Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3888/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3424/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 və Bakı şəhəri 43 saylı Notariat ofisi cəlb edilməklə) müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 3424/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 43 saylı Notariat Ofisində xx xxxxxx 2019-cu il tarixdə bağlanmış və reyestrdə 3M- 2838 nömrə ilə qeyd edilmiş “İlkin alqı-satqı müqaviləsi”nın ləğv edilməsi, Cavabdeh 11.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması, iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 99,15 manat məbləğində vəsaitin Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə Cavabdeh qeyd olunan qətnamədən apelyasiya şikayəti verilmiş, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, müddət ötürülməklə verilməsi əsası ilə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh həmin qərardadı mübahisələndirməmiş və həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3424/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina olunmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayət ilə razılaşmayaraq bildirdi ki, cavabdeh işi uzatmağa çalışır, bununla da süründürməçiliyə səbəb olur, müddətin bərpası üçün heç bir əsas yoxdur, bu səbəbdən də təmin olunmamasını xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi xx xxxxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məxsus şəxsi kabinetə yerləşdirilmiş, bundan başqa qətnamə Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş apellyasiya şikayəti məhkəməyə xx.xx.2021-ci il tarixdə (nümayəndənin qətnaməni almasından 01 ay, 17 gün; cavabdehin özünün qətnaməni əldə etməsindən 01 ay, 02 gün sonra) daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsininə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş, cavabdeh qətnamədən xəbərdar olduğu halda müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.Cavabdeh buraxılmış müddətin üzürlü hesab olunması üçün əsaslı səbəb bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403,,402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3424/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3888/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3888/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver