Məhkəmə qərarları › İş №2(103)-3796/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3796/2020

18.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3796/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5539/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxxxxx” ASC ilə X6 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 67İ/14SU saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı təqdim edilmiş sənədlərin nüsxəsindən müəyyən edilir ki: xx.xx.2014-cü il tarixli 67/14SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxxxxx” KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 67İ/14SU saylı ipoteka müqaviləsinə əsasən N.Cəfərovanın mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr-da yerləşən 65 saylı evin 87 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (iş.səh.8).Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* saylı arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilir (səh.12). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5539/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi barədə” iddia tələbi iddia müddəti ötürüldüyündən iddiası rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 7.1, 77.1, 78, 82, 354.1, 390.2; Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli (dərci xx xxxxxx 2001-ci il) qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 13.7 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə iddia müddəti ötürülmüş iddiaçının, cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırki iş üzrə müqavilədən əmələ gələn mülki hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964 red) 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir.cavabdehin nümayəndəsi X8 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsi müqavilə üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5539/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 8.1, 14.1 337., 439, 347.2.2, 339.2-339.3, 417-420; Azərbaycan Respublikası Konstitusiyasının 43; “İpoteka haqqında” Azərbaycan Respublikasinin Qanununun 6.1, 8.1; Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı xx.xx.2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88.1, 97, 101, 102, 217.1, 217.3, 218.1, 385, 387.1 istinadən qeyd edilir ki, X11 ilə xx.xx.2003cü ildə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.2004-cü il təvəllüdlü Elşən və xx.xx.2008-ci il təvəllüdlü Aysel adında iki övladları dünyaya gəlmişdir. X1 mülkiyyətində olar: Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 65 saylı evin 87 saylı mənzil, “xxxxxxx” ASC tin xeyrinə ipoteka ilə yüklü edilərkən, mənzildə yaşayanların razılıq ərizəsi alınsa da onun razılığı alınmamışdır. X7. “xxxxxxx” ASC-nə olan borcunu ödəmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və 2(060)-787/2017 saylı qəlnaməsi ilə 120.430,78 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 65 saylı evin 87 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X9 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu bəndi; MM-in 270.1, 271.1, 307.7, 324.1, 324.2; «İpoteka haqqında» Qanunun 10.2; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Bundan əlavə, ipotekaqoyana münasibətdə iddiaçının qohumluq münasibətlərini müəyyən edən, habelə ipotekanın bağlandığı zamanı iddiaçının ailə üzvü kimi ünvanda qeydiyyatda olması barədə sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5539/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar