Məhkəmə qərarları › İş №2(103)-3858/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3858/2025

24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3858/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X26 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)- 4067/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətlərə (xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə verilmiş) əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 adına Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 32, 4 saylı mənzilinə dair 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə 2V/01-29 qediyyat nömrəli Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin və onun əsasında AR DƏK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, miras əmlaka onun vərəsəlik hüququnun təmin edilməsi və miras əmlaka payının müəyyən edilməsi, onun ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin 1/2 payının vərəsəsi kimi tanınması, 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X11 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 nömrəli evin 4 nömrəli mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinalarının 29 noyabr 2024-cu il tarixli, 3763 nömrəli məktubunun (qərarının) qanunsuz hesab edilməsi, onun adına Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 nömrəli evin 4 nömrəli mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi, X1 2V-475 saylı vərəsəlik işində dəyişiklik edilməsi, 21 fevral 2018-ci il tarixli 400/12 nömrəli vətəndaşlıq vəziyyəti arayışının və 21 iyun 2016-cı il tarixli 1442 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətininin vərəsəlik işinə daxil edilməsinin notarius Sidqi Həbibbəyliyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4067/2025 nömrəli 8 may 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisinə, Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs cəlb edilməklə) “notariat hərəkətlərinin aparılmasından imtinaya dair və qanun üzrə vərəsəlik hüququ” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Belə ki, 4 saylı Bakı Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu X11 29 noyabr 2024-cü il tarixli 3763 nömrəli cavab məktubunda İddiaçı bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 nömrəli ev 4 nömrəli mənzil miras qoyan X1 mülkiyyətində, yəni miras aktivində olmadığı üçün vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. xx.xx.2016-cı il tarixli, 2V-475 reyestr nömrəli notariat işi tamamlandığından xx.xx.2016-cı il tarixli, 1442 nömrəli vətəndaşlıq vəziyyəti haqqında arayışın surətini, xx.xx.2018-ci il tarixli, 400/12 vətəndaşlıq vəziyyəti haqqında arayışın surəti ilə dəyişdirilərək əvəz etmək mümkün olmadığı bildirmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X10 miras qoyan-anası X6 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş, müddətin uzadılması, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 32 nömrəli evin 4 nömrəli mənzilinə X1 adına verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, birinci növbəli vərəsə kimi X17 miras qoyan-anası X2 30U2493 saylı xx.xx.1993ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 nömrəli evin, 4 nömrəli mənzilinin 1/2 hissədə payının müəyyən edilməsi, X18 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılması qət edilmişdir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3108/2016 nömrəli 18 may 2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qətnaməsindən cavabdeh X1 vərəsəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1083/2015 nömrəli 28 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, X10 anası – X7 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqlarının tanınması, qətnamənin X10 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-34/2018 nöçmrəli 16 yanvar 2018-ci il tarixli Qərarına əsasən cavabdeh İddiaçı nümayəndəsi X27 və vəkili Səlimov Elvin Əliyusif oğlunun kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli 2(103)-3158/2017 nömrəli qətnaməsi cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli 980 nömrəli Qərarına əsasən iddiaçı X10 hüquqi varisi Cavabdeh2 cavabdeh Bakı şəhəri 41 saylı notariat kontoruna (maraqlı şəxs İddiaçı) qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 iyul 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli 2(102)-5000/2019 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzil üzrə ½ hissəsinin vərəsəsi olduğunu və hal-hazırda həmin hissəsin ayrılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-4030/2018 nömrəli 28 dekabr 2018-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı ilə İddiaçı şikatyəti təmin edilməmiş, Bakı şəhəri, Səbail Rayon Məhkməsinin 28 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadından verdiyi kasassiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3719/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notariat ofisinin notariusu X19 və X21 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbi”nə dair iddiası təmin edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə olunan 4 saylı Bakı Cavabdeh1ndə Notariat ofisinin xüsusi notariusu X11 29 noyabr 2024cü il tarixli 3763 nömrəli cavab məktubu qərar olmadığından, heç bir hüquqi nəticə törətmir. Həmçinin iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları olduğundan, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4067/2025 nömrəli 8 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi 2025-ci il mayın 8-də qanunsuz qərardad çıxarıb. 2(008)-4067/2025 saylı mülki işdə hakim eyni cavabdehlər arasında olan məhkəmə qərarını göstərir. İddiaçı məhkəmənin diqqətini onun X3 varisi kimi tanınmasına yönəldir. İddiaçı qanunla müəyyən edilmiş qaydada notariusa müraciət edərək ona tam hüququ olan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı əmlakın 1/2 hissəsini tam ödəyir, ünvan 2 ünvanında yerləşir. Fırıldaqçı Cavabdeh2 bir otaqlı mənzilin 1/2 hissəsini eqoist məqsədlərlə qanunsuz olaraq əldə edib. X12 öldüyü elan edilənə qədər. Notariusun qanunsuz hərəkətləri məhkəmə tərəfindən qanunsuz kimi tanınmalıdır!!! Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsi əsasında xüsusi qərardad çıxarmağa borcludur. Notariusun imtinası qanunsuz və əsassızdır!!! İddiaçı məhkəmənin diqqətinə çatdırır ki, Səbail rayonunda yerləşən bir otaqlı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ilk dəfə notariusa müraciət edib. İddiaçının mirasın açıldığı yerdəki notariusla əlaqə saxlamaq hüququ var!!! xx.xx.2025-ci il tarixdə verilmiş şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə notarius Sidqi Həbibbəyliyə ünvanlanmış ərizəsində İddiaçı notariusdan 2V475 saylı vərəsəlik işində bir vətəndaşlıq vəziyyəti şəhadətnaməsinin digəri ilə əvəz edilməsini xahiş etməyib, çünki bu şəhadətnamələr mühüm hüquqi əhəmiyyət kəsb edən vərəsəlik işində yoxdur. Həmçinin notarius Sidqi Həbibbəyli 2V-475 saylı notariat işinin xx.xx.2016-cı il tarixdə başa çatdırılması barədə xx.xx.2024-cü il tarixli 3763 saylı akta bilə-bilə yalan məlumat daxil etmişdir. X8 V-551/2015 saylı və X1 2V475/2015 saylı notariat işlərinə sonuncu dəfə 19 oktyabr 2020-ci il tarixdə notarius Sidqi Həbibbəyli tərəfindən dəyişiklik edilmişdir - 1376 saylı akt !!! Yəni, rəsmi sənədləri gizlətməklə, notarius Sidqi Həbibbəyli qəsdən bir qrup şəxsin tərkibində Cavabdeh2 ilə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 42-ci maddəsinə əsasən bu barədə prokurora məlumat verməmək üçün heç bir notariat hərəkəti etməmişdir !!! xx.xx.2006-cı il tarixli 2V-38 və 2V-39 saylı vərəsəlik işlərindən görünür ki, X13 14 yanvar 2006-cı il tarixdə vəfat etmiş atası X14 ölümündən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə uyğun olaraq iki daşınmaz əmlak obyektini tam həcmdə qəbul edib. Ümumi miras əmlakına - ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil və ünvan 3anında yerləşən yardımçı otaq daxildir. X13 vəfat etmiş atasından mirasın qəbulu əsasında Bakı şəhəri, Səbail rayonunda yerləşən bir otaqlı mənzil üçün mülkiyyət haqqında ******* saylı sənəd alıb. 10 illik susqunluqdan sonra və X28 (Dadaşovun varısı Dinara) anası X2 8 iyun 1995-ci ildə faktiki ölümü ilə əlaqədar olaraq, məhz ögey qardaşı X14 ölümündən sonra anasının mirasını xatırladı və onun vərəsə kimi tanınması barədə ərizə ilə 41 saylı notariat kontorunun notariusuna müraciət etdi. Notarius Qazı-zadə Natiq Tariel oğlunun xx.xx.2005-ci il tarixli X-697 saylı sənədindən müvafiq olaraq görünür ki, Dadaşov Tofiq AR MM-nin 1246-cı maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş 6 ay müddətini ötürüb!!! Bundan sonra Dadaşov Tofiq iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Səbail rayon məhkəməsinin 29 avqust 2006-cı il tarixli 2-1260/2006 saylı qanunsuz qərarı ilə X28 anası Yekaterina Qolubevanın varisi kimi tanınıb. Səbail rayonundakı bir otaqlı mənzilin ½ payı Tofiq Dadaşova, ½ payı isə mərhum Yekaterina Qolubevanın adına ayrılıb. Yəni, X42 Rayon Məhkəməsi vasitəsilə hakim rüşvət müqabilində X4 Səbail rayonundakı bir otaqlı mənzilin mirasından 10 illik səssizlikdən sonra vərəsəliyə faktiki daxil olma barədə məhkəməyə heç bir sübut təqdim etmədən tamamilə məhrum edib!!! 2-1260/2006 saylı işin materiallarından görünür ki, X13 29 avqust 2006-cı il tarixli məhkəmə qərarını almayıb. Səbail Rayon Məhkəməsinin 29 avqust 2006-cı il tarixli qərarından sonra X15 ailəsi arasında münaqişə yaranıb. Dadaşov Tofiq X13i Səbail rayonu ərazisində yerləşən mənzilə buraxmayıb və iri asma qıfıl asıb. 2010-cu ildə X13 mayın 13-dən 14-nə kimi Bakının Xətai rayonunda qeydiyyatda olduğu ünvanda yaşadığı mənzildən çıxıb və izsizsoraqsız yoxa çıxıb. Xalası oğlunu axtaran nümayəndə X44 rayon polis idarəsinin 36-cı polis bölməsinə ərizə verib. Dadaşovlar ailəsi X1 axtarışında köməklik göstərməkdən imtina edib, bunu da belə əsaslandırıblar ki, X22 ailəsinin qohumu deyil, bu da onların Qolubev Vladimirin tamahkarlıq niyyətindən qətl məqsədi ilə yoxa çıxmasında və atasından qəbul etdiyi əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsində əli olması barədə müəyyən düşüncələrə səbəb olur!!! X13 İddiaçı bacısı oğludur. X1 doğma anası, 26 dekabr 2002-ci ildə ölmüş X23 İddiaçı doğma bacısıdır. xx.xx.2010-cu ildə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi X1 axtarışı barədə qərar çıxarıb. Qolubev Vladimirin axtarışı haqqında xx.xx.2010-cu il tarixli qərarı tamahkarlıq məqsədilə istifadə edərək, Dadaşov Tofiq bu barədə İddiaçı xəbər vermədən Qolubev Vladimirin itkin düşmüş hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edir. Nərimanov Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli 2(005)-1880/2014 saylı qərarı ilə Vladimir Qolubev xəbərsizitkin düşmüş hesab edilmişdir. Nərimanov Rayon Məhkəməsi X23 ilə X14 nikahı haqqında bilərəkdən yalan məlumatların təqdim edilməsi faktlarını özündə əks etdirən bu qərarla bağlı birbaşa vərəsə İddiaçı məlumat verməyib!!! 2015-ci ilin fevral ayında Dadaşov Tofiqin nümayəndəsi - Dadaşova Maya (arvadı) Bakı şəhəri, Səbail rayonunda yerləşən bir otaqlı mənzilin ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 41 saylı notariat kontorunun notariusuna müraciət edib. Notariusun 2 fevral 2015-ci il tarixli X/0-57 saylı cavabından görünür ki, notarius Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə və itkin düşmə faktını və 2(005)-1880/2015 saylı iş üzrə Nərimanov rayon məhkəməsinin 14 may 2014-cü il tarixli qərarını göstərərək qanunla X5 Tofiq Dadaşova miras qalmış əmlakın ½ payına, əmlakın ½ payının varisi isə X9 aid olmasına istinad edir!!! Notariusun 2 fevral 2015-ci il tarixli cavabından sonra nümayəndə X31 birbaşa vərəsə İddiaçı xəbərdar etmədən Tofiq Dadaşovun bir otaqlı mənzilin digər ½ payının sahibi kimi tanınması barədə Səbail Rayon Məhkəməsinə ərizə verir!!! Səbail rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli 2(009)- 1083/2015 saylı qərarı ilə Bakı şəhəri Səbail rayonunda yerləşən bir otaqlı mənzil X12 ölmüş elan edilənə qədər tamamilə X10 mülkiyyətinə keçib!!! Səbail Rayon Məhkəməsi qərar barədə birbaşa vərəsə İddiaçı xəbərdar etməyib və X23 ilə X14 (X1 doğma atası) nikahı haqqında mülki akta bilərəkdən yalan məlumatlar daxil edib. Maraqlı şəxs Maya Dadaşova çox sürətlə bir otaqlı mənzili Cavabdeh2 adına yenidən rəsmiləşdirib. Nizami Rayon Məhkəməsinin 5 noyabr 2015-ci il tarixli qərarı ilə 2(007)-4785/2015 saylı iş üzrə X13 ölmüş elan edilib. 2(007)-4785/2015 saylı mülki akta X24 ilə X14 nikahı haqqında bilərəkdən yalan məlumatlar daxil edilib. Bu saxtalaşdırma faktları 16 yanvar 2018-ci il tarixli 2(102)-34/2018 nömrəli və 20 fevral 2018-ci il tarixli 2(102)-980/2018 nömrəli mülki işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinə çatdırılmışdır. Cavabdeh2 sübutları saxtalaşdırmaqla İddiaçı qanunsuz olaraq eyni vaxtda üç obyekt üzərində mülkiyyət hüququndan məhrum edib!!! Cavabdeh2 rüşvət verməklə vəsiyyət edənin əmlakı üzərində hüquqların gələcəkdə əldə edilməsi üçün İddiaçı və ailə üzvlərinin tamahkarlıq niyyətilə qətli məqsədi ilə qərar və sərəncamlarda onun adına əmlak payının göstərilməməsini xahiş etmişdir!!! Qətlə yetirmə təhdidləri səbəbindən İddiaçı 2019-cu ildə iki dəfə infarkt keçirmiş və ürək əməliyyatı olunmuşdur. İddiaçı Bakı şəhəri Sabunçu rayonu 4 saylı Xidmət Mərkəzi tərəfindən dəfələrlə baş verən qanun pozuntularına diqqət çəkir. X28 qanunla müəyyən edilmiş 6 ay (6 ay 24 gün keçdi) müddət bitdikdən sonra X13 və X8 varisi kimi tanınıb. X20 yoxluğunda notarius Hicran Hacıyeva xx.xx.2016-cı ildə 4 saylı Xidmət Mərkəzində vərəsə Dadaşov Tofiqin özü olmadan və İddiaçı razılığı olmadan Cavabdeh2 rüşvət alaraq Dadaşov Tofiqi X13 və X8 varisi kimi tanımışdır!!! Bununla da Cavabdeh2 sonradan 2014-cü ildən 2018-ci il daxil olmaqla sonradan İddiaçı mülkiyyət hüququnu qeyri-qanuni yolla əldə etməklə yanaşı, zərərçəkmiş şəxslə qeyri-qanuni ailə münasibətləri də əldə edib!!! Fırıldaqçı Cavabdeh2, anası Maya Dadaşova və atası Tofiq Dadaşov X23 və onun bacısı İddiaçı birbaşa qohumları deyillər!!! Sabunçu Rayon Məhkəməsinin 4 oktyabr 2019-cu il tarixli 2(008)-5247/2019 saylı qərarı ilə X20 qəsdən hərəkətsizliyi qanunsuz hesab edilib. Ərizəçi İddiaçı X24 və X1 varisi olduğunu ikinci dəfə sübut etməli oldu. X20 xx.xx.2016-cı il tarixli 1381 saylı arayışına əsasən görünür ki, İddiaçı AR Mülki Məcəlləsinin 1159.4-cü maddəsi əsasında X1 varisi hesab olunur. X20 30 mart 2018-ci il tarixli, 430 saylı arayışına əsasən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən onun doğma bacısı X8 varisidir. 21 fevral 2018-ci il tarixli 400/12 nömrəli arayış əsasında X8 evli olmadığı aydın olur. Cavabdeh2 ünvanlanmış xx.xx.2016-cı il tarixli 1442 saylı arayış əsasında görünür ki, X23 ilə X25 arasında nikah qeydiyyatı - avtomatlaşdırılmış sistemdə aşkar olunmayıb!!! Yəni Bakı şəhəri Sabunçu rayonu 4 saylı Xidmət Mərkəzinin dələduzluq faktı müvafiq sənədlərlə təsdiqlənir!!! İddiaçı İvanovnovna 2006-cı ildən 2025-ci ilə qədər Bakı şəhəri, Səbail rayonunda yerləşən bir otaqlı mənzilin ½ hissəsi də daxil olmaqla, mənzilkommunal xidmətlərini tam ödəmişdir. İddiaçı hər üç daşınmazəmlakın pulunu vaxtında ödəyir, lakin Cavabdeh2 onu və nümayəndəsi Fomin V.N. öldürməklə hədələyir və üçüncü şəxslər vasitəsilə 70.000 min manat məbləğində pul tələb edir. Notarius imtinaları nəticəsində mənim hüquqlarım kobudcasına pozulmuşdur!!! Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4067/2025 saylı, 13 may 2025-ci il və 19 may 2025-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələləri məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə uyğun icraatına götürməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4067/2025 saylı 8 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar