Məhkəmə qərarları › İş №2(103)-389/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-389/2021

01.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-389/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ «18» fevral 2021-ci il Bakı şəhərində Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (üçüncü şəxs qismində cəlb olunmaqla 13 saylı Notariat Ofisi və X8) cavabdeh LPO Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab olunması və şıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-526/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı (üçüncü şəxs qismində cəlb olunmaqla 13 saylı Notariat Ofisi və X8) cavabdeh LPO Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab olunması və şıxarışın ləğv edilməsi bardə iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə onun arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz əmlakın Dövlət reyestr xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər İddiaçı və digərlərinə qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin “Səbail” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən, İddiaçı 36 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 98222 ABŞ dolları əsas, 49948 ABŞ dolları faiz, cəmi 148170 ABŞ dolları borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı və X8 ilə xx.xx.2015-ci il tarixdə ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili və X5 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı fərdi yaşayış evi Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 97/2019 saylı qətnaməsilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və digərlərinə qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı 98152,78 ABŞ dolları əsas, 75867,51 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3000,8 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 177021,09 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 62 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evə yönəldilməsi, həmin mənzilin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan İddiaçı və digərlərinin mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı ev satıldıqdan sonra həmin evin boşaldılması qət edilmişdir. X1 Məmmədovanın qohumudur. Uzun müddətdir bir qohum kimi bir-birləri ilə yaxşı münasibətlərdə olmuşlar. 2015-ci ilin avqust ayında Elşad Səlimov iddiaçının evinə gəlib qızının Almaniyada ali məktəbdə oxuduğunu, təhsil pulunun verə bilmədiyini, pulu ödəməsə qızının ali məktəbdən çıxarılacağını, bu səbəbdən 50000 ABŞ dollarının ona lazım olduğunu, ona bankların kredit vermədiyini, buna görə də iddiaçının köməkliyi ilə öz adına bankdan kredit almağın, kreditə görə mənzilinin ipotekaya qoyulmasına razılıq verməyini xahiş etmişdir. İddiaçı əvvəlcə buna razı olmasa da, X14 Məmmədova tək olanda dəfələrlə evə gələrək bunu israrla xahiş etmiş və nəhayət ki, iddiaçı adına kreditin rəsmiləşdirilməsinə razılıq vermişdir, lakin mənzilinin ipotekaya qoyulması ilə razılaşmamışdır. Bundan sonra xx.xx.2015-ci il tarixdə E.Səlimov ağ rəngli “Porşe” markalı avtomaşınında iddiaçını Cavabdeh ASC-nin "Səbail” filialına aparmış, Elşad bankın işçisilə birlikdə kreditlə bağlı bütün sənədləri ona təqdim etmiş, iddiaçı isə banka girmədən elə maşında sənədləri imzalamışdır. Sonradan məlum olmuşdur ki, Elşad iddiaçının etibarından sui-istifadə edərək 50000 yox, 100000 ABŞ dollar kreditin verilməsinə dair sənədlərə qol çəkdirmiş, kredit müqaviləsi üzrə pul vəsaitini alaraq ailəsilə birlikdə Azərbaycandan qaçıb getmişdir. İddiaçı E.Səlimovdan öz mənzilini niyə girov qoymadığını soruşanda, mənzilinin artıq bankda yüklü olduğunu söyləmişdir. Lakin məhkəmə qətnaməsini oxuyanda iddiaçı öyrənmişdir ki, Elşad onun da mənzilini ipotekaya qoymuşdur. Maşında iddiaçıya kreditlə bağlı sənədlərə qol çəkdirəndə mənzilinin ipotekaya qoyulmasına dair sənədlərə də imza etdirmişdir. İddia ərizəsinin hazırlanması üçün sənədlər toplananda iddiaçıya məlum olmuşdur ki, mənzilinə dair ipoteka müqaviləsi Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmışdır, yüklülüyə dair Daşınmaz əmlakın Dövlət reyestr xidmətinin RX seriyalı ******* nömrəli çıxarışı verilmişdir, lakin iddiaçı həmin notariat ofisində olmamış, heç bir reyestr kitabını imzalamamışdır. Nəzərə alınmalıdır ki, E.Səlimovun bu hərəkətlərilə bağlı polisə şikayət verilmişdir və hal-hazırda Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. İstintaqdan verilən məlumata görə X8 əvvəllər dələduzluğa görə məhkum olunmuş, məhkumluğu ödənilmədiyi halda yenidən eyni əməli törətmişdir. Qeyd olunanları nəzərə alıb, iddiaçı iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və işə birtərəfli baxılmaqla yalnış nəticəyə gəlmişdir. Şikayətində iddiaçı qeyd etmişdir ki, ekspertiza rəyi reyestr jurnalında imzanın tərəfimdən icra olunması hissəsində əsassızdır və xəttşunaslıq ekspertizası apanlarkən səhvə yol verilmişdir. Belə ki, Bakı şəhəri 13 saylı notariat ofisində heç bir vaxt olmadığı üçün həmin jurnalda imza etməyim mümkünsüzdür. Bu səbəbdən iş üzrə təkrar məhkəmə xəttşunaslıq ekspertizası təyin olunmalı və qeyd olunan ziddiyyət aradan qaldırılmalıdır. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 13 saylı Notariat Ofisin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən 3cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 izahatında bildirdi ki, iddiaçı onun anasıdır. Elşad Səlimovu uzun müddətdir ki, tanıyırlar. Elşad Səlimov onlara qızının xaricdə təhsil aldığını və onun təhsil haqqının ödənməsi üçün kredit lazım olduğunu bildirmişdir. Onları Sahildə yerləşən 46 saylı notariat ofisinə aparsalar da, anası notariusda olmamışdır. O, anasına fikrindən daşınmasını bildirmiş, anası isə mənzili girov qoymayacağını bildirmişdir. Bir müddət sonra Elşad Səlimovun ortalıqda olmadığı və pulu ödəmədiyi və onları aldadaraq mənzillərini girov qoyduğu məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 140 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçıadına daşınmaz əmlakın dövlət reyestrində 941 nömrəli reyestr kitabının 87343 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq İddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən 140 nömrəli mənzil ipoteka saxlayana ipoteka predmeti kimi təqdim etmişdir. İş materiallarında olan X7 tərəfindən verilən xx.xx.2015-ci il tarixli, X3 tərəfindən verilən xx.xx.2013- cü il tarixli və X6 tərəfindən verilən xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, onlar İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 97 saylı evin 140 nömrəli mənzilinin Cavabdeh ASC-yə girov qoyulmasına etiraz etmirlər. İpoteka müqaviləsinin şərtləri ilə tanışdırlar. Banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razıdırlar və bu halda Bankın tələbinə əsasən əmlakı boşaltmağı öhdələrinə götürürlər. İş materiallarında olan Bakı şəhəri Yasaml rayon Məhkəməsinin 2(004)-97/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və digərlərinə qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı 98152,78 ABŞ dolları əsas, 75867,51 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3000,8 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 177021,09 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 62 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı evə yönəldilməsi, həmin mənzilin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan İddiaçı və digərlərinin mənzildən çıxarılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 64 saylı ev satıldıqdan sonra həmin evin boşaldılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 30247 №-li rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 3M-420 nömrəli notariat işinin 2-4-cü vərəqələrində Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı adlarından olan xx xxxxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsinin 4-cü vərəqəsində “Məmmədova.O.A.” yazıların qarşısındakı imza və həmin ipoteka müqaviləsinin qeydiyyatdan keçdiyi 3M-2 nömrəli reyestr jurnalının 62-ci vərəqəsində 420-ci sırada “İddiaçı” yazılarının qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Bundan əlavə işə apelyasiya qaydasında baxılarkən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/902 №-li rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 19-21-ci vərəqələrində olan xx.xx.2015-ci il tarixli 3M-420 nömrəli ilə qeyd olunan ipoteka müqaviləsinin kserosurətinin 3-cü vərəqəsində «Мамедова О.А» yazılarının qarşısında olan imza İddiaçı tərəfindən icra olunmuşdur. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq həmin müqavilədəki və həmin müqavilənin qeydiyyata alındığı reyestr jurnalındakı imzaların ona məxsus olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, aparılmış məhkəmə araşdırması zamanı təyin edilmiş edilmiş ekpertizalar nəticəsində imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh ASC ilə onun arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz əmlakın Dövlət reyestr xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi üçün əsaslar olmadığından, iddianı təmin etməməklə işə baxan birinci instansiya düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin əsassız, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar