Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3839/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X16 oğlunun katibliyi, cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı və X3 cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı (3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X17 və Sabirabad rayonu İcra və Probasiya Şöbəsi cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs “xxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Y-49 saylı xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, «xxxxxxx» ASC cavabdeh olaraq ona və X5 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair» tələbi üzrə iddia ərizəsi ilə müraciət etmiş, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-133/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 47866 manat məbləğində əsas borc, 2466,49 manat məbləğində faiz borcu, 2000 manat məbləğində dəbbə, cəmi 52332,49 manat məbləğində borc və 30 manat dövlət rüsumunun ondan və X2 tutularaq «xxxxxxx» ASC-yə ödənilməsi qət edilmiş, X10 tərəfindən ipoteka ilə yüklü edilmiş Sabirabad şəhəri Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, satılması, satışdan əldə edilən vəsaitin hesabına yuxarıdakı məbləğin ödənilməsi, ipoteka məbləğinin satışından əldə edilmiş məbləğ kifayət etməzsə, borcun qalan hissəsinin ondan tutulması qət edilmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə xx xxxxx 2018-ci il tarixdə şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-133/2018 saylı qətnaməsi qüvvədə qalmışdır. Həmin qətnamədən tərəflərindən Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilmiş, Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(102)- 4822/2019-002 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin iş mübahisəli olarkən və iş Bakı Apelyasiya Məhkəməsində müzakirə edilərkən iştirakları olmadan xx xxxxxx 2019-cu il tarixdə cavabdehlərin iştirakı olmadan hərrac keçirilmiş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan ipoteka qoyulmuş əmlak, zamin X7 məxsus fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 70125 manata satılmışdır. Onlara hər hansı bir bildiriş çatdırılmamışdır. Y-49 saylı xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında protokoldan görünür ki, hərracın keçirilməsi üçün əsas Sabirabad rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 195471/2018 saylı sifariş məktubudur. Qeyd edilənlərdən görünür ki, hərrac qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsi əsasında keçirilmiş və onların hüquqları pozulmuşdur. Halbuki onlar məbləğin iş mahiyyəti üzrə həll edilənədək ödənilməsi barədə banka təkliflərini bildirmişdilər. Ona görə də, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Y-49 saylı xx xxxxxx 2019-cu il tarixli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 2979/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxx” ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Səbail Rayon Məhkəməsinin qətnaməsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və işin hallarına uyğun gəlməyən qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən ipoteka qoyan X7 bildiriş göndərilmədiyi qeyd edilsə də,“X1 Mərkəzi" MMC tərəfindən Sabirabad şəhəri. Mirzəağa Hümbətov küçəsində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25A nömrəli fərdi yaşayış evinə dair həmin hərracların vaxtı və yeri barədə ipoteka qoyan X8 bildirişin göndərilməsi barədə “xxxxxxxx” MMC-dən rəsmi sənəd təqdim edilmiş, lakin məhkəmə həmin sübuta əhəmiyyət verməmişdir. Məhkəmə iclasında cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxslər isə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, Sabirabad şəhəri,M.Hümbətov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 110000 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən hərrac vasitəsi ilə əmlakın satılması üçün müvafiq sənədlər “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş “X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Sabirabad Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) “xxxxxxx” ASC-yə və ipoteka qoyan (borclu) İddiaçı, X8 və X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 706 nömrəli bildirişdən görünür ki, Sabirabad rayon icra şöbəsinin 195471/2018 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Sabirabad şəhəri, M.Hümbətov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Sabirabad Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) “xxxxxxx” ASC-yə və ipoteka qoyan (borclu) İddiaçı, X8 və X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 807 nömrəli bildirişdən görünür ki, Sabirabad rayon icra şöbəsinin 195471/2018 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Sabirabad şəhəri, M.Hümbətov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Sabirabad Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) “xxxxxxx” ASC-yə və ipoteka qoyan (borclu) İddiaçı, X8 və X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 1201 nömrəli bildirişdən görünür ki, Sabirabad rayon icra şöbəsinin 195471/2018 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Sabirabad şəhəri, M.Hümbətov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Sabirabad Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) “xxxxxxx” ASC-yə və ipoteka qoyan (borclu) İddiaçı, X8 və X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 1201 nömrəli bildirişdən görünür ki, Sabirabad rayon icra şöbəsinin 195471/2018 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Sabirabad şəhəri,M.Hümbətov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “Market” qəzetinin xx.xx.2018-xx.xx.2018-ci il tarixli 41 saylı və 23.11..2018-xx.xx.2018-ci il tarixli 44 sayli nüsxələrinin surətindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə həmin qəzetdə elanlar verilmişdir. İş materiallarında olan və “X1 Mərkəzi” MMC tərəfindən təqdim edimiş adlı poçt göndərişləri siyahısından görünür ki, həmin siyahının 56-cı və 104-cü sətirlərində ünvan 1 ünvanda qeydiyyatda olan X6 adı qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi F.Abdıyev tərəfindən Sabirabad rayon icra və probasiya bölməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 2(005)-133/2018 saylı məktubdan görünür ki, Nərimanov rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(005)-133/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi bildirilmiş, göstərilənlərin nəzərə alınması xahiş olunmuşdur. İş materiallarında olan Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə göndərilən xx.xx.2018-ci il tarixli 195471/2018 saylı məktubdan görünür ki, borclu İddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verildiyi üçün hərracın dayandırılmasına sərəncam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019cu il tarixli hərracın nəticələri haqqında yekun protokoldan və müqavilədən görünür ki, əmlak həmin tarixdə “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən 70125 manata “xxxxxxx” ASC tərəfindən əldə olunmuşdur. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düz nəticəyə gəlmişdir. Belə ki, iş materiallarəndan da göründüyü kimi, ipoteka predmeti olan əmlak üzrə xx xxxxxx 2018 və xx xxxxxx 2018-ci il tarixlərə təyin olunmuş hərrac baş tutmamışdır. Həmin əmlak tələbkar xxxxxxx ASC-yə təklif olunmuş və xx.xx.2019-cu il tarixdə tələbkar xxxxxxx ASC həmin əmlakı 70125 manata hərrac vasitəsilə əldə etmişdir. Bu barədə hərrac təşkilatçısı ilə Bank arasında eyni tarixli alğı-satqı müqaviləsi imzalanmışdır. Lakin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş hərrac sənədlərindən məlum olur ki, hərracın keçirilməsi üçün əsas olmuş Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması üzürlü hesab edilməklə bərpa edilmiş və həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, bu səbəbdən Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə hərracın dayandırılmasına sərəncam verilməsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixli məktub göndərilmişdir. Bu xəbərdarlığa baxmayaraq, “X1 Mərkəzi” MMC ipoteka predemti olan əmlakın hərracdan satılması üzrə hərəkətlərini davam etdirmiş və xx xxxxxx 2019-cu il tarixdə, yəni həmin qətnamə üzrə apellyasiya şikayətinə apellyasiya instansiyasi məhkəməsində baxılması ilə eyni gündə mübahisəli ipoteka predmetini tələbkar “xxxxxxx” ASC-yə satmışdır. Bununla da, “X1 Mərkəzi” MMC faktiki olaraq qanuni qüvvəyə minməmiş qətnamə üzrə icra hərəkətlərini yerinə yetirmişdir ki, bu da qanunun tələblərinin pozulması kimi qiymətləndirilməldir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərrac barədə iddiaçıya lazımi qaydada məlumat verilməsi barədə dəlilinə hüquqi qiymət verərək onu əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən Sabirabad şəhəri, Mirzəağa Hümbətov küçəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 otaqlı 25 A nömrəli fərdi yaşayış evinə dair bir neçə hərrac keçirilsə də, həmin hərracların vaxtı və yeri barədə ipoteka qoyan X7 bildiriş göndərilsə də bildirişlər ona təqdim olunmamışdır. Bildirişlərin çatdırılması barədə poçt sənədlərindən görünür ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli qəbzlər “köçüb” və “müvəqqəti köçüb” qeydləri ilə geri qaytarılmışdır. xx.xx.2018-ci il tarixli qəbzdə “Əliyeva (Qaynı yoldaşı) yazılmış və imza olunmuşdur. xx.xx.2018-ci il tarixli qəbz isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Apelyasiya şikayətində “xxxxxxxx” MMC tərəfindən çatdırılma barədə rəsmi sənəd təqdim olunduğu qeyd olunsa da iş materiallarından qeyd olunan hal öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur. Qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər. Çünki borcun məbləğindən dəyərli olan mənzilinin hərraca çıxarılmış dəyərindən xeyli aşağı qiymətə bankın mülkiyyətinə keçməkdənsə, onu öz təşəbbüsü ilə satması ona daha sərfəlilidr. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 2979/2019 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3839/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3839/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver