Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3774/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2999/2022 saylı işi üzrə 12 aprel 2022-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik yerüstü neft kəmərinin 116.6-ci km-də, 39 T 0997739; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 20 metr aralı məsafədə 1-ci sırada kəmərə paralel,kəmərin mühafizə zonasında, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2999/2022 saylı işi üzrə, 12 aprel 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsi,ona əlavə edilmiş sənədlər və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.5, 149.2, 150.1.1, 151.1, 152.1.1, 152.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin nə qeydiyyat, nə də faktiki yaşadığı ünvanı qeyd etməmiş, “Binəqədi rayonu, Biləcəri qəsəbəsi” yazmaqla kifayətlənmişdir. İddia ərizəsində cavabdehin ünvanının faktiki olaraq göstərilməməsi, məhkəmə sənədlərinin cavabdehə çatdırılmasını və cavabdehin 20 gün müddətində iddiaya etirazının məhkəməyə təqdim edilməsini mümkünsüz edir. İddiaçı şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2999/2022 saylı işi üzrə, 12 aprel 2022-ci il tarixli qərardadını ləğv edib, işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Mülki Prosesual Məcəllənin 152.3-cu maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir, iddia ərizəsi elektron məhkəmə sistemi vasitəsilə verilərkən şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar daxil edilmədikdə iddia ərizəsinin elektron təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, elektron qaydada təqdim edilmiş iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən lazımı məlumatlar (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, mobil telefon nömrəsi) daxil edilmişdir.Bundan başqa, tərəfindən iddia ərizəsində qeyd edilən məlumatlara əsasən məhkəmənin imkanı vardır ki, elektron məhkəmə sistemi ilə şəxsin qeydiyyat ünvanını əldə etsin, eyni zamanda cavabdehə məxsus tikili qanunsuz tikili olduğundan həmin tikili üzərində hüquq qeydiyyatdan keçmədiyindən rəsmi ünvan verilməmişdir. Bu səbəbdən faktiki ünvan olaraq, rayon və qəsəbə adları qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2999/2022 saylı işi üzrə 14 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 149-152, 385, 387, 397.2, 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hazırki iddia ərizəsində cavabdehin yaşayış yeri (olduğu yer və ya iş yeri) barədə sübutedici məlumatlar əks edilməmişdir, bu da öz növbəsində tərəfələrin iştiraklarının (çəkişmənin) təmin edilməsi üçün prosessual tədbirlərin həyata keçirilməsini, bununla da iddia ərizəsinin mümkünlüyünü istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.4-cü maddələrinə görə - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Məcəllənin 151.1, 152.1.1-ci maddələrinin tələblərinə görə - İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi onun geri qaytarılması üçün əsasdır. Cavabdeh barəsində müəyyənedici məlumatların iddia ərizəsində göstərilməsi və buna dair müvafiq sənədlərin təqdim edilməsi icraatın mümkünlüyünü müəyyən edən haldır və iddiaçı bu məlumatların əldə edilməsi üçün mülki prosessual imkanlardan istifadə etmək hüquqlarına malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395 - 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2999/2022 saylı işi üzrə 12 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3774/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3774/2022
25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver