Məhkəmə qərarları › İş №2(103)-3834/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3834/2023

18.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3834/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, Nərimanov rayonu, PYUA 10/38 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yardımçı tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Nərimanov rayonu, PYUA 10/38 ünvanında Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.3-cü km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 12 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutulsun, VÖEN: **********, Hesab №: AZ33AİİB********************, Bank: Kapital Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200071, SWİFT BİK: AİİBAZ2XXXX ARDNŞ İddiaçı hesabına keçirilsin. Mühəndistexniki ekspertizası tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1567/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apellyasiya şikayəti ona geri qaytarılmışdır. Daha sonra Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(005)-1567/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti Cavabdeh geri qaytarılmışdır. Daha sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1567/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən prosessual müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və bərpa edilməsi, apellyasiya şikayətinin mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya qeyd edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin formasına diqqət yetirdikdə görünür ki, cavabdeh tərəfin apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar