Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3825/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3438/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respubliası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və aparılmış qeydiyyat yazılarının pozulması, bağ sahəsində inşa edilmiş daş hasarların və tikililərin sökülməsi və əşyların çıxarılması, vərəsəlik və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 3438/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili X3 şikayətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini və icraatın təzələnərək mülki işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3438/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)- 3438/2020 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mülki işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, AR, X2 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Örazi İdarəsinə qarşı Vərəsəlik hüququ ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsinin qanunsuz olaraq Cavabdeh1 adına qeydə alınmış hissəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və aparılmış qeydiyyat yazılarının pozulması, həmin bağ sahəsində qonşu bağ sahəsinin sahibi Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasarların və müvafiq tikililərin həmin şəxs tərəfindən və onun hesabına dərhal sökülməsi, ona aid əşyaların onun hesabına oradan çıxarılması, ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsi üzərində tam şəkildə onun vərəsəlik və mülkiyyət hüquqlarımın bərpa edilməsi haqqında qətnamə qəbul edilməsi tələblərilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Adıçəkilən məhkəmənin xx.xx.2020-ci il tarixli hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi vəkili qismində ərizə ilə sədrlik edən hakimə müraciət edərək iddia ərizəsində göstərilən tələblərin bir qisminin inzibati, digər qisminin isə mülki xarakterli olduğu əsas gətirərək əvvəlcə inzibati xarakterli tələbə, yəni, cavabdehlərdən biri X2 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Vərəsəlik hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsinin qanunsuz olaraq Cavabdeh1 adına qeydə alınmış hissəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və aparılmış qeydiyyat yazılarının pozulması tələbinin Xəzər rayon məhkəməsində deyil, Bakı İnzibati Məhkəməsində baxılmalı olduğuna görə İddia Ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmin xahişi təmin edərək İddia Ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Qərardad, həmçinin onun nəticə hissəsi həmin günü-yəni məhkəmənin hazırlıq iclası olan günü-26.10.20-ci il tarixdə iddiaçı və ya onun nümayəndəsinə təqdim edilməyib. Qərardad yalnız 04,fevral 2021-ci il tarixdə iddiaçı tərəfindən məhkəmənin inzibati binasından əldə edilib. Həmin qərardad qəbul edildikdən bir neçə gün sonra iddiaçının bir neçə ay əvvəl verdiyi sorğuya AR, X2 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məzmunda Arayış daxil olmuşdur: "ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi barədə xx.xx.2020-ci il tarixli Ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və muəyyən edilmişdir ki, bağ sahəsinin bir hissəsi qonşu tərəfindən hasarlanaraq istifadə edilməkdədirş bununla bağlı olaraq torpaq sahəsi mübahisəli olunduğundan ərizənin icrası mümkün olmamışdır. Bildirilir ki, məhkəmənin 20.11.20-ci il tarixli qərardadı ləğv edilərək,Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verdiyimiz şikayət təmin edilməli və iddia ərizəsinin icraata qəbul edilərək mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclasınının təyin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Birincisi, xx.xx.2020-ci il tarixli qərardad qəbul edildiyi gün yalnız elan edilmiş, həmin qərardadın yazılı variantı, heç olmasa nəticə hissəsi iddiaçıya və ya yaxud onun nümayənədəsinə təqdim edilməyib. İddiaçı qərardadı yalnız 04.02.21-ci il tarixdə məhkəmə binasından əldə edib. İkincisi, məhkəmənin 20.11.20-ci il tarixli qərardadında qeyd edilir ki, İddiaçının 26.10.20-ci il tarixli qərardadından verdiyi şikayət 18.11.20-ci il tarixdə məhkəməyə daxil olub. İddiaçı 26.10.20-ci il tarixli qərardaddan şikayəti 12.11.20ci il tarixdə poçtvasitəsilə Xəzər rayon məhkəməsinə göndərib Göründüyü kimi, iddiaçı 26.10.20-ci il tarixli Qərardadından şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməyib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3438/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Digər tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3438/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-3438/2020 saylı qərardadından şikayət ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-3438/2020 saylı qərardadından şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinin tələbinə əsasən, Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Qanunvericiliyin tələbindən görünür ki, qəradad şikayət ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Qəradaddan da göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-3438/2020 saylı qərardadı iddiaçının və onun nümayəndəsi və vəkilinin yanında məhkəmə zalında elan edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi də iddaiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında geri qaytarılmışdır. Beləliklə, şikayət verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət bitmiş, həmin müddətin bərpa olunması barədə isə vəsatət verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin, eləcə də həmin Məcəllənin 363.1.3-cü maddələrinin tələblərindən görünür ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər birinci instansiya məhkəməsi tərəfindən onu verən şəxsə qaytarılır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa məhkəmə haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda qərardaddan şikayətin sonunda imza qoyulsa da, şikayətin imzalayan şəxsin səlahiyyətli şəxs olması məlum deyildir. Halbuki, şikayət imzalamağa hüququ olan şəxs tərəfindən, xidməti vəziyyəti göstərilməklə imzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İddiaçının nümayəndəsi və vəkili kimi şikayəti imzalamış şəxsin kimliyini və səlahiyyətinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Belə olan halda qərardaddan şikayət imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şikayət geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3438/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3438/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3825/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3825/2021
21.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver