Məhkəmə qərarları › İş №2(103)-3831/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3831/2023

02.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3831/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpası barədə iddiaçının ərizəsi təmin edilməsin və həmin qərardaddan iddiaçının verdiyi şikayət geri qaytarılsın. Şikayətdə tələb olunub ki, xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli qərardadla qərara alınıb ki, müvəqqəti təminat tədbiri (mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa) ləğv edilsin. Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin qərardad xx.xx.2023-cü ildə iddiaçının elektron kabinetinə yerləşdirilib, bununla da qərardad rəsmi qaydada verilmiş sayılıb. Lakin şikayət həmin tarixdən 19 gün keçdikdən sonra – xx.xx.2023-cü ildə verib. İddiaçı şikayətvermə müddətinin bərpası barədə ərizəni onunla əsaslandırıb ki, xx.xx.2023-cü ildə Asan Sertifikat Xidmətləri Mərkəzində “Asan İmza” sertifikatını aktivləşdirib, bundan sonra “Elektron məhkəmə” informasiya sisteminə daxil olub və qərardadın mövcudluğundan xəbər tutub. Lakin “Elektron məhkəmə” İnformasiya sistemindən görünür ki, iddiaçının elektron kabineti var, qeydiyyat tarixi isə 1 il əvvələ - xx.xx.2022-ci il tarixinə aiddir, hətta o, xx.xx.2022-ci ildə “Asan İmza”dan istifadə etməklə qətnamədən elektron qaydada apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı qərardaddan şikayət verilməsi üçün 10 günlük müddəti ötürüb, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmir. Beləliklə, birinci instansiya məhkəməsi müddətin bərpa etməkdən düzgün olaraq imtina edib, bu nəticə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar