Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3873/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı «müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(011)-648/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.07.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsi vasitəsi ilə Cavabdeh2 QSC-nin Cəlilabad fılialına Cavabdeh1 adına qoyulmuş, 10.08.2015-çi il tarixli müddətli əmanət hesabı müqaviləsi ilə Cavabdeh1 adına 38004 ABŞ dolları məbləğinə konvertasiya olunmuş 40000 manat pul vəsati üzərində özünün mülkiyyət hüququnun tanınması və formal xarakter daşıyan həmin müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(011)-648/2020 saylıqətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən şikayət vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 3873/2020 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı «pulun ödənilməsi» tələbinə dair 2(103)227/2020 saylı mülki işlə (sədrlik edən hakim Elnur Həsənov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki işlər üzrə tərəfləri, iddiaların əsası və predmetini, mülki işlər üzrə irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mülki işlərin birləşdirilməsi məqsədə müvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(103)-227/2020 saylı mülki iş daha əvvəl icraata qəbul olunmuş və hazırki mülki işlə bağlı icraatı dayandırılmışdır. Bu səbəbdən də, hazırki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı «pulun ödənilməsi» tələbinə dair 2(103)227/2020 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3873/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3873/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver