Məhkəmə qərarları › İş №2(103)-39/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-39/2025

04.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-39/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Hakimlər Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh1 Fəxrəddın oğluna, Cavabdeh3 Səfı oğluna və Cavabdeh2 Fəxrəddın qızına qarşı əlavə yaşayış sahəsi verilməklə, mənzildən çıxarılma, müvəqqəti yaşamaq üçün kirayə haqqı ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə ilk iddia tələbinə, iddiaçı X11 onun cavabdeh "xxxx" MTK-nə qarşı sökülmüş mənzilin bərpa olunması,evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTKnin üzərinə həmin ünvanda sökülmüş evin yerində yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)-1169/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014cü il tarixli, 154 saylı sərəncamı ilə "xxxx"MTK-nə daha sonra isə hazırkı iş üzrə iddiaçı mənzilini "Karayev City” Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.9276 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazıdəki 28 saylı evin 4 saylı mənzili paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2, 8 saylı mənzili isə Cavabdeh3 məxsus olmuşdur. Hazırda iddiaçı 28 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçilərə 20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 4 və 8 saylı mənziillərin mülkiyyətçilərindən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil vermişlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" MTK-nın Cavabdeh1 Fəxrəddın oğluna, Cavabdeh3 Səfı oğluna və Cavabdeh2 Fəxrəddın qızına qarşı əlavə yaşayış sahəsi verilməklə, mənzildən çıxarılma, müvəqqəti yaşamaq üçün kirayə haqqı ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə ilk iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvandakı 4 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1, Cavabdeh2, eləcə də, 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20% əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər birinə aylıq kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyət Başçısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında “Karayev City" MTK-nın istifadəsinə verilib. Qeyd olunan sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 28 saylı binaya Bakı Şəhəri İcra Hakimiyyətinin,Bakı Şəhəri Mənzil Kommunal Departamentinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agenliliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinin, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami Rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən "Karayev City” MTK tərəfindən həll olunur. Cavabdehlər istisna olunmaqla " Karayev City” MTK ilə 28 saylı binada yaşayan bütün sakinlər arasında onlara məxsus mənzillərin sökülməsi, həmin sahədə tikiləcək yüksəkmərtəbəli binada onlara daha geniş və abad mənzillərin verilməsi barədə razılıq əldə olunub. Lakin sahəsi cəmi 48 kv.m olan 4 saylı mənzilin mülkiyyətçisi X2 dəfələrlə yazılı və şifahi təkliflər göndərilsə də "xxxx" MTK ilə danışıqlara gəlmir. Hüquqdan sui-istifadə edərək MTK-dən fantastik məbləğ tələb edir (təqribən 500.000 manat). O, mənzilini tam boşaldıb, mənzildəki bütün əşyalarını yığaraq aparıb. Mənzilin qapı və pəncərələri açıq vəziyyətdədir. Pəncərələrin şüşələri yoxdur. Mənzildə onun hər hansı bir əşyası qalmayıb. Uzun müddəidir ki, özü və ailəsi qeyd olunan mənzildə yaşamır. Bunu təsdiq edən 09 fevral 2022-ci il tarixli akt vardır. Həmin akt Bakı şəhər 120 saylı MKİS-nin sədri S.Allahverdiyevin, Bakı şəhəri Nizami RPİ-nin sahə müvəkkilləri A.Sadıqovun və C.Həmidovun, "Karayev City” MTK-nın mühasibi C.Məmmədovun, sakinlər N.Abuzərlinin, F.Mirzəyevin iştirakı ilə 4 saylı mənzilə baxış zamanı tərtib olunub və həmin şəxslər aktı imzalayıblar. MTK tərəfindən X2 01 fevral 2022-ci il tarixdə 208 saylı rəsmi məktub göndərilib ona təklif olunub ki, mülkiyyətində olun 48 kv.m yaşayış sahəsinin əvəzinə daha geniş sahəsi olan mənzil veriləcək. Buna baxmayaraq X4 bu məktubu da cavabsız qoyub. MTK ilə heç bir əlaqə saxlamayıb. Bundan başqa, 8 saylı mənzilin sahibi Cavabdeh3 Şəfi oğlu da ona məxsus olan mənzildən köçüb gedib. Lakin MTK-nin yüksəkmərtəbəli, geniş və abad yaşayış binası tikmək üçün göstərdiyi fəaliyyətə maneçilik törədir. Mənzildə qəsdən bir-neçə yararsız əşya saxlamaqla mənzili boşaltmaqdan imtina edir. Artıq MTK ilə razılığa gələn binanın digər sakinləri haqlı olarq öz narazılıqlarını bildirirlər ki, iki sakinə görə binanın tikinti işlərinə başlanmaması onların qanunla qorunan hüquqlarını pozur. Belə ki, onlar qısa bir müddət ərzində daha geniş və abad mənzillə təmin olmaq ümidlərini cavabdehin qanunazidd hərəkətləri nəticəsində getdikcə itirməkdədirlər. Bundan başqa, tikintiyə gec başlanması sayəsində İddiaçı MTK-ya külli miqdarda ziyan dəyir. Belə ki, MTK mənzillərini tərk edən sakinlərin kirayə haqlarını ödəyir. Tikinti materiallarının qiyməti durmadan artır və hər gecikdirilən gün şirkətə daha çox ziyan dəyir. Ona görə də məhkəməyə müraciət elmək qərarına gəlmişlər. Həm 4 saylı, həm də 8 saylı mənzildə cavabdehlər yaşamadıqları üçün hal-hazırda onların mənzildən çıxarılması aktual məsələ deyil. Lakin cavabdehlər süni olaraq mənzildə istifadə hüququnu saxlamaqla, ara-sıra əraziyə gəlibgetməklə və onların istədiyi məbləğ verilməsə ərazidə yüksək mərtəbəli binanın tikilməsinə maneçilik törədəcəyini bildirməklə sakinlər arasında təbliğat aparırlar.Tikinti işlərinə başlamağa imkan vermirlər. Qarlışıqlı iddia ərizəsi tamamilə əsassızdır. Əsassız olmaqdan əlavə qeyd olunan iddia mümkünsüzdür. Belə ki, qarşı tərəf tələb edir ki, onların mənzili əvvəlki vəziyyətə gətirilsin. Təsəvvür edib, bir binanın bütün sakinləri razılıq verib binanın sökülməsinə etiraz etməyiblər, lakin bir nəfər şəxs öz sökülmüş mənzilinin yerinə binanın bərpa olunmasını tələb edir. Bu absurd iddiadır. Qeyd olunanlara əsasən ünvan 2 ünvandakı 4 saylı mənzilin mənzilin mülkiyyətçisi Cavabdeh1 və 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20% əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər birinə 300 manat kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. X11 İddiaçı MTK-nin üzərinə ona məxsus mənzilin və bütün kommunikasiya xətlərinin bərpa olunması vəzifəsinin qoyulması, barədə qarşılıqlı iddia vermişdir. Sonradan qarşılıqlı iddiaya əlavə verilmiş və əlavə onunla əsaslandırmışdır ki, ilk iddia tələbində göstərilənlərlə razı deyil. Belə ki, Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1997-ci ildə atası Cavabdeh3 Şəfi oğluna verilmiş Qeydiyyat Vasiqəsinə əsasən o, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 28-də ümumi sahəsi 40,50 kv. metrdən ibarət olan 8 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzildə əlil X18 iki uşağı X14 və X16 ilə birlikdə yaşayır. Bakı şəhəri İca Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli,154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamında qeyd olunub ki, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014 cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunan 128999 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının 1-ci bəndində qeyd olunub ki, “...yaşayış binalarının tikintisinin ləyihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilsin”. Həmin sərəncamın 1.1-ci yarımbəndində qeyd olunub ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə görə İddiaçı tərəfindən qarşılıqlı razılıq əsasında həll edilməlidir. Cavabdeh yalnız orada yaşayan bütün sakinlərin razılığını aldıqdan sonra binanın sökülməsinə başlamağa haqlıdır. Belə razılıq olmadıqda onun binanı sökmək hüququ yoxdur. Beləliklə, hətta bir tərəfin razılığı olmadığı halda sakinlərin məcburi qaydada köçürülməsi qanunsuzdur. Bundan əlavə yaşayış evinin altında olan torpaq sahəsi dövlət tərəfindən həmin binada yaşayan sakinlərin müddətsiz istifadəsinə verilib. Odur ki, həmin sahənin mülkiyyətçisi cavabdeh İddiaçı MTK deyil, dövlətdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-22/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamının icra olunmasına ərazidə inşa edilməli olan yüksəkmərtəbəli yaşayış binasının tikinti işlərinin aparılmasına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin hərəkətlərin davam etdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınıb. Cavabdeh həmin qərardaddan sui-istifadə edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 şəxsi mülkiyyət hüququ əsasında məxsus olan, birinci mərtəbədə 4 saylı və ikinci mərtəbədə 8 saylı mənzilləri bu ilin 04 martında onlar mənzillərində olmadıqları vaxtda İddiaçı ev əşyalarını çölə çıxarmış, 06 martda isə mənzilləri tamamilə dağıtmışdır. Bu barədə 06 mart 2022-ci ildə cavabdeh tərəfindən tərtib edilən aktdan görünür ki, mülkiyyətçilərin “Cavabdeh1 və Cavabdeh3 mənzilləri boşaltmaqdan və təhvil verməkdən imtinasına görə 4 və 8 saylı mənzillər sökülüb. Akt tərtib olunarkən mənzillərdən çıxarılan əmlakın adları göstərilməyib. Bununla da, onların başda Konstitusiya və digər qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulub. Odur ki, qeyd olunanları nəzərə alıb, mənzilin bərpa olunması,evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ünvanda ona mülkiyyət hüququ əsasında aid olan sökülmüş evin əvəzinə yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007) 1169/2022 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməsi, ünvan 2 ünvandakı 4 saylı mənzilin mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 qızına, 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20% əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər bir mülkiyyətçiyə 300 manat kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, "xxxx" MTK-nin üzərinə ünvan 3 ünvanda mülkiyyət hüququ ilə Cavabdeh3 aid olan sökülmüş 8 saylı mənzilin əvəzinə yeni yaşayış binasında Cavabdeh3 yeni mənzil tikilib təhvil verilməsi vəzifəsi qoyulması, qalan hissədə qarşılıqlı iddia təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 70 manatı "xxxx" MTKdən, 30 manatı isə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, hər birindən 10 manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, iddiaçı "Karayev City” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində 20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzillər təklif edir. Bu isə, cavabdehlərə öz mülkiyyətlərində olan mənzil sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən zəruridir. Məhkəmə əlavə olaraq onu da vurğulamışdır ki, cavabdehlərin mülkiyyətində olan mənzillərdən istifadə hüquqlarına xitam verilməsi, ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikilillərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir. 28 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən İddiaçı ilə razılaşmaması onların hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Hazırkı halda müəyyən edilir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdehlər iddiaçı "Karayev City” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edirlər. Belə ki, onlara mülkiyyətində olan mənzillərin yaşayış sahəsindən 20% əlavə yaşayış təklif olunur. Buna baxmayaraq onlar ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq daha çox yaşayış sahəsi tələb edirlər. Məhkəmə hesab etmişdir ki, hüquqdan suiistifadəyə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, ilk iddia təmin edilməli, ünvan 2 ünvandakı 4 saylı mənzilin mənzilin mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2, 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20% əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər birinə 300 manat kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməlidir. Qarşılıqlı iddiaçı ona məxsus mənzilin bərpa olunması, evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ünvanda sökülmüş evin yerində ona mülkiyyət hüququ əsasında aid olan sökülmüş evin əvəzinə yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan ekspert rəyindən və digər sübutlardan görünür ki, 28 saylı bina tam olaraq sökülmüşdür və sökülmüş binanın yerində yeni binanın tikintisinə başlanmışdır. Bu səbəbdən qarşılıqlı iddiaçıya məxsus mənzilin, və 28 saylı binanın bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması mümkün deyil. Ona görə də qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması tələbinin isə mahiyyəti aydın deyil, qarşılıqlı iddiaçı hansı müddəti nəzərdə tutduğunu açıqlamamışdır. Belə ki, qeyd olunan sərəncamla yeni binanın tikintisi ilə əlaqədar hər hansı müddət nəzərdə tutulmamışdır. Bundan başqa qarşılıqlı iddiaçı həm yeni bina tikilməsini tələb edir, həm də tikinti üçün müəyyən olunan müddətin uzadılmasını. Məhkəmə “Evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ona mülkiyyət hüququ əsasında aid olan sökülmüş evin yerində yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması” hissədə qarşılıqlı iddianı əsaslı hesab edir. Belə ki, evin sökülməsi öz təsdiqini tapmışdır və Cavabdeh3 söküntü nəticəsində ona dəymiş maddi və ya mənəvi zərəri tələb etmir, sökülmüş binanın (onun mülkiyyətində olan 8 saylı mənzilin) yerində həmin ünvanda yeni yaşayış binasının tikilməsi vəzifəsinin "xxxx" MTKnin üzərinə qoyulmasını tələb edir. Məhkəmə "xxxx" MTK-nin də ilkin iddia ilə sökülmüş binanın yerində yeni binanın tikilməsi və 28 saylı binanın sakinlərinə həmin binada daha geniş və abad mənzillər verilməsi barədə öhdəlik götürdüyünü nəzərə alaraq hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(007)- 1169/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1169/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin 2-ci və 6-cı abzasında qarşılıqlı iddiaçının soyadının “Hüseynov” əvəzinə “Həsənov” kimi oxunması qərara alınmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK sökülmüş evin yerində yeni çoxmərtəbəli binanı inşaya yalnız evin bütün sakinlərinin razılığı olduqda başlaya bilər. Bu mövcud qanunvericiliklə də təsdiq olunur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə kommersiya təşkilatı olan İddiaçı MTK-ya torpaq sahəsi icarəyə dövlət ehtiyacları üçün verilməmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin MTT(007)-22/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri İcra Hakimiyyət Başcısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamının icra olunmasına ərazidə inşa edilməli olan yüksəkmərtəbəli yaşayış sahəsinin tikinti işlərinin aparılmasına Cavabdeh1 Fəhrəddin oğlu və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin hərəkətlərin davam etdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alındı. Lakin, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsi ev 28-də 8 N-li mənzildə yaşayırdıq və İddiaçı MTK-ya yüksəkmərtəbəli yaşayış sahəsinin tikinti işlərinin aparılmasına heç bir maneə yaratmırdı. İddiaçı MTK ona ayrılmış torpaq sahələrində yaşayış binalarının tikintisini davam edirdi. Onun mənzilində 1-ci qrup əlil olan qardaşı X18 öz arvadı və iki uşağı ilə birlikdə yaşayırdı. Həmin qərardadın əsasında bu ilin martın 6-da onlar işdə olarkən İddiaçı MTK Cavabdeh1 Fəhrəddin oğluna, Cavabdeh2 Fəhrəddin qızına və Cavabdeh3 şəxsi mülkiyyət hüququ əsasında məxsus olan, ikinci mərtəbədə 4 saylı və birinci mərtəbədə 8 saylı mənzilləri İddiaçı ev əşyalarını çölə çıxararaq, mənzilləri tamamilə dağıtdı. Evin sökülməsi yalnız qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsi ilə edilə bilərdi. Artıq 9 aydır ki, onlar müxtəlif mənzillərdə sığınacaq axtarmağa məcbur olmuşlar və mənzildən çıxarılmış əmlakları da qaytarmırlar. İddiaçı MTK tərəfindən xx.xx.2022-ci ildə akt tərtib edilərkən 8 saylı mənzillərdən çıxarılmış əmlakın adları göstərilməmişdir. Cavabdeh1 Fəhrəddin oğlu və Cavabdeh2 Fəhrəddin qızının mənzilinin 1-ci mərtəbədə olan, onun mənzili isə 2-ci mərtəbədə olan 2 mərtəbəli evi sökmüşdür. Qeyd etmək lazımdır ki, Cavabdeh1 Fəhrəddin oğlu və Cavabdeh2 Fəhrəddin qızı məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmamışdılar və bu da prosessual hüquq normalarının kobud pozuntusudur. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025 ci il tarixli, 3-16-16/2-9/42xx-xx/3955/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Apellyasiya icraatı zamanı ilkin iddia üzrə Cavabdeh3 vəfat etmişdir. X12, X8 və X1 Ramazan Səfi oğlunun prosessual hüquqi varisləri kimi işə cəlb edilmişdirlər. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin hüquqi varisi X13 və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini ilkin iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə yalnız apellyatora aid olan hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui istifadə edilməsinə yol verilmir.

18. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Şəhərsalma və Tikinti Məcəlləsi: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra- mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

“İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarı: 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, “eo ipso” (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.

Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir”. Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir.

"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

87. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – apellyatora aid olan hissədə dəyişdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə "xxxx" MTK-nə daha sonra isə hazırkı iş üzrə iddiaçı mənzilini "Karayev City” Mənzil- Tikinti Kooperativinə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.9276 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ərazıdəki 28 saylı evin 2-ci mərtəbəsindəki 8 saylı 2 otaqlı sahəsi 38 kv.m olan mənzil Cavabdeh3 məxsus olmuşdur. İşə apellyasiya icraatı dövründə baxılarkən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bununla əlaqədar X5, X8 və X9 prosessual hüquq varisləri işə cəlb edilmişlər. Hazırda iddiaçı 28 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçilərə 20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 8 saylı mənzilin mülkiyyətçidən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil vermişlər. Müəyyən olundu ki, 28 saylı bina tam olaraq sökülmüşdür və sökülmüş binanın yerində yeni binası inşa edilmişdir. Bu səbəbdən qarşılıqlı iddiaçıya məxsus mənzilin, və 28 saylı binanın bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 10/2664 saylı ekspert rəyində qeyd olunur ki, “Qərardadın 1-ci sualı üzrə Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı binanın tamamilə söküldüyü və həmin binanın yerləşdiyi sahədə yeni tikiləcək tikilinin bünövrəsinin hazırlandığı müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə-Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı bina tamamilə söküldüyündən (bina faktiki olaraq mövcud deyil) həmin binanın yerləşdiyi sahədə yeni tikilinin bünövrəsi hazırlandığından sözügedən binanın və həmin binadakı 8 saylı mənzilin bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması, (bloka giriş qapısının, pilləkən və onun meydançasının, pilləkən dayağının, məhəccərin) və mənzillərə çəkilmiş kommunal xətlərin (işıq, qaz, su, kanalizasiya) bərpa olunması texniki cəhətdən mümkün deyil. Qərardadın 3-cü sualı üzrə-tikililərə dəymiş ziyanın dəyəri təmiri və bərpası zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı binanın 8 saylı mənzilinin bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması texniki cəhətdən mümkün olmadığından həmin mənzilin sökülməsi nəticəsində mənzilin sahibi Cavabdeh3 neçə manat maddi ziyan dəyməsini müəyyən etmək mümkün deyil”. Bu baxımdan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclaslarında iddiaçı tərəf şifahi qaydada təklif verərək sökülmüş 8 saylı mənzilin əvəzinə sahəsi 91,26 kv.m olan mənzil təklif etmişdir. Belə bir sahənin mövcud olub-olmaması ilə əlaqədar müvafiq ekspertiza təyin edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu 2400 məhəllə, Kamil Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində inşa edilən 2 saylı yaşayış binasında baxış zamanı naturada təqdim edilən mənzillər arasında ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq edilməklə) 91.26 kv.m təşkil edən mənzil aşkar edilməmişdir. Müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, mübahisə predmeti olan mənzillərə yaxın ərazidə yerləşən, analoji xüsusiyyətlərə malik mənzillərin satış və kirayə qiymətlərinə dair məlumat əldə etmək mümkün olmadı. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş 2, 3 və 4-cü sualların cavablandırılması mümkün olmamışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında 91.26 kv.m sahəsi olan mənzili əvvəl şifahi qaydada təklif etsə də, hazırda şifahi qaydada təklif olunan mənzilin ekspertiza rəyi ilə mövcud olmamasına münasibət bildirərək həqiqətən də, belə sahəli boş mənzilin əvvəllər mövcud olmasını, lakin satıldığını, hazırda isə boş olan yalnız 79,0 kv.m sahəli mənzilin olmasını göstərmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsinin iclasında irəli sürdüyü digər təkliflə, yəni, "Karayev City” Mənzil-Tikinti Kooperativin blankında Cavabdeh3 mülkiyyətində olmuş və hazırda sökülmüş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 28, mənzil 8-in əvəzinə Bakı şəhər, Nizami rayonu, K.Balakişiyev küçəsində "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 saylı binanın 8-ci mərtəbəsində ümumi sahəsi 79.0 kv.m təşkil edən 52 saylı 3 otaqlı studio mənzili təmirli vəziyyətdə 24 (iyirmi dörd) ay müddətinə təhvil verməyi və bu müddət ərzində hər ay 400 (dörd yüz) manat kirayə haqqı olmaqla, ev təhvil verilənədək ödənilməsi ilə cavabdeh tərəf razılaşmasa da, kollegiya həmin təklifi kifayət qədər ədalətli və ağlabatan sayır və qeyd edir ki, onun icrasının dərhal həyata keçirilməsinə sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. Bundan əlavə müəyyən edilmişdir ki, sərəncamı icra edən iddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq mənzildən istifadə hüquqlarına xitam verilməsi kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehə sökülmüş binadakı mənzilinin əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzil təklif olunur. İddiaçı tərəf Cavabdeh3 mülkiyyətində olmuş və hazırda sökülmüş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 28, mənzil 8-in əvəzinə Bakı şəhər, Nizami rayonu, K.Balakişiyev küçəsində "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 saylı binanın 8ci mərtəbəsində ümumi sahəsi 79.0 kv.m təşkil edən 52 saylı 3 otaqlı studio mənzili təmirli vəziyyətdə 24 (iyirmi dörd) ay müddətinə təhvil verməyi və bu müddət ərzində hər ay 400 (dörd yüz) manat kirayə haqqı haqqı təklif edir, cavabdeh tərəf isə bununla razılaşmayaraq izahatlarında sökülən binanın 1 mərtəbəsində yerləşən mənzilin müqabilində 3 mənzilin, yəni 1 ədəd 2 otaqlı, və 2 ədəd 1 otaqlı mənzillərin cavabdehə verilməsini tələb edir. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, qarşılıqlı iddianın əlavəsində və apellyasiya şikayətində cavabdehin tərəfin göstərdiyi kimi 8 saylı mənzil sökülən binanın 1 mərtəbəsində yox 2-ci mərtəbəsində yerləşmişdir. Hətta cavabdeh tərəf izahatında bu mənzilin 2 otaqlı olmasını da təsdiq etmişdir. Bununla bağlı cavabdeh tərəfə mənzilin 1-ci mərtəbədə və 2 otaqlı olmasını təsdiq edən sübutlar (məs. tex.pasport) təqdim edilməsi təklif edilsə də, belə sübutlar təqdim olunmamışdır. Kollegiya hesab edir ki, mənzilin əvvəlki mövcud texniki göstəriciləri barədə sübut olmadığı üçün əlavə araşdırma aparılmasına da zərurət yoxdur. Belə ki, cavabdeh tərəf mənzilin mərtəbəsini və otaqların sayını qarşılıqlı iddianın əlavəsində (i.v.16, c.2), apellyasiya şikayətində (i.v.146, c.1) və izahatında göstərdiyi kimi 2-ci mərtəbədə və 2 otaqlı olması kimi qəbul edilməlidir. Kollegiya bu qənaətə gələrkən həmçinin cavabdehin oğlunun birinci instansiya məhkəməsinin iclasında mübahisəli mənzilin 2-ci mərtəbədə yerləşməsini göstərməsini də nəzərə almışdır. ( i.v 79, c.1) Kollegiya hesab edir ki, iddiaçı tərəfin ********** nömrəli çıxarışa əsasən cavabdehə məxsus 2 otaqlı mənzilin 38 kv.m, MKİS-nin 80 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən isə faktiki 48 kv.m olması qəbul edildiyi halda bu sahənin qarşılığından 20%dən daha çox, (65%) yəni 79,0 kv.m sahəli mənzil verilməsi ədalətlidir. Qeyd edilməlidir ki, əmlakın sökülmüş evin müqabilində təqdim edilən ev mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Yeni tikiləcək yaşayış binasında mənzilin verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisə baxımından iddiaçının qeyd olunan tələblə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, 8 saylı mənzilin mülkiyyətçilərindən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil almışlar. Məhkəmə Kollegiyası hesab edir ki, bütün göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzilin əvəzinə ona yeni mənzil verilməsinə razılaşmaması ilə hüquqdan sui istifadəyə yol verir. Halbuki, ilk növbədə onun üçün həyati vacib məsələdir və ona mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzilin verilməsi sərəncamla iddiaçının üzərinə qoyulmuş vəzifədir. Həmçinin müəyyən edilmişdir ki, MTK qeyd edilən bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçı tərəfindən isə cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) əvəzinə yeni mənzil verililməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətindən qanunsuz məhrum etmə kimi qəbul edilə və qiymətləndirilə bilməz. Həmçinin cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin 1 mənzilə görə MTK-dan əsassız olaraq 3 mənzilin tələb etməsində ifadə olunur. İş materiallarından görünür ki, mübahisəli mənzilin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK- nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi iddiaçı MTK-yə həvalə olunmuşdur. Həmçinin hazırki mübahisə baxımından iddiaçının qeyd olunan tələblə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki hazırki iddia tələbi məhz cavabdehin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş və ağlabatan təklifdir. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlsə də, ünvan 2 ünvandakı 8 saylı mənzilin mülkiyyətçisinə həmin ərazidə tikiləcək yaşayış binasında 20% daha çox əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay mülkiyyətçiyə 300 manat kirayə haqqı verilməklə cavabdehin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 8 saylı mənzillindən istifadə hüquqlarına xitam verilməsi barədə qeyri-müəyyən nəticəyə gəlmişdir. Belə ki, iddiaçının təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada yerləşməsinin dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də, cavabdehə qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımından Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi-cavabdehə mənzil təhvil verilməsi hissəsində dəyişdirilməklə-Cavabdeh3 mülkiyyətində olmuş və hazırda sökülmüş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 28, mənzil 8-in əvəzinə Bakı şəhər, Nizami rayonu, K.Balakişiyev küçəsində "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 saylı binanın 8-ci mərtəbəsində ümumi sahəsi 79.0 kv.m təşkil edən 52 saylı 3 otaqlı studio mənzili təmirli vəziyyətdə 24 (iyirmi dörd) ay müddətinə təhvil verməyi və bu müddət ərzində hər ay 400 (dörd yüz) manat kirayə haqqı olmaqla, ev təhvil verilənədək ödənilməsi müəyyən edilməlidir. Həmçinin Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehə təklif edilən yaşayış sahəsi onun mülkiyyət sahəsinin 20%-indən daha çox sahədir (65%) və bu mənzil verilənə kimi təklif edilən 400 manat kirayət haqqı ədalətli və ağlabatan məbləğdir. Kollegiya bu nəticəyə gələrkən iddiaçının kirayə haqqı məbləğinin 400 manatadək qaldırılması təklifini nəzərə almışdır. Halbuki apellyator şikayətində ümumiyyətlə kirayə məbləğini mübahisələndirməmişdir. Məhkəmə Kollegiyası cavabdeh tərəfin iş üzrə xüsusi qərardad qəbul edilməsinə dair ərizəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı MTK tərəfindən özgənin əmlakı qəsdən məhv edilməmiş, söküntüyə başlamazdan əvvəl məhkəməyə müraciət edilmiş, müvafiq məhkəmə qərardadının qəbulundan (qərardadın dərhal qüvvəyə minməsi nəzərə alınmaqla) sonra söküntü işləri icra edilmişdir. Bu hal MTK-nın əməlində özgənin əmlakını qəsdən məhv etmə cinayətinin tərkibini istisna edir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırki mövcud vəziyyətdə də iş üzrə xüsusi qərardad çıxarılmasına hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçı "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 1169/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Cavabdeh3 mülkiyyətində olmuş və hazırda sökülmüş Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 28, mənzil 8-in əvəzinə Bakı şəhər, Nizami rayonu, K.Balakişiyev küçəsində "xxxx" MTK tərəfindən tikilməkdə olan 4 saylı binanın 8-ci mərtəbəsində ümumi sahəsi 79.0 kv.m təşkil edən 52 saylı 3 otaqlı studio mənzili təmirli vəziyyətdə 24 (iyirmi dörd) ay müddətinə təhvil verməsi və bu müddət ərzində hər ay 400 (dörd yüz) manat kirayə haqqı olmaqla, ev təhvil verilənədək ödənilməsi "xxxx" MTK-nin üzrərinə qoyulsun. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçı "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar