Məhkəmə qərarları › İş №2(103)-387/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-387/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-387/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)- 5443/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "Nikoyl” İKB ASC- nin xeyrinə müştərək qaydada 2011-ci il 21 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 43043,04 manat əsas, 496,7 manat faiz, 3,58 manat cərimə borcu olmaqla, cəmi 43543,32 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X2 küçəsində yerləşən, 3 otaqlı, 121,1 kv.m ümumi, 68,7 kv.m yaşayış, 52,4 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 106 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X2 küçəsində yerləşən, 3 otaqlı, 121,1 kv.m ümumi, 68,7 kv.m yaşayış, 52,4 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 106 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "Nikoyl” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X2 küçəsində yerləşən, 3 otaqlı, 121,1 kv.m ümumi, 68,7 kv.m yaşayış, 52,4 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 106 nömrəli mənzilinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 964, X2 küçəsində yerləşən, 3 otaqlı, 121,1 kv.m ümumi, 68,7 kv.m yaşayış, 52,4 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 106 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 21 sentyabr 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)- 5443/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və borcunun qalan hissəsini qrafik üzrə öəməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 ərizə təqdim edərək bankla razılaşma əldə olunduğundan apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsi barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdehin apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)- 5443/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Cavabdeh1 300 (üç yüz) manat qiymətləndirmə ekspertizası xərci tutularaq "xxxx" MMC-nin xeyrinə, 150 (bir yüz əlli) manat ekspertiza xərci isə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır. Qərardaddan Kassasiya şikayəti verilə bilməz. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar