Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3840/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2595/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əsasən müəyyən edilir ki, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1400 manat dəyərində nisyə aldığı mala görə borcu müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq, 0 manat ilkin ödəniş etməklə hər ay 78 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC X2 arasında imzalanan faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Cavabdeh qarşı 1400 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı QSC xx.xx.2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək qapalı səhmdar cəmiyyətinə çevrilmişdir.
2. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin 1400 manat əsas borc, 210 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə borcunun olması barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə NLG000055 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1400 manat borcun, 210 manat cərimə borcunun, 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2595/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın qismən təmin edilməsi, Cavabdeh № NLG000055 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1400 manat əsas borcun, 70 manat cərimə borcunun, 34.70 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1, 467, 600.1, 600.2 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 227, 284-1, 284-5.2, 284-5.3, 358, 360 və 362-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında cavabdehlə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında heç bir müqavilə olmamışdır, müqavilə fiziki şəxs X3 və “Premium Baku”nun möhürü ilə təsdiqlənmişdir. “Premium” modelli su təmizləmə aparatı nasaz vəziyyətə olmuşdur və aparat onların işcisi Samir Piriyev tərəfindən götürülmüşdür. Lakin indiyədək həmin aparat geri qaytarılmamışdır. Bütün bunlar qətnamə qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınmamışdır, məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmamışdır, tələsik qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Aşağıdakı səbəblərə görə qəbul edilmiş qətnaməni əsassız sayır və həmin qətnamə tamamilə ləğv edilməli və cavabdehə satılmış aparatın nasaz vəziyyətdə olduğu və aparatın cavabdehdə olmadığına görə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı borc tələbi barədə iddiasının tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsindən iş üzrə aparatın işləyib–işləməməsini müəyyən etmək üçün məhkəmə ekspertizasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə aparatın nasaz olmasını nəzərə almamışdır. Məhkəmə iddianın tamamilə rədd etmək əvəzinə iddianı qismən təmin etmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, aparat nasaz vəziyyətə olmuşdur və aparat onların işcisi Samir Piriyev tərəfindən cavabdehdən götürülmüşdür. Lakin indiyədək həmin aparat geri qaytarılmamışdır. Əgər aparat iddiaçıdadırsa onda cavabdehdən nə əsasla pul tutulmalıdır? İddiaçının belə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmədən xahiş edirəm iş üzrə məhkəmə еkspеrtizаsı təyin edilsin. Həll edilməsi ücün ekspertin qarşısında aşağıdakı sual qoyasınız: 1. Cavabdehə satıldığı su təmizləmə aparatında hər hansı bir qüsurlar mövcud olub-olmaması və işlək vəziyyətdə olubolmaması? Məhkəmə tərəfindən zəruri hesab edilən digər suallar qoyulsun. Ekspertizanın kecirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılsın. Məhkəmə həmin aparatın işlək olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-ci il tarixində bağladığı NLG000055 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "X8" MMC-dən ümumi dəyəri 1400 manat olan "Elegance" su filterini 18 ay müddətində, hər ay 77.78 manat ödəmək şərti ilə əldə etmişdir. "xxxx" QSC ilə "X8" MMC arasında bağlanmış R-2454123 saylı, xx.xx.2023-ci il tarixli faktorinq miiqaviləsi ve həmin müqaviləyə əlavə edilmiş R2454/2023-010 saylı, xx.xx.2024-cü il tarixli faktorinq sazişi üzrə X8" MMC-nin Cavabdeh qarşı pul tələbi 'Ferrum Kapital" QSC-yə güzəşt edilmişdir. Bu barədə Cavabdeh tələbin "xxxx" QSC-yə keçdiyini göstərən bildiriş verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdehin "mülki məhkəmə icraatı zamanı tərəflərin çəkişmə prinsipinə riayət edilməməsi" ilə bağlı fikirlərinə münasibət olaraq bildirir ki, AR Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinden məlumdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. ARM PM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin cavabdeh tərəfindən məhkəməyə heç bir etiraz daxil olmamışdır. Cavabdeh oz prosessual hüququndan istifadə edə biləcəyi halda, mülki iş icraatda olan zaman hər hansı əsaslandırılmış etirazla məhkəmə müraciət etməmişdir. Belə ki, AR Mülki- Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin iş materiallarına əlavə edilmiş 7 aprel 2024-ci il tarixli müqaviləyə istinad edərək, "xxxx" QSC ilə hər hansı müqavilə münasibətlərində olmadığını, müqavilənin X3 ilə bağlandığı və 'Premium Baku"nun möhürü ilə təsdiqləndiyi fikirlərinə gəldikdə isə, cavabdehin başqa bir müqaviləsinin olması, "X8" MMC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixdə bağlanmış NLG000055 saylı müqavilənin mövcudluğunu və qüvvədə olmasını təkzib etmir. Sözügedən müqavilənin hansı şəraitdə, hansı şərtlərlə və hansı məqsədlə bağlandığı bizə məlum deyildir. "X8" MMC-nin Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlandığı NLG000055 saylı müqavilənin hüquqi qüvvəsini istisna edən və müqavilə tərəfinin iradə ifadəsini korlayacaq hər hansı neqativ hal iddiaçıya bəlli olmamış, müqavilə cavabdeh tərəfindən Mülki Məcəllənin tələbinə riayət edilməklə bağlanılmış və öz imzası ilə təsdiq edilmişdir. "X8" MMC-nin cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağladığı NLG000055 saylı müqavilədə cavabdehin müqaviləyə, təhvil-təslim aktına, ödəniş qrafikinə çəkdiyi imzalar onun iradə ifadəsini əks etdirir. AR Mülki Məcəlləsinin 655.2-ci maddəsi üzrə faktorinq müqaviləsinin pul tələbinin güzəşti barəsində borcluya bildiriş verilməsi kimi mühüm tələbinə də riayət olunaraq müvafiq bildiriş cavabdehə verilmiş və onun tərəfindən imzalanmışdır. Həmin maddənin 4-cü bəndində təsbit olunmuşdur ki, əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Cavabdehə verilmiş tələbin güzəşt olunmasına dair bildirişdə ödənişin "xxxx" QSC-yə edilməsi və hansı qaydada edilməli olduğu açıq şəkildə göstərilmişdir. Cavabdehin əldə etdiyi su filterində nasazlıq olması və satıcı tərəfindən ondan götürülməsi iddiasına münasibət olaraq qeyd edir ki, alıcı bütün bunları təsdi edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, iddiaçıya rəsmi şəkildə müraciət ünvanlamamışdır. Belə ki, cavabdeh tərəfindən əldə edilmiş məhsulun qüsurlu olması, qüsurlu olduğu halda həmin qüsurun nə vaxt yaranması və yaranma səbəbi barədə heç bir qüsur aktı təqdim edilməmişdir. Cavabdehin bildirdiyi kimi məhsulun satıcı tərəfindən götürülməsi halı da təhvil-təslim aktı ilə təsdiqlənməli olduğu halda, buna dair də heç bir sübut təqdim edilməmişdir. "xxxx" QSC ilə "X8" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli faktorinq müqaviləsinin 3.2ci maddəsinin "k" bəndinə əsasən "Faktor müştəri ilə borclu arasında hər hansı bir razılaşmadan irəli gələn mübahisəli məsələlərə görə məsuliyyət və öhdəlik daşımır". Eyni zamanda həmin Faktorinq müqaviləsinin 1-ci maddəsinin "c" bəndinə əsasən "satılmış malların keyfiyyətinə və bunlar haqqında verilən məlumatların doğruluğuna görə borclu qarşısında bir qayda olaraq müştəri məsuliyyət daşıyır. Faktor müştəri ilə borclu arasında hər hansı bir müqavilə, razılaşmaya və ya onlar arasında baş verən mülki hüquq pozuntularına görə məsuliyyət daşımır". Cavabdehin etirazı başqa bir mülki hüquq mübahisəsinin predmetini təşkil edir. Beləliklə, cavabdeh öz etirazında bildirdiyi hallara dair heç bir sübut göstərməmişdir. Yuxarıda göstərilən halları nəzərə alaraq, cavabdeh tərəfindən verilmiş şikayətin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
12. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Maddə 600.2 əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2595/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
26. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
27. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1400 manat dəyərində nisyə aldığı mala görə borcu müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq, 0 manat ilkin ödəniş etməklə hər ay 78 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC X2 arasında imzalanan faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Cavabdeh qarşı 1400 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı QSC xx.xx.2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək qapalı səhmdar cəmiyyətinə çevrilmişdir.
28. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdehin 1400 manat əsas borc, 210 manat cərimə borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə borcunun olması barədə xəbərdar edilmişdir.
29. Göründüyü kimi, cavabdeh ilə iddiaçı ilə bağlanmış yuxarıda qeyd olunan müqaviləyə əsasən cavabdeh 1400 manat dəyərində nisyə aldığı mala görə borcu müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq, 0 manat ilkin ödəniş etməklə hər ay 78 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür, lakin ödənişləri yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Ferrum Kapital” QSC X2 arasında imzalanan faktorinq müqaviləsinə və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Cavabdeh qarşı 1400 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı əsas borca cərimə məbləği hesablayaraq, əsas borcun və cərimənin cavabdehdən ödənilməsini tələb etmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Kollegiya hesab edir ki, məhkəmə işin hallarını nəzərə alaraq yüksək dəbbə pulunu azaldaraq iddianı qismən təmin etməklə № NLG000055 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1400 manat əsas borcun, 70 manat cərimə borcunun, 34.70 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməli olmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə tənasübsüz surətdə yüksək hesab olunmuş, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 70 manat məbləğində müəyyən edilməsi ağlabatan hesab edilmişdir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Kollegiya qeyd edir ki, cavabdehin sübuta yetirilməyən şəxsi mülahizələri onun müqavilə üzrə üzərinə götürmüş öhdəliyin yerinə yetirilməsindən azad etmir.
33. Kollegiya apellyasiya şikayətinin "mülki məhkəmə icraatı zamanı tərəflərin çəkişmə prinsipinə riayət edilməməsi" ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, AR Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qanunun tələbindən göründüyü kimi hazırki iddia üzrə işə sadələşdirilmiş qaydada baxıldığından məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır.
34. Kollegiya apellyasiya şikayətinin “cavabdehin "xxxx" QSC ilə hər hansı müqavilə münasibətlərində olmaması, müqavilənin X3 ilə bağlanması və 'Premium Baku"nun möhürü ilə təsdiqlənməsi” dəlilinə münasibətdə hesab edir ki, müqavilə cavabdehin öz imzası ilə təsdiq edilməklə onun sərbəst iradə ifadəsinin həyata keçirildiyini göstərir.
35. Kollegiya şikayətin “su filterində nasazlıq olması və satıcı tərəfindən ondan götürülməsi” dəlilinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından cavabdeh bu halın təsdiqi kimi isə hər hansı sübut təqdim etməmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2595/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.