Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3807/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı (X28 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: ər-arvadın ümumi paylı mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi) X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X20, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı (X28 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ərarvadın ümumi paylı mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-475/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X11 X22 ilə xx.xx.1981-ci il tarixdə bağlanmış nikahından xx.xx.1987-ci il tarixdə Səfərİddiaçı Fikrət qızı doğulmuşdur. Onların arasında bağlanmış nikah xx.xx.1998-ci il tarixdə pozulmuşdur. xx.xx.2001-ci il tarixli “Bağın icarəyə verilməsinə dair” müqaviləyə əsasən Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən 11 kv.metr sahəsi olan 1 otaqlı tikili X17 icarəyə verilmişdir. X35 ilə X23 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. Qeyd edilən müqavilə əsasında həmin torpaq sahəsində yerləşən bağ evi xx.xx.2016-cı il tarixdə X11 adına ilkin dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 həmin torpaq sahəsinin 0,06 ha hissəsini X4 və torpaq sahəsinin qalan 0,08 ha hissəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 15,7 kv.metr olan bağ evi vahid əmlak kimi xx.xx.2019-cu il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. X35 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X24 xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən bağ evini və torpaq sahəsinin 0,036 ha hissəsini X5. Bunun nəticəsində X11 mülkiyyətində yuxarıda göstərilən ünvanda yerləşən 0,044 ha torpaq sahəsi qalmışdır. X25 xx.xx.2022-ci ildə ölmüşdür. İddiaçı mərhum X26 əvvəlki nikahdan doğulmuş qızıdır. X26 ölümündən sonra onun qızı İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə İddiaçı müraciətinə cavab olaraq, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, x/o 191/23 saylı məktubla X26 xx.xx.2022-ci il tarixdə, yəni X10 əvvəl vəfat etdiyi, habelə “Notariat Haqqında” Qanunun 62-ci maddəsinə əsasən ərarvadın ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamənin mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılı ilə ölmüş ərin (arvadın) ümumi əmlakdan payının müəyyən edilməsinin mümkün olduğu, lakin bu əmlakla bağlı ər-arvadın hər ikisinin vəfat etdiyi, bu səbəbdən müraciətin təmin edilməsindən imtina edildiyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə ər-arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 25 saylı notariat ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun anası X35 1980- ci ildən X12 faktiki nikaha daxil olmuşdur. Həmin vaxt onun 6 yaşı olmuşdur və həmin vaxtdan o, mərhum Fikrət Yaquboviçi öz atası kimi bilmişdir. Anası ilə Fikrət Yaquboviç 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Onun anası Larisa Əliyeva xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun anası rəhmətə getdikdən sonra atalığı Fikrət Səfərəliyev anası ilə birgə nikah dövründə aldıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 423 ünvanında 8 sot torpaq sahəsinin yarısını satmışdır. Onun atalığı Fikrət Yaquboviç xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. Onun anası sağ olan zaman o, anası ilə birlikdə öz hesabına ev tikmiş və hazırda həmin evdə yaşayır. Bu torpaq sahəsin onun anası ilə atalığının birgə nikah dövründə alındığına görə torpağın yarısı onun anasına məxsusdur. Fikrət Səfərəliyev onun anası öldükdən sonra torpağın yarısını satmış, bununla da Fikrət Səfərəliyev öz payını satmışdır. Hazırda həmin torpaq sahəsinin qalan hissəsində o, anası ilə birlikdə tikdirdiyi fərdi yaşayış evində oğlu ilə yaşayır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-4226/2023 nömrəli qərardadı ilə X28 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-475/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X29).
6. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Çünki X24 ilə X26 qohumluq əlaqəsi müəyyən edilməmişdir. X35 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 0,044 ha torpaq sahəsinə anası X26 pay hüququ haqqında şəhadətnamə verilməsi üçün qanunvericilik həmin şəxsin əri olmuş X11 yazılı ərizəsinin olmasını tələb edir. X26 xx.xx.2022-ci il tarixdə vəfatından sonra isə X24 xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə yazılı ərizənin verilməsi mümkün deyil. Hazırki halda isə X30 mübahisəli torpaq sahəsinə pay hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 62-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ümumiyyətlə AR Mülki Məcəlləsinin 225.1-ci maddəsi və Ailə Məcəlləsinin 32.1-ci maddəsinə istinad etməmişdir. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Hazırki iş üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 423 ünvanda yerləşən 0.044 ha torpaq sahəsi mərhum X13 mərhum X27 ümumi mülkiyyət olması mübahisəsiz hal olmasına və qanuni prezumpsiya ilə müdafiə olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi formal mülahizələrlə iddianın rədd edilməsini qət etmişdir. Qanunvericilikdə ər-arvadın ölməsi nəticəsində pay hüququ haqqında şəhadətnamənin verilməsinə dair xüsusi qaydaların müəyyən edilməməsi ümumilikdə həmin şəhadətnamənin verilməməsinə əsas kimi çıxış etməsi mənasını daşımır. Torpaq sahəsi üzərində ümumi mülkiyyətin mübahisə predmeti olmamasına baxmayaraq, vərəsələrin mülkiyyət hüquqlarını vəfat etmiş şəxsin razılığından asılı etməsi ədalətsiz yanaşmadır. Birinci instansiya məhkəməsi ümumiyyətlə cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, x/o 191/23 saylı imtina məktubuna münasibət bildirməmiş, həmin imtina məktubunun imtina əsaslarını tam araşdırmamışdır. Belə ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, x/o 191/23 saylı imtina məktubunda imtina əsaslarından biri kimi AR Mülki Məcəlləsinin 1252-ci maddəsi göstərilmişdir. Halbuki hazırki iş üzrə irsi transmissiya əsasları ilə əlaqədar hər hansı mübashisə yaranmamışdır və ümumiyyətlə irsi transmissiya halı mövcud deyildir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, X35 mərhum X11 vərəsəsi deyildir. İddiaçı mərhum X26 birinci nikahından olan qızıdır, yəni Səfərəliyev Fikrət onun atası deyil. İddia olunan bağ nikah bağlandığından əvvəl əldə edildiyindən və özəlləşdirmə əsasında mülkiyyət hüququ qeydiyyatdan keçdiyindən, X17 məxsus əmlakdır və onunla xx.xx.2010-cu il tarixdə nikaha daxil olduğu X26 ümumi birgə mülkiyyəti sayılmır. X26 xx.xx.2022-ci il tarixdə vəfatından sonra X24 xx.xx.2022-ci il tarixdə vəfat etdiyinə görə yuxarıda göstərilən yazılı ərizənin verilməsi mümkün deyil. Belə olan halda, X30 yuxarıda göstərilən torpaq sahəsinə pay hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliklə nəzərdə tutulmur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində birgə nikah dövründə yaxşılaşdırma işləri aparılmışdır. Belə ki, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Bununla da X31 da həmin torpaq sahəsindən və onun üzərində olan fərdi yaşayış evindən pay almaq hüququ yaranmışdır. Həmin halların da nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi və vəkili X16 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər; 36.3-ci maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Eyni zamanda, həmin qərara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsi (0,14 ha) üzərində olan tikili (baş evi) ilə birlikdə xx.xx.2001-ci il tarixdə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən X17 icarəyə verilmişdir. İddiaçının anası ilə X23 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Qeyd edilən müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 423 nömrəli bağ evinə dair X11 mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra X24 xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0,06 ha hissəsini X1. İddiaçının anası X35 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X24 xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən bağ evini və torpaq sahəsinin 0,036 ha hissəsini X6, xx.xx.2022-ci il tarixdə isə ölmüşdür. Hazırda onun mülkiyyətində qalmış torpaq sahəsi 0,044 ha ölçüdədir.
25. İddiaçı anası X26 birinci növbədə vərəsəsidir və sonuncunun ölümündən sonra iddiaçının müraciəti əsasında vərəsəlik işi açılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət etmiş, lakin Ofis tərəfindən verilmiş cavab məktubunda X26 xx.xx.2022-ci il tarixdə, yəni X10 əvvəl vəfat etdiyi, habelə “Notariat Haqqında” Qanunun 62-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamənin mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakdan payının müəyyən edilməsinin mümkün olduğu, lakin bu əmlakla bağlı ər-arvadın hər ikisinin vəfat etdiyi bildirilmiş və bu səbəbdən müraciətin təmin edilməsindən imtina edilmişdir.
26. Hazırda iddiaçı həmin, yəni 0,044 ha torpaq sahəsinin X14 anası ilə birgə nikah dövründə əldə edildiyini iddia edir və torpaq sahəsinə ər-arvadın ümumi əmlakdan paya dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 25 saylı notariat ofisinə həvalə olunmasını tələb edir.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə istinadən qeyd edir ki, Ailə Məcəlləsinin 36-cı maddəsi ümumi əmlakın bölünməsi qaydalarını (bölgünün ər-arvadın birinin tələbi və ya kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizəsi əsasında həyata keçirilməsi, ər-arvadın ümumi əmlakının saziş əsasında bölünməsi, mübahisə olduqda məhkəmə qaydasında bölünməsi və s.) tənzimləyir.
28. Ailə Məcəlləsinin 32-ci maddəsi isə ər-arvadın birgə mülkiyyətinin dairəsini, əmlakın birgə hesab olunması üçün əsasları müəyyən edir. Həmin normanın mənasına görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə edilməsi. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın birgə mülkiyyəti deyil, hər birinin ayrıca mülkiyyətidir.
29. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən və digər aidiyyəti müddəalarını rəhbər tutaraq, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 423 ünvanında yerləşən 14 ha torpaq sahəsi, üzərində olan bağ evi ilə birlikdə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.2001-ci il tarixli “Bağın icarəyə verilməsi haqqında müqavilə”yə əsasən X18 icarəyə verilmiş, bundan sonra xx.xx.2016-cı il tarixdə həmin bağ evi və torpaq sahəsi üzərində onun mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
30. Bununla belə, hüquqi nəticə etibarı ilə qeyd olunan əmlaka X11 mülkiyyət hüququ əvəzsiz yaranmışdır. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilirdi.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi də nəzərə alaraq, xüsusilə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçının anasının nikahının qeydə alındığı tarixdən 9 il əvvəl X11 icarəsinə verilmişdir. Bu səbəbdən həmin daşınmaz əmlakın ər-arvadın ümumi paylı mülkiyyəti hesab ediməsindən söhbət gedə bilməz. Belə ki, daşınmaz əmlakın ər-arvadın ümumi paylı mülkiyyəti hesab olunması üçün hər iki şərtin eyni anda mövcud olması labüd və zəruridir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, apellyasiya baxışı zamanı iddiaçı tərəfin birgə nikah dövründə mübahisəli torpaq sahəsində yaxşılaşdırılma işlərinin aparılması, o cümlədən tikintinin inşa olunması barədə arqumentlərinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin üzərində 15,7 kv.m. ölçüdə bağ evi olmuş, o da xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin 0,036 ha hissəsi ilə birlikdə X2. Bu tikilidən başqa həmin sahədə, o cümlədən hazırda mübahisələndirilən 0,044 ha torpaq sahəsi üzərində hər hansı tikintinin olduğunu təsiq edən sübut (adi fotoşəkil) nə birinci, nə də ki, apellyasiya instansiya icraatında təqdim edilməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-475/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.