,5 manat müəyyən edilmişdir. Cavabdeh avtomobilin dəyərinin 5000 manat hissəsini ödəmiş, qalan 25314,5 manat hissəsindən isə 6336 manat ödəniş edərək, cəmi 18978,5 manat isə ödənilmədən qalmışdır. 12.Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən, satıcının alıcıdan alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşınpulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən, avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri alıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır. 13.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçının müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğu halda avtomobili ondan geri tələb etmək hüququ olduğundan, “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə ödənilməmiş pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 14.Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 18978,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 15.Məhkəmə həmçinin, iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş hesab etməklə işin hallarını nəzərə alaraq, iddia tələbində göstərilən cərimə pulunun 3766,40 manat məbləğində deyil, 1500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. 16.Məhkəmə iddianın “26750 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır. 17.Məhkəmə cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək hesab etmişdir ki, iddianın “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində də iddia tələbi təmin edilməlidir. 18.Məhkəmə həmçinin iddianın 238,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 19.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 601.1, 385.1, 442, 443.1, 443.5, 462.1, 467, 421.1, 421.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 20.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış nisyə alğı-satqı müqaviləsi cavabdehlə bağlansa da, avtomobil X2 istifadəsinə verilmişdir. “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt onun istifadəsində olmamışdır. Bir dəfə olsun belə həmin avtomobili idarə etməmiş, istifadəsində olmamışdır. Hesab edir ki, əslində bu müqavilənin bağlanması səbəbindən xeyli ziyana düşmüşdür. Belə ki, iddiaçıya ödənilmiş ilkin ödəniş və xidməti haqqını o, öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh olduğu iş üzrə məhkəmə iclasında vəsatət verərək onu əsl cavabdeh X5 ilə əvəz edilməyini məhkəmədən xahiş etsə də, məhkəmə vəsatəti müzakirə etmədən təmin etməmişdir. Etibar Hüseynov 2020-ci ilin sentiyabr ayında “Hyundai Elantra” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. Bu barədə Nərimanov rayon Polis İdarəsi tərəfindən Etibar Hüseynovun barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Nisyə alğı-satqı müqaviləsi bağlansa da, avtomobil onun istifadəsinə verilməmiş, Mülki Məcəllənin 337.1-ci maddənin tələblərinin pozulması ilə bağlandığından, əhəmiyyətsiz əqd hesab oluna bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 23.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, mülki iş materiallarında olan nisyə alğı-satqı müqaviləsi və təhvil-təslim aktında olan imzalar ona məxsusdur. O, müqavilə üzrə ilkin ödəniş və aylıq ödənişlərdən də ödəniş etmişdir. Maşın isə ona təhvil verilməmişdir. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 25.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 26.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 29.Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 30.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 31.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 32.Maddə 601.1.Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 33.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 34.Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 35.Maddə 443.5.Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 36.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 37.Maddə 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 38.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 39.Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 40.Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 44.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh aid iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı və digər cavabdeh apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Kollegiya ilk olaraq qeyd edir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən nisyə alğı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış, avtomobilin dəyəri 30314,5 manat müəyyən edilmişdir. Cavabdeh avtomobilin dəyərinin 5000 manat hissəsini ödəmiş, qalan 25314,5 manat hissəsindən isə 6336 manat ödəniş edərək, cəmi 18978,5 manat isə ödənilmədən qalmışdır. 49.Kollegiya hazırkı mübahisənin qanuni əsası ilə bağlı məhkəmənin mövqeyini düzgün hesab edərək qeyd edir ki, tərəflər arasındakı mübahisə onlar arasında “Hyundai Elantra” minik markalı avtomobilin nisyə alqı-satqısı müqaviləsi ilə əlaqədar yaranmış öhdəlik hüquq münasibətləri ilə bağlıdır. 50.Kollegiya hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. 51.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin hərəkəti düzgün olaraq öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilmiş və iddiaçı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə haqlı olmuşdur. 52.Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin geri qaytarılması, əks təqdirdə cavabdehdən 18978,50 manat borcun tutulması hissəsində təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 53.Kollegiya həmçinin, işin halları nəzərə alınmaqla Mülki Məcəlləinin 467-ci maddəsinə əsasən iddia tələbində göstərilən cərimə pulunun 3766,40 manat məbləğində deyil, 1500 manat məbləğində müəyyən edilməsini ədalətli və qanuni hesab edir. 54.Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. 55.Buna görə də kollegiya belə qənaətə gəlir ki, iddia tələbi “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində düzgün olaraq təmin edilmişdir. 56.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi nisyə alğı-satqı müqaviləsinin cavabdehlə bağlansa da, avtomobili X2 istifadəsində olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, avtomobili kimin isitfadə etməsindən asılı olmayaraq tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən öhdəlik münasibətləri İddiaçı və Cavabdeh arasında yaranmış, nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmiş, sonuncu müqavilə üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür. 57.Kollegiya apellyatorun nisyə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. 58.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli vəya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 59.Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya daha çoxtərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) 60.Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349cu maddələrində təsbit edilmişdir. 61.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 62.Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən muqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə muqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 63.Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 64.İşin tədqiq olunan faktiki hallarından gürünür ki, tərəflər arasında mubahisələndirilən nisyə alğısatqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. 65.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 66.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 67.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 68.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3771/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3771/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver