Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3851/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər x oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh iddiaçı MMC-yə qarşı “MMC-nin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması barədə tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə tərəf olmadığı üçün Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, laki iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni iddiaçı MMC tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla Maraqlı şəxs hazırki iş üzrə maraqlı şəxs kimi tanımışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Maraqlı şəxs “prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilməsini, xx.xx.2019-cu il tarixli qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti Maraqlı şəxs münasibətdə bərpa etmiş və baxılması üçün apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatını mümkün hesab edərək, mülki işi apellyasiya baxışına təyin etmişdir. Hazırda Məhkəmə hesab edir ki, Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür, apellyasiya şikayəti apellyasiya icraatına səhv qəbul edilmişdir. Belə ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzə cavabdeh MMC və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli qətnamə ilə apellyasiya şikayətlərinin təmin edilməməsini və Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslılığı tam həcmdə, o cümlədən Maraqlı şəxs apellyasiya şikayətində qeyd edilən (ilk iddiaya aid) hissədə yoxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi artıq qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Maraqlı şəxs apellyasiya şikayətinə əsasən işə baxılarsa, ondan hüquqi müəyyənlik prinsipini pozulacaq. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli qərarında qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyət həddini aşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir (62-ci bənd). Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Məhkəmə tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətinin qaytarılması üçün iş apellyasiya baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilibsə, apellyasiya instansiyası məhkəməsi “icraata qəbul barədə” qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263-264, 364, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin və iş üzrə tərəf olmadığı üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, laki iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin qaytarılması üçün hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Maraqlı şəxs hazırki qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Hakimlər
Məhkəmə qərarları › İş №2(103)-3851/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3851/2023
08.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver