Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3782/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)-1059/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə 2023-cü ilin noyabr ayında baxış keçirilərkən təbii qaz xəttinə sayğacdan kənar, özbaşına qoşulma faktı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən 3525,12 manat borc hesablanmışdır 2.İddiaçı hesablanmış borcu qanunsuz hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ******* saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında Cavabdeh tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 3525,12 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, iddiaçının qızıdır. İddiaçı onunla birlikdə ünvan 1 ünvanında yaşayır. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə əsasən həmin ünvana qaz sayğacı quraşdırımışdır və evin bütün cihazları həmin quraşdırılmış qaz sayğacına əsasən işlədilir. Cavabdeh tərəfindən 21 noyabr 2023-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda yaşadıqları ünvanda qazdan sayğacdankənar xəttlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Aktın tərtib olunmasından iddiaçının xəbəri olmamışdır, buna dair heç bir məlumat verməmişlər. Hesabdan çıxarışlardan da görünür ki, onlar qaz istehlakçısı kimi istifadə etdikləri qaz sərfiyyatının məbləğini ödəmişlər, onlara məxsus evdə heç bir əlavə xətt olmamışdır. İddiaçıya yazılmış cərimənin hansı əsasla hesablandığını öyrənmək üçün Qaradağ rayon Qaz İstismar idarəsinə müraciət etmişdir. Qanunsuz qaz xəttinin quraşdırılmasını təsdiq edən fotoşəkil təqdim edilməsini xahiş etsə də, ona evin görüntüsü, darvazanın görüntüsü, qazanxananın şəkilini və sayğacın şəkilini təqdim etmişlər. Ona görə də aktı əsassız hesab edir. Əgər hər hansı bir nasazlıq və ya əlavə xətt olsaydı, mütəmadi olaraq ərazini yoxlayan nəzarətçi bunu görməli idi. Heç bir əsas olmadan iddiaçıya 3525,12 manat cərimə yazılması tam əsasızdır. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, əvvəlki illərdə evdə yaşayış az olmuşdur, yalnız anası və özü yaşamışdır, sondövrlərdə qardaşı da orada yaşayır, həm bu səbəbdən, həm də qışın sərt keçməsi səbəbindən sərfiyyat noyabrdan sonra bir qədər artmışdır. Hazırda o, məhkəmədəniddiatələbinintəminedilməsinixahiş etmişdir. 5.Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Bu barədə ******* saylı “Təbii X5nın pozulması haqqında” akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş, müvafiq qaydalara əsasən abonentə 3525,12 manat borc hesablanmışdır. Akta əsasən həmin borc məbləği abonentin təbii qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyi üçün hesablanmışdır. Eyni zamanda qeyd edir ki, qaz xəttləri əməkdaşlar tərəfindən mütəmadi olaraq yoxlanılır, lakin kənar xətt qaz borusu dayağında olduğu üçün onu asanlıqla görmək mümkün deyildir. Abonent hesabından çıxarışlara əsasən həmin tarixdən əvvəl oradakı sonuncu yoxlama iki ay əvvəl olmuşdur. Həmçinin, akt tərtib olunandan sonra abonentin sərfiyyatı artmışdır. Göstərilən hallar aktın qanuni və əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 6.Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş İbrahimova Samirə Vəkil qızı ifadə verərək bildirmişdir ki, o, iddiaçının uzun müddətdir ki, həm qonşusu, həm də iş yoldaşıdır, iddiaçı hazırda xəstədir. İddiaçının təbii qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etməsinə qətiyyən inanmır. Belə ki, cavabdeh təşkilat hər ay yoxlanışa gəlirdi, əgər kənar xətt olsaydı, əvvəldən müəyyən olunardı. Onun ünvanına dair hər hansı akt tərtib edilməmişdir. İddiaçının ünvanına dair akt tərtib edilərkən o, iştirak etməmişdir. İddiaçıya aid mənzildə hansı cihazlardan istifadə edilməsi və istifadə edilmiş cihazların harada yerləşməsi ona məlum deyildir. 7.Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı bölməsində mühəndis vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə abonentin qaz xəttinə baxışda və müvafiq aktın tərtibində digər əməkdaşlarla birgə iştirak etmişdir. Həyətə giriş qapısının yanında yerləşən qaz borusu dayağının içində sayğacdankənar xətt aşkar edilmişdir. Həmin vaxt abonentin oğlu də gəlmiş, məlumatının olmadığını demiş, lakin aktı imzalamamışdır. Həmin vaxt kənar xətt ləğv edilmiş, tərtib edilmiş akta əsasən Komissiya tərəfindən borc hesablanmışdır. Sonradan abonentin sərfiyyatı ilə bağlı təhlil aparılmış və məlum olmuşdur ki, əvvəlki illərdə ödəniş 200-300 manat olduğu halda, hadisədən sonra bu ilin ilk üç ayı ərzində 700 manatdan çox olmuşdur. Eyni zamanda qeyd edir ki, qaz xəttləri əməkdaşlar tərəfindən mütəmadi olaraq yoxlanılır, lakin kənar xətt qaz borusu dayağında olduğu üçün onu asanlıqla görmək mümkün olmadığından, əvvəlki yoxlamalar zamanı aşkar etmək mümkün olmamışdır. 8.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 aprel 2024-cü il tarixli, 2(001)-1059/2024 saylı qətnaməsi ilə (hakim-Fuad Hüseynov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00000 olan İddiaçı hesablanmış borcun 2937,6 manat hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 9.Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.13-cü və 2.3.7-ci bəndlərinə əsasən, tərəflər "X5"nda nəzərdə tutulan vəzifələrini yerinə yetirməlidir. 10.Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X5nın pozulması haqqında” aktın surətindən və fotoşəkillərdən görünür ki, abonent kodu **********00000 olan İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci məhəllə, ev 39 ünvanında qaz xəttinə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdankənar xəttlə qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. 11.Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X5nın pozulması haqqında” akta əsasən abonentə qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 29376 m³ həcminə uyğun məbləğ (3525,12 manat) hesablanmışdır. 12.**********00000 kod nömrəli abonentin saldosundan və abonent hesabından çıxarışlardan görünür ki, abonentin 2023-cü ilin noyabr ayında akta əsasən 3525,12 manat(29376X0,12=3525,12) borcunun yarandığı qeyd olunmuşdur. Həmçinin, 2023-cü ilin noyabr ayından əvvəl sonuncu dəfə sentyabr ayında qeydiyyat aparılmış, 2023-cü ildən sonra isə sərfiyyat artmışdır. 13.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə 2023-cü ilin noyabr ayında baxış keçirilərkən təbii qaz xəttinə sayğacdan kənar, özbaşına qoşulma faktı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən 3525,12 manat borc hesablanmışdır. 14.Məhkəmə hesab etmişdir ki, məişət abonenti olan iddiaçıya münasibətdə hesabat dövrü 360 gün qəbul edilməklə, qeyd olunan məbləğ müvafiq qanunvericiliyə zidd olaraq hesablanmışdır. Ona görə də, "X5"na əsasən belə hallarda məişət abonentinə münasibətdə hesabatın şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarixədək (mülki işin hallarına, o cümlədən cavabdehin nümayəndəsinin izahatına, abonent hesabından çıxarışlara əsasən iki aylıq dövr üçün) aparılmalı olduğu nəzərə alınaraq, iddia tələbi qismən, hesablanmış borcun 2937,6 manat (3525,12-587,52=2937,6 manat) hissəsinin silinməsi hissəsində əsaslı hesab edilməli, qalan hissədə isə (2937,6/6 x 0,12=587,52 manat) əsassız hesab olunaraq təmin edilməməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 19, 425.1-ci: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarının 6.5.3-cü: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki,Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir: akt № ******* xx.xx.2023-cü il.(iş materiallarında vardır).Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır.Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan kənar xəttlə qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. (foto şəkillər)Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi.İddiaçı aid olan **********00000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdehhüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdankənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar xəttə qoşularaq istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 21.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 24.Madə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 25.Maddə 18.İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündəaşağıdakı tələbləri ehtiva edir: -18.0.1.İstehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərmanvasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik,ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qidaməhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğunolmasına dövlət nəzarətini. 26.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəməhəyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”:
28. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)-1059/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X5nın pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edildiyi qeyd olunmuş, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən abonentə qaz işlədicilərinin orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 29376 m³ həcminə uyğun məbləğ (3525,12 manat) hesablanmışdır. 35.Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5-3-cü bəndinə əsasən hesab etmişdir ki, məişət abonenti olan iddiaçıya münasibətdə hesabat dövrü 360 gün qəbul edilməklə, qeyd olunan məbləğ müvafiq qanunvericiliyə zidd olaraq hesablanmışdır. Ona görə də, "X5"na əsasən belə hallarda məişət abonentinə münasibətdə hesabatın şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarixədək (mülki işin hallarına, o cümlədən cavabdehin nümayəndəsinin izahatına, abonent hesabından çıxarışlara əsasən iki aylıq dövr üçün) aparılmalı olduğu nəzərə alınaraq, iddia tələbi qismən, hesablanmış borcun 2937,6 manat (3525,12-587,52=2937,6 manat) hissəsinin silinməsi hissəsində əsaslı hesab edilməli, qalan hissədə isə (2937,6/6 x 0,12=587,52 manat) əsassız hesab olunaraq təmin edilməməlidir. 36.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 39.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 40.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(001)-1059/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov