Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3774/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin qızı Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı “Heydər Əliyev adına X7”nun nümayəndəsi Nümayəndə1, İddiaçı “Heydər Əliyev adına X7”nun nümayəndəsi Nümayəndə2, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı “Heydər Əliyev adına X7” tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan arayışdan görünür ki, 1. inventar №-si 3000084, Dş- 250 mm -2 ədəd, Dş-300 mm1 ədəd, 2. inventar №-si 3001425, Dş-250 mm, 3. inventar №-si 3001253, Dş-400 və Dş300 mm neft boru kəmərləri Heydər Əliyev adına X4 balansındadır.
2. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 49 saylı postun ərazisində saat 13:30 radələrində Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi, ev 30B ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zolağında kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh (055 519 94 94) qızına məxsus olduğu iddia edilən həyət evinin qarşısında kəmərdən təqribən 25 metr aralı məsafədə mişar daşlarından tikilmiş hasara dəmir darvaza qoyulması tərəflərindən aşkar edildi. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Tikinti sahibi Cavabdeh yeni tikinti işləri aparmadığını, 02.06 2023-cü il tarixdə yanmış yaşayış evinin bərpası işləri apardığını bildirirərək münaqişə yaratmışdır. Tikinti sahibinə xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdur.
3. 30 iyul 2023-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 49 saylı postun ərazisində saat 18:50-də ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərin mühafizə zolağında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-cı sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh (055 519 94 94) qızına məxsus olduğu iddia edilən 10x11 metr ölçülərdə olan ev tikintisi işlərinin tamamlanması və dam örtüyünün vurulması üçün taxta atmaların düzülməsi tərəflərindən aşkar edildi. Bundan başqa tikinti sahibi Cavabdeh köhnədən olan dəmir list hasarla, tikdiyi ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda hasar tikməsi və digər dəmir list hasarı söküb onun yerinə mişar daşlarından istifadə etməklə əlavə hasar tikməsi eləcə də dəmir darvaza qoyulması üçün hazırlıq işlərinin aparılması tərəflərindən aşkar edildi. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdu. Tikinti sahibi Cavabdeh yeni tikinti işləri aparmadığı, 02 06.2023-cü il tarixdə yaşadığı evin yanması səbəbindən söküb təkrar ev tikdiyim bildirmiş, eləcə də tikinti işlərini dayandırmayacağını və davam etdirəcəyini bildirirərək münaqişə yaratmışdır.
4. 25.09.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.
5. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən verilən 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, 02 iyun 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 30 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermiş nəticədə ev içərisindəki əşyalarla birlikdə yanğının təsirinə məruz qalmışdır.
6. 14 may 2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, Cavabdeh məxsus həyət evi Heydər Əliyev adına NEZ-ə məxsus boru xətlərindən 8 m məsafədə yerləşir. Həmin xətlər NEZ-in 11 nömrəli istehsalatından 13 nömrəli sahəyə (Güzdək) gedən boru xətləridir. Tikinti aparılan sahə boruların mühafizə zonasında yerləşir.
7. 25.08.2023-cü il tarixli qəbzdən görünür ki, Heydər Əliyev adına X7 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.
8. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2024cü il tarixli, 10/6921 saylı rəyindən görünür ki, iş materiallarında olan aktda yazılanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən Cavabdeh istifadəsində 10x11 metr ölçülərdə olan fərdi yaşayış evi NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 8-10 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu.
9. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, 02 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 30 ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.
10. Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən 05 mart 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.
11. “Azəriqaz” İB-nin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının **********00000 saylı abonent kodu xx.xx.2020-ci il tarixdən hal-hazıradək Cavabdeh adınadır..
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçüdə tikilmiş tikilinin, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasarın və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X6 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada öNümayəndə2ünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçülərdə olan ev tikintisi işlərinin tamamlanması və dam örtüyünün vurulması üçün taxta atmaların düzülməsi aşkar edilmişdir. Bundan başqa tikinti sahibi Cavabdeh köhnədən olan dəmir list hasarla, tikdiyi ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda hasar tikməsi və digər dəmir list hasarı söküb onun yerinə mişar daşlarından istifadə etməklə əlavə hasar tikməsi, eləcə də dəmir darvaza qoyulması üçün hazırlıq işlərinin aparılması aşkar edilmişdir. Bundan əvvəl də tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə tikinti işlərinin aparılmaması üçün xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq təqdim olunmuşdur. Cavabdeh yeni tikinti işləri aparmadığını, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yanması səbəbindən söküb təkrar ev tikdiyini, eləcə də apardığı tikinti işlərini dayandırmayacağını və davam etdirəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın Heydər Əliyev adına X4 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12 və 71.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7, 180.1, 180.2, 180.4cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2, 22.2, 46.1, 46.2, 84.1, 84.3, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin, apelyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı “Heydər Əliyev adına X7” apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmaqla əlavə olaraq göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmişdir. Halbuki, mövcud Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, “Mühafizə zonası”nda tikinti işləri aparılması qadağandır. İstisna olaraq mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyinin icazəsinin tələb olunmasımütləq şərt kimi nəzərdə tutulmuşdur. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların nə məqsədlə qəbul olunduğuna da əhəmiyyət verməmişdir. Belə ki, mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Məhkəmə tərəfindən NEZ-in əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olmasına əhəmiyyət verilməmişdir. Məhkəmənin gəldiyi nəticədən də müəyyənolunur ki, cavabdeh özünə məxsus olmayan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində qanunsuz olaraq ev tikmişdir. Məhkəmə qətnaməsində həmin tikilinin qanunsuz olduğunu və NEZ-in maraqlarına toxunduğu göstərmişdir. Göründüyü kimi Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbinə riayət olunmaması həmin maddənin tələbini pozmaqla tikilmiş yaşayış evinin özbaşına tikili hesab olunması üçün əsasdır və belə olan təqdirdə Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən NEZ maraqlı şəxs olaraq həmin qanunsuz tikilinin məhkəmə qaydasında sökülməsini tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, işin mübahisəsiz halına görə, cavabdeh sökülməsi tələb olunan evi tikməmiş, başqa şəxsdən almışdır və uzun illərdir, ailə üzvləri ilə orada yaşayır. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşdur. Onun istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişdir. Həmçinin, cavabdeh göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikilisi özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır. Əvvəla qeyd olunmalıdır ki, NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərləri istismara verilən zaman cavabdehin yaşadığı ev mövcud olmamışdır. Məhkəmə evin başqa şəxsdən alınmasını işin mübahisəsiz halı kimi qeyd etsə də yanmış evin nə zaman və kim tərəfindən tikilməsi, cavabdehin evi hansı şəxsdən və neçənci ildə alması və s kimi halları araşdırmamışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən (akt, foto şəkillər, arayışlar) də göründüyü kimi, cavabdeh qanunsuz evi tikməyə başladığı ilk günlərdən mühafizə zonasında yerləşməsi səbəbindən onun evi tikməməsi üçün rəsmi xəbərdarlıq olunmuş, lakin o, bu xəbərdarlığa məhəl qoymamışdır. NEZ-ə məxsus neft boru kəmərləri mübahisəli evdən əvvəl çəkildiyindən və evin tikilməsinin qarşısının alınması üçün tərəfimizdən tədbirlər görüldüyündən Zavod həmin tikilinin sökülməsi üçün hər hansı kompensasiya verməyə borclu deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı “Heydər Əliyev adına X7”nun nümayəndəsi Nümayəndə1, iddiaçı “Heydər Əliyev adına X7”nun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.
20. Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamənin çıxarılmaqla, iddia təmin edilməli, ünvan 5 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçüdə tikilmiş tikili, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasar və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasar özbaşına (qanunsuz) tikili hesab edilməli və sökülməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) AZN dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) AZN dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Heydər Əliyev adına X6 ödənilməlidir.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)
b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
33. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ailəsi ilə birlikdə yaşadığı ev sökülsə, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş olacaq. Göründüyü kimi cavabdehin sökülməsi tələb olunan evdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, əgər sökülməsi tələb edilən ev iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehi onun ailə üzvləri ilə birlikdə yaşaması üçün yaşayış yeri ilə təmin etməlidir. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evin sökülməsi müqabilində cavabdeh yaşayış yeri ilə təmin edilməli, yaxud ona kompensasiya ödənilməlidir..
36. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
37. Kollegiya hesab edir ki, iddiaçı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2024-cü il tarixli, 10/6921 saylı rəyindən görünür ki, iş materiallarında olan aktda yazılanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən Cavabdeh istifadəsində 10x11 metr ölçülərdə olan fərdi yaşayış evi NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 8-10 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
40. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
41. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır.
42. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
43. "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
44. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
45. ...Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
46. Kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir. Özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Yuxarıda qeyd olunan materiallar və işin halları ilə, mübahisə predmeti olan tikili, dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Həmin torpaq sahəsinin üzərindəki daş hasarın və fərdi yaşayış evinin neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Beləliklə işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələblərinə əsasən cavabdehin əmlak və mənzil hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir. Bundan başqa, Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
47. Kollegiya həmçinin hesab edir ki, işin halları ilə müəyyən edilir ki, qeyd edilən torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediməkdə olan tikiliyə cavabdehin hər hansı formada icazəsi mövcud deyil.
48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd etməkdə haqlı olmamışdır.
49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamənin çıxarılmaqla, iddia təmin edilməli, ünvan 5 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçüdə tikilmiş tikili, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasar və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasar özbaşına (qanunsuz) tikili hesab edilməli və sökülməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) AZN dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) AZN dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Heydər Əliyev adına X6 ödənilməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) AZN dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) AZN dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Heydər Əliyev adına X6 veriməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Heydər Əliyev adına X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. ünvan 5 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 8-10 metr aralı məsafədə köhnədən olan dəmir list hasarın arxasında və kəmərə paralel 1-ci sırada özünü tikintinin sahibi kimi təqdim edən Cavabdeh məxsus olduğu iddia edilən 10X11 metr ölçüdə tikilmiş tikili, eləcə də köhnədən olan dəmir list hasarla, ev arasında 2 metr hündürlüyündə 5 metr uzunluğunda tikilmiş hasar və əvvəllər mövcud olmuş dəmir list hasarın yerinə mişar daşlarından istifadə etməklə tikilmiş əlavə hasar özbaşına (qanunsuz) tikili hesab edilsin və sökülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) AZN dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) AZN dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Heydər Əliyev adına X6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. .