Məhkəmə qərarları › İş №2(103)-3808/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3808/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3808/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı “subroqasiya qaydasında pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2549/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh Yusifovnaya qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 558 manat və 30.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən sığortalı X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (daşınmaz əmlak) əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixli, RAZ ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində sığortalı X3 məxsus ünvan 1 nömrəli qeyri-yaşayış sahəsini (daşınmaz əmlak) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh mülkiyyətində olan 74 nömrəli mənzilin vanna otağında su xəttində yaranan problem nəticəsində 708 manat məbləğində zərər görmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, N 840 nömrəli dəymiş zərərin hesabatı barədə rəyə əsasən, ünvan 1 nömrəli qeyri-yaşayış sahəsinə (daşınmaz əmlak) subasma hadisəsi nəticəsində 708 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat birliyinin xx.xx.2020-ci il tarixli aktında qeyd olunur: X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri–yaşayış sahəsinə (daşınmaz əmlaka) baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, üst mərtəbədə yerləşən Cavabdeh məxsus 74-cü nömrəli mənzilin vanna otağında su xəttində yaranan problem nəticəsində alt mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə su axıntısı baş vermişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixli, CFİ-258/2020-AKT3931/20 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı X3 150 manat azadolma məbləği çıxılmaqla 558 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı X1 mülkiyyətində olan yaşayış mənzilinə maddi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-2549/2025 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin bir neçə gün sonra birinci instansiya məhkəməsi məktubla müraciət edərək, mülki iş materiallarının apellyasiya şikayəti verilmə müddəti gözlənilmədən göndərildiyindən birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh Yusifovnaya qarşı “subroqasiya qaydasında pul" tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar