Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3829/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-250/2021 №-li mülki iş üzrə qəbul etdiyi 05 fevral 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 38 saylı mənzilə dair MMC ilə Cavabdeh1 arasında 01.12.2016-cı il tarixdə bağlanmış “Mənzil tikintisi haqqında müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında MMC tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmişdir. MMC ilə Cavabdeh2 arasında olan razılığa əsasən, Cavabdeh2 həmin binada 1 ədəd sərnişin və 1 ədəd yük lifti quraşdırılmalı, liftlərin dəyəri olan 96.000 ABŞ dolları MMC tərəfindən Cavabdeh2 ödənilməli və razılaşma üzrə üzərinə götürdüyü öhdəliyin təminatı olaraq MMC, Cavabdeh2 təqdim etdiyi şəxsin – Cavabdeh1 adına həmin binada yerləşən 38 saylı mənzili rəsmiləşdirməli idi. Bu məqsədlə MMC ilə Cavabdeh1 arasında 01.12.2016-cı il tarixdə “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Buna baxmayaraq Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh2 MMC-nin o vaxtki direktoru Elşad Tağıyevə bildirmişdir ki, Cavabdeh1 ilə bağlanmış “Mənzil tikintisi haqqında müqaviləni” məhv etmişdir. E.Tağıyev ilə Cavabdeh2 arasında yaxın dostluq münasibəti olduğuna görə E.Tağıyev Cavabdeh2 inanmışdır. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh2 həmin müqaviləni Cavabdeh1 geri almamışdır. İddia ərizəsi baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra, cavabdehin vəkili (nümayəndəsi) iş üzrə icraatın dayandırılması barədə vəsatət verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi hazırki mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.02.2021-ci il tarixli qərardad ilə vəsatəti təmin edərək hazırki mülki işin icraatını yuxarıda qeyd edilən cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını qərara almışdır. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən cinayət işi və hazırki mülki işin predmeti eyni deyil. Həm mülki, həm də cinayət mühakimə icraatında iştirak edən tərəflərin eyni olduğu halda sözügedən mülki icraatın və cinayət mühakimə icraatının nəticələrinin və ya gedişatının bir-birindən asılı olma ehtimalı göz önündə saxlanıla bilər və sözügedən qərardadın qəbul edilməsi müvafiq halda əsaslı hesab edilə bilərdi. Lakin mövcud vəziyyəti nəzərə alaraq, tərəflərin eyni olmaması və hazırki mülki işlə yuxarıda qeyd edilən cinayət işləri arasında heç bir əlaqənin mövcud olmaması faktının mövcudluğu bir daha sübut edir ki, Rayon Məhkəməsinin qərardadı səhvdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırki mülki mübahisənin predmetini təşkil edən 01.12.2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilənin” etibarsız hesab edilməsinin, eləcə də cavabdeh X.Ağamaliyevin zərərçəkən olub-olmamasının müəyyən edilməsi yalnız və yalnız mülki icraat qaydasında mümkündür. Cinayət əməlinin törədilməsi faktının aydınlığa çıxması ilə hər hansı bir mülki müqavilənin etibarsız hesab edilib-edilməməsi müəyyən edilə bilməz. Hər birinin ayrı hüquqi proseduru və həll ediləcəyi icraat qaydası mövcuddur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan (101)-493/2021 saylı cinayət işi üzrə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə və Cavabdeh2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilirlər. Həmin cinayət işinin başlanmasına səbəb və əsas İddiaçı MMC-nin sabiq direktoru X7 tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzilin 01.12.2016-cı il tarixli müqavilə ilə Cavabdeh1 190.000 manata satılması, daha sonra isə həmin mənzilin təkrarən cəmiyyətin direktoru X6 tərəfindən 21.05.2018-cı il tarixli müqavilə ilə 188.000 manata X1 aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş X4 müraciəti üzrə aparılmış araşdırma zamanı cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi, başqa bir iş üzrə qəbul edilə biləcək yekun qərar baxılan mülki işin nəticələrinə təsir göstərə bilərsə iş üzrə icraat dayandırılmalıdır. Lakin apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən (101)-493/2021 saylı cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki işin nəticələrinə təsir göstərmir. Çünki artıq qeyd edildiyi kimi, həmin iş üzrə tərəflərin tərkibi hazırki iş üzrə tərəflərin tərkibindən fərqlənir. Belə ki, cinayət işi üzrə zərərçəkən şəxs X5r və cinayət işinin başlanmasına səbəb mübahisəli mənzilin əvvəl Cavabdeh1, daha sonra isə sonuncunun adına müqavilə olmasına baxmayaraq təkrarən Z.Səmədovaya satılması olmuşdur. Hazırki mülki iş üzrə mübahisə predmeti isə Cavabdeh1lə bağlanmış müqavilənin etibarsızlığıdır. İddia tələbi isə onunla əsaslanır ki, həmin müqavilə Cavabdeh2 tərəfindən işlərin görülməsinin təminatı olaraq bağlanmışdır və formal xarakter daşıyır. Göründüyü kimi cinayət işi üzrə qəbul edilə biləcək yekun qərar hazırki iş üzrə preyudisial xarakter daşıya bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, hazırki iş üzrə tərəflər arasında yaranmış və yuxarıda qeyd edilmiş mübahisə Z.Səmədovaya münasibətdə baş vermiş hallardan əvvəl yaranmışdır və hazırki mülki iş üzrə tərəflərin istinad etdiyi hallar həmin cinayət işi üzrə müəyyənləşdirilməli olan məsələlərdən asılı deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi, həmin cinayət iş üzrə qəbul edilə biləcək yekun qərarının hazırki iş üzrə preyudisial xarakter daşıyacağı barədə səhv nəticəyə gəlmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki işə mahiyyəti üzrə baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3829/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3829/2021
16.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver