Məhkəmə qərarları › İş №2(103)-384/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-384/2022

18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-384/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi, aktın ləğv edilməsi və pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(011)-3519/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi, aktın ləğv edilməsi və pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktların ləğvi və aktlar əsasında tətbiq edilmiş 2650,30 manatın hesab kodundan silinməsi və əsassız olaraq yazılmış borca görə tutulmuş 151,20 manatın iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. 03 sentyabr 2012-ci il tarixdə cvabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanına 1202AQ**********2 №-li sayğac quraşdırılmış, 01470182 № li plomb vurulmuş və **********00010 № li abonent kodu verilmişdir. 28 dekabr 2012-ci il tarixdə iddiaçının hesab koduna əsassız olaraq 151,20 manat borc yazılmışdır. 30 may 2013-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xəttlərini yoxlamaq məqsədi ilə 01.02.2018-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulması səbəbindən 01 noyabr 2018-ci ildə G-4 markalı, smart tipli, 1202AQ**********2 № li sayğaca onun iştirakı olmadan texniki baxış keçirilmiş, yeni smart-kart tipli, G-4 markalı, 1802AZ**********48 № li sayğac quraşdırılmış, 05847784 № li plomb vurulmuş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” əvəzetmə barədə ******* № li AKT tərtib edilmişdir. Quraşdırılmış yeni sayğacın smart-kartı iddiaçıya təqdim olunmamış və bir neçə gündən sonra smart-kart iddiaçıya verilmişdir. AKT-da qeyd olunan qüsur həqiqətə uyğun deyildir. Lakin, qanunsuz olaraq iddiaçının hesab koduna 972 manat borc yazılmışdır. 10 aprel 2019-cu il tarixdə heç bir əsas olmadan yenidən 799,20 manat borc yazılmışdır. 11 aprel 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında quraşdırlmış qaz sayğacına yenə də abonentin iştirakı olmadan baxış keçirilmiş, heç bir qüsur aşkar edilməmiş, 1802AZ**********48 №-li sayğacı NATEK ENERJİ tipli, G-4 MEXANİKA markalı, 40010674 № li sayğacla əvəz edilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında" əvəzlənməsi barədə AKT tərtib edilmiş, lakin iddiaçıya təqdim olunmamış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmamış və 1771,20 manat əsassız yaranmış borc barədə heç bir məlumat verilməmişdir. İddiaçı tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac, qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi belə aşkarlanmamışdır. Əraziyə nəzarət edən cavabdehin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər onun bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalıdır və ya da ki, küçədəki qaz xətti deşilməli idi. Halbuki, plombun qırılması və ya qaz xəttinin deşilməsi barədə heç bir qeydiyyat yoxdur. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Ümumiyyətlə nə iddiaçının, nə də ki, ailə üzvlərinin həmin aktlardan xəbərdar olmayıb. Cavabdehin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(011)-3519/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş 31.10.2018-ci il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı və 11.04.2020-ci il tarixli, ******* saylı aktlar ləğv edilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı hesablanmış (abonent kodu: **********00010) 2442,90 manat məbləğində borc silinməsi, 84,30 (səksən dörd manat otuz qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir həmçinin iddiaçı sayğacdan kənar xətt vasitəsilə təbii qazı talamışdır. Ona görə də 2650.30 manat məbləğində dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb edilmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 01.10.2018-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərkən məlum olmuşdur ki, sayğaca texniki baxış zamanı çıxışda içəri hissədə dəlik aşkar edilmişdir. Daha sonra 31.10.2018-ci il tarixli ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. Digər iki aktda (30.04.2019-cu il tarixli, ******* saylı və 11.04.2020-ci il tarixli, ******* saylı) isə sayğacdan kənar qeyri-qanuni istifadənin aşkarlanması qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aktlar üzrə itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş hesabatlara görə, qaz itkisinin 31.10.2018-ci il tarixli ******* saylı akt üzrə 9720 m3 (972 manat), 30.04.2019-cu il tarixli, ******* saylı akt üzrə 7992 m3 (799,2 manat), 11.04.2020-ci il tarixli, ******* saylı akt üzrə 7560 m3 (756 manat) müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, 84.3 manat məbləğində borc abonent tərəfindən ödənilib. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-8043/2021 nömrəli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/5828 nömrəli ekspertiza tədqiqatının nəticələrinə əsasən ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də daşıyıcı qaz xətti üzərində qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda qeyd edilən pozuntuların iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Aktlarda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı 2650,30 manat borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Bundan başqa qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qüsurun aşkar edilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitindən borca görə tutulmuş 84,30 manat pul iddiaçının özünə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, məhkəmə tərəfindən iddiaçı tərəfindən sayğacın daxilinə müdaxilə edilməsi halının olubolmaması araşdırılmadan iddia tam təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində isə iddiaçının sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının istehlakçı tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Kollegiya ******* saylı 01.10.2018-ci il tarixli akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt iddiaçı tərəfindən imzalandığından sayğaca müdaxilə halı təsdiqini tapır. Belə olan halda, bu akt üzrə hesablanmış 972 manat məbləğində maddi ziyan ümumi borcdan silinə bilməz. Kollegiya digər aktlarla (11.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 799.2 manat) bağlı qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/5828 nömrəli ekspertiza rəyinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinə Cavabdehnə məxsus təbii qaz xəttinə sayğacdan kənar qeyriqanuni qoşulmanın olub-olmaması və qaz sərfiyyatına Cavabdehnə hansı məbləğdə ziyanın vurulduğu müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus evdə onun təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə sübutları əlavə etmədiyinə və ya məhkəmə kollegiyasına təqdim edilmədiyinə görə, apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Bu səbəbdən İddiaçı abonent hesabına hesablanmış 1555,2 manat (756+799.=1555.2) məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Bundan başqa məhkəmə kollegiyası əsassız olaraq yazılmış borca görə tutulmuş 151.2 manat məbləğində pulun cavabehdən tutularaq ödənilməsi barədə iddiaçının tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının 31.10.2018-ci il tarixli, ******* saylı akt üzrə 972 manat borcu olduğu müəyyən edilmişdir. Digər tərəfdən abonent borca görə 84.3 manat pul ödəmişdir. Belə olan halda, ümumi borcdan ödənilmiş məbləğ iddiaçıya qaytarılmamalı və iddiaçının cavabdehə ödəməli olduğu borc məbləği 887,7 manat (972–84.3=887.7) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia verildiyi zaman qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia verildiyi zaman qüvvədə olan həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun dərəcəsi 30 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-mühəndis-texniki ekspertizasının dəyərini təşkil edən 102 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(011)-3519/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı abonent hesabına hesablanmış (abonent kodu: **********00010) 1555,2 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia tələbinin qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertizanın dəyərini təşkil edən 102 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar