Məhkəmə qərarları › İş №2(103)-3838/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3838/2022

05.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3838/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı2 (həmçinin digər iddiaçının nümayəndəsi) iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-2993/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05R000010234 saylı və 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşmalarının etibarsız hesab edilməsi, Cavabdeh2 QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05.M000000883 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və Cavabdeh2 QSC ilə X5 Ağa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 QSC ilə Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixli 05L000005310 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və miqdar ayrıca olaraq kredit razılaşmasıyla ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi ilə Cavabdeh1 ilə bağlanmış 25 aprel 2014-cü il tarixli 05R000010234 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 Cavabdeh2 QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Cavabdeh2 QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı Cavabdeh2 QSC ilə İddiaçı1 və X3 arasında müvafiq olaraq 25 aprel 2014-cü il tarixli 05S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə həmçinin Cavabdeh2 QSC təşkilatı ilə İddiaçı1 arasında 24 aprel 2014cü il tarixli, 05M000000883 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı1 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadəsində olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli 5 mərtəbəli binada yerləşən 43,56 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 bir müddət Cavabdeh2 QSC-yə ödənişlər etsə də, sonradan üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə Cavabdeh1 banka ümumillikdə 92784,04 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh2 QSC Qaradağ Rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1, İddiaçı1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-2139/2017 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmiş və Cavabdeh1 və digər şəxslərdən 76396 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın İddiaçı1 mülkiyyətində olan mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Yalnız həmin qətnamənin icrası ilə əlaqədar icra şöbəsi evə gəldikdən sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd etmişlər ki, onlar bu kreditin verilməsi ilə əlaqədar ipoteka müqaviləsi bağlanarkən yalnız 25 aprel 2014-cü il tarixli 05R000010234 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 ‘Accessbank” QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürülməsi barədə müqavilənin bağlanmasına razılıq vermişdirlər. Lakin xx.xx.2015-ci il tarixli kredit nüqaviləsi onların razılığı və xəbəri olmadan bağlanmışdır. Yəni iddiaçılar xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanmasına razılıq verməmişdirlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)- 2993/2021 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd olunmuşdur. İddiaçılar qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)- 2993/2021 saylı qətnaməsi qismən, yəni “Cavabdeh1 ilə Cavabdeh2 QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05R000010234 saylı və 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşmalarının etibarsız hesab edilməsi, həmçinin Cavabdeh2 QSC ilə X5 Ağa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinin rədd edilməsi hissələrində ləğv edilmiş və həmin tələblərlə bağlı hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda əsaslandırlmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmasının aparılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ilk tələblərində ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb etsələr də, sonradan iddianı dəyişmiş, ipoteka müqaviləsinin bağlanmamış sayılmasını tələb etmişlər. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, qətnamədə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məsələyə hüquqi qiymət vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 QSC-nin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 QSC cavabdehlər Cavabdeh1, İddiaçı1, X2, İddiaçı2 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı1 və X1 müştərək qaydada 05R000010234 saylı kredit razılaşması üzrə 54139,61 ABŞ dolları məbləğində əsas borc, 7793,68 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 62033,29 ABŞ dolları məbləğində borcun, 005R********** saylı kredit razılaşması üzrə 12684.98 dolları məbləğində əsas borc, 1627,91 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14362,89 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, ev 3/33, 35 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Cavabdeh tərəfin apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonradan İddiaçı1 hətta hərracın nəticələrini də mübahisələndirmiş, lakin iddiası təmin olunmamışdır. Hesab edir ki, kredit, zaminlik və ipoteka müqavilələrinin etibarlı olması əvvəlki məhkəmə qərarları ilə müəyyən olunmuşdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-2993/2021 saylı qətnaməsi qismən, yəni “Cavabdeh1 ilə Cavabdeh2 QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05R000010234 saylı və 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşmalarının etibarsız hesab edilməsi, həmçinin Cavabdeh2 QSC ilə X5 Ağa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinin rədd edilməsi hissələrində ləğv edilmiş və həmin tələblərlə bağlı hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən də, hazırda qətnamə iddiaçıların apellyasiya şikayətinə əsasən digər tələblə bağlı hissədə (Cavabdeh2 QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05.M000000883 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi) yoxlanılır. Həmçinin qeyd edilməlidir ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadının 54- 56-cı bəndlərində göstərilmişdir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı cavabdehlə onun arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Lakin işdən görünür ki, iddiaçıların həmin hissədə tələbi - Cavabdeh2 QSC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05.M000000883 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçıların yoxlanılan hissədə tələbini düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqin Belə olan halda qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mövcud tələbi də əsassızdır. Çünki, işdə olan sübutlardan və qanuni qüvvədə olan məhkəmə qərarlarından (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 04 may 2018-ci il tarixli qərarı) görünür ki, Cavabdeh2 QSC ilə Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixli 05L000005310 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və miqdar ayrıca olaraq kredit razılaşmasıyla ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi ilə Cavabdeh1 ilə bağlanmış 25 aprel 2014-cü il tarixli 05R000010234 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 Cavabdeh2 QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Cavabdeh2 QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmini kimi Cavabdeh2 QSC ilə İddiaçı1 və X3 arasında müvafiq olaraq 25 aprel 2014-cü il tarixli 05S**********01 saylı zaminlik müqavilələri bağlanmış, həmçinin Cavabdeh2 QSC təşkilatı ilə İddiaçı1 arasında 24 aprel 2014-cü il tarixli, 05M000000883 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı1 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadəsində olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli 5 mərtəbəli binada yerləşən 43,56 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC cavabdehlər Cavabdeh1, İddiaçı1, X2, İddiaçı2 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı1 və X1 müştərək qaydada 05R000010234 saylı kredit razılaşması üzrə 54139,61 ABŞ dolları məbləğində əsas borc, 7793,68 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 62033,29 ABŞ dolları məbləğində borcun, 005R********** saylı kredit razılaşması üzrə 12684.98 dolları məbləğində əsas borc, 1627,91 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14362,89 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, ev 3/33, 35 saylı mənzilə yönəldilməsi və s. qət edilmişdir (qətnamə qanuni qüvvəsini almışdır). Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1081/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, İddiaçı1 hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı daha sonra apelyasiya şikayəti vermiş, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1081/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 139613 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, ev 3/33, mənzil 35 ünvanında yerləşən mənzilə Cavabdeh2 QSC-nin tam mülkiyyət payı tanınmışdır. İddiaçılar ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinin əsası kimi göstərmişlər ki, qətnamənin icrası zamanı onlara məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Onlar bu kreditin verilməsi ilə əlaqədar ipoteka müqaviləsi bağlanarkən yalnız 25 aprel 2014-cü il tarixli 05R000010234 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 ‘Accessbank” QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürülməsi barədə müqavilənin bağlanmasına razılıq vermişdirlər. Lakin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi onların razılığı və xəbəri olmadan bağlanmışdır. Yəni, iddiaçılar xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanmasına razılıq verməmişlər. Məhkəmə kollegiyası iddiaçıların qeyd edilən dəlilləri ilə razılaşmır, həmin hallar həmçinin qanuni qüvvədə olan məhkəmə qərarları ilə də tam təkzib olunur. Çünki, qanuni qüvvədə olan yuxarıda qeyd edilən məhkəmə qərarları ilə hər iki kredit razılaşmasının qanuni bağlanması və hər iki kredit üzrə borcun məhz ipoteka qoyulmuş əmlaka yönəldilməli olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 307.6 və 307.7-ci maddələrinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İddiaçılar isə yoxlanılan hissədə tələbin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçıların izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-2993/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)- 2993/2021 saylı qətnaməsi yoxlanılan hissədə ləğv edilsin. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar