Məhkəmə qərarları › İş №2(103)-3912/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3912/2024

20.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3912/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Eyvazov (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e2(009)-703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 124000 manat pul vəsaitinin, 12400 manat əldən çıxmış faydanın və 426,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. X1 xx.xx.2014cü ildə ölmüş, cavabdeh atalarından miras qalmış mənzili (Bakı şəhəri, A.M.Cümə küçəsi ev 11, mənzil 30) onun iştirakı və məlumatı olmadan əvvəl öz adına rəsmiləşdirilmiş, sonradan isə X9 248000 manata satmışdır. Nəticədə cavabdeh atalarından miras qalmış əmlakın satışından əldə etdiyi pul vəsaitini özünə, ailəsinə və digər şəxsi məqsədləri üçün istifadə etməklə, vərəsə kimi ona məxsus olmuş paya dair hissəni də öz şəxsi maraqları üçün istifadə etmişdir. Bu barədə məlumatı olduqdan sonra, Nərimanov Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması, mənzildən çıxarma və s. tələblərlə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(005)-2099/2022 saylı qətnaməsi ilə iddiası təmin olunmuş, Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alqı-satqı müqaviləsi və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışı etibarsız hesab edilmiş, həmin sənədlər əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh adına dövlət reyestri xidmətində olan ilkin qeydiyyat ləğv edilmiş, Cavabdeh Mamud adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarış ləğv olunmuş, cavabdehlər Cavabdeh ilə X12 arasında 21 saylı notariat ofisində bağlanmış 4Ə-1117 reyestri nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında X6 adına verilmiş 607045 №-İi çıxarış (qeydiyyat nömrəsi **********) ləğv olunmuş, onun (İddiaçı) Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə ½ hissəsinə vərəsəlik hüququ tanınmış və həmin mənzilə köçürülmüş, cavabdeh X12 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmış, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə üzrə ödənilmiş 248000 manat pul Cavabdeh alınıb X9 qaytarılmışdır (restitusiya). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7369/2022 saylı qətnaməsi ilə cavabdehlər X12 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, onun iddiası təmin olunmamışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1517/2023 saylı qərarı ilə onun kassasiya şikayətini qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alğı-satqı müqaviləsinin və "xxxx" MMCnin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilməsi, Cavabdeh adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarışın ləğv edilməsi tələbinin rədd olunması hissəsində ləğv olunmuş, qətnamə qalan hissədə, yəni 21 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X12 arasında Bakı şəhər, Nərimanov rayonu,A.M.Cümə küçəsində yerləşən 11B nömrəlievin 30 saylı mənzilə dair bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X6 adına verilmiş 607045 №-İiçıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi, Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinin½ hissəsinə vərəsəlik hüququnun tanınması, həmin mənzilə köçürülməsi, Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzildən cavabdeh X6 əşyaları ilə birlikdə çıxarılması tələblərinin rədd olunmasına aid hissədə dəyişdirilmədən saxlanılmış, mülki İş ləğv olunan hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3857/2023 saylı qətnaməsi ilə - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentaybr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alğı-satqı müqaviləsinin və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilməsi, Cavabdeh adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarışın ləğv edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə ilə iddiaçıya izah edilmişdir ki, o, zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb edə bilər. Hesab edir ki, cavabdeh miras qalmış əmlakı qanunsuz satdığına görə əldə etdiyi 248000 manat pul vəsaitindən onun payına düşən 124000 manat hissəsini ona ödəməli, eyni zamanda 2022- 2023-cü illər dövrü üçün 124000 manat pul vəsaitinin illik minimal 5 faiz hesabı üzrə hər ildə 6200 manat olmaqla, iki il dövrü üçün 12400 manat pul vəsaiti də ona verməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddima ərizəsinin təmin olunması xahiş edilmişdir. Səbail Rayon Məhkəməsinin № e2(009)-703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlkin Rüstəmli) iddia təmin olunmuş, Cavabdeh 124000 manat məbləğində pul vəsaiti və 12400 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 136400 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, həmçinin ödənilmiş 426,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması, tərəflər arasındakı münasibətlərə düzgün hüquqi qiymət verilməməsi, mülkiyyət hüququnun pozulması, mənzilin cavabdehin vəsaiti hesabına əldə olunması, miras əmlak sayılmaması, onun tərəfindən mənzildə əsaslı təmir işlərinin aparılması, mənzili orada yerləşən əşyalarla (mebel və s.) birlikdə satılması, bu səbəbdən də satış qiymətinin 248000 manat müəyyən olunması, bu halların nəzərə alınmaması, iddiaçının əldən çıxmış fayda hissəsində tələbini əsaslandıra bilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız sayaraq, iddia ərizəsində və birinci instansiya məhkəməsində verilmiş izahatlara uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin miras əmlakı qanunsuz olaraq öz adına keçirməsi və sonradan onu 248000 manat satması qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur. Həmin qətnamədər hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir və yenidən sübut olunmasına ehtiyac yoxdur. Bununla yanaşı, cavabdehin mənzili təmir etməsi və onu əşyaları ilə birlikdə daha baha qiymətə satması ilə bağlı bildirdikləri də həqiqətə uyğun deyildir, çünki cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Miras qalmış mənzil hələ mirasqoyanın sağlığında sonuncu tərəfindən təmir olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh tərəf hazırki məhkəmə iclasına da gəlməmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “cavabdehdən 12400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissədə ləğv ediməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında qanuni qüvvədə olan məhkəmə aktları (Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2099/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(103)-3857/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4022/2023 saylı qərarı) ilə qət olunmuşdur ki, İddiaçı iddiası qismən təmin olunsun, Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alqı-satqı müqaviləsi və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışı etibarsız hesab edilsin, qeyd olunan sənədlər əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh adına dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilsin, iddia qalan hissədə, yəni Cavabdeh Mamud adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarış ləğv edilsin, iddia - 21 saylı notariat ofisinin 4Ə-1117 reyestri nömrəli, xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X12 arasında Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X6 adına verilmiş 607045 №-İi çıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, mənzildən cavabdeh X6 əşyaları ilə birlikdə çıxarılması, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə üzrə ödənilmiş 248000 manat pulun Cavabdeh alınıb X9 qaytarılması (restitusiya) hissələrində təmin olunmasın. Həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh bacıqardaşdır, iddiaçının hazırda mübahisələndirdiyi əmlak onun atasına məxsus olmuş, həmin əmlak onun qardaşı tərəfindən "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqavilə bağlanmaqla rəsmiləşdirilmiş, sonradan həmin sənədlər əsasında mənzilin iddiaçının qardaşının mülkiyyətinə keçmişdir. Belə ki, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 01№-li protokolundan çıxarış, eyni tarixli "xxxx" MTK-nın 21 saylı maliyyə arayışına əsasən ünvan 1 ünvanda yerləşən Kooperativə məxsus yaşayış binasının 8-ci mərtəbəsindəki, ümumi sahəsi 150.1 kv.m, yaşayış sahəsi 80 kv.m olan 30 saylı 3 otaqlı mənzilin pay dəyəri payçı X5 tərəfindən tam ödənildiyindən o, pay haqqını ödəməklə müqavilə şərtlərini yerinə yetirmiş olduğu və onun mənzil üzərində əldə etdiyi hüquqların qorunduğu, Cavabdeh hərəkətləri nəticəsində isə iddiaçı X7 gələcəkdə qanuni gözlənti əsasında əldə edəcəyi əmlaka olan vərəsəliklə bağlı hüquqları pozulmuşdur. Belə ki, özünün mülkiyyət hüququnun əldə edilməsi və rəsmiləşməsinə maneçiliklə rastlaşmış iddiaçı öz hüququnun dövlət tərəfindən müvafiq müdafiəsinə ümid etmək hüququ vardır. X2 MTK-nin payçısı olduğundan, iddiaçı isə onun övladı olmaqla vərəsəsi olduğundan, iddiaçı mərhum atasının MTK-da olan payı ilə bağlı tələb irəli sürməkdə haqlıdır. Həmçinin, müəyyən edilmişdir ki, iş üzrə İddiaçı və iş üzrə Cavabdeh atası X5 xx.xx.2014cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar Bakı şəhəri 46 saylı notariat kontorunda açılmış vərəsəlik işində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 90B №-li fərdi yaşayış evi miras kütləsinə daxil olmuş, İddiaçı və Cavabdeh həmin əmlaka dair ½ payları müəyyən olunmuş, iddiaçıya 25 yanvar 2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı, Cavabdeh qanun üzrə birinsi növbəli və həm də bərabər pay hüquqlu vərəsələridirlər. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, o, zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb edə bilər. Məhkəmə aktlarından göründüyü kimi, İddiaçı Cavabdeh hüquqaziddi hərəkətləri nəticəsində atasından miras qalmış daşınmaz əmlakı vərəsəlik qaydasında əldə etməkdən məhrum olmuş, bu səbəbdən də məhkəmələr tərəfindən ona zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini cavabdehdən tələb etmək hüquqları izah olunmuşdur (çünki, mənzili sonradan alqı-satqı müqaviləsinə əsasən əldə edən şəxs vicdanlı alıcı sayılmışdır). İddiaçı hazırki iddiasında – qüvvədə olan məhkəmə aktlarına da istinad edərək, mərhum atasından miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinin cavabdeh tərəfindən satışından əldə edilmiş 248000 manat pulun 1/2 hissəsini (124000 manat), bundan başqa 2022-2023-cü illər dövrü üçün 124000 manat pul vəsaitinin illik 5 faiz hesabı üzrə hər ildə 6200 manat olmaqla, iki il dövrü üçün 12400 manat pulu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam şəkildə təmin edərkən göstərmişdir ki, İddiaçı və Cavabdeh atası X5 xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar Bakı şəhəri, 46 saylı notariat kontorunda açılmış vərəsəlik işində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 90B №-li fərdi yaşayış evi miras kütləsinə daxil olmuş, X7 və Cavabdeh həmin əmlaka dair ½ payları müəyyən olunmudur. İddiaçı X2nun övladı olmaqla cavabdehlə bərabər birinci növbəli vərəsəsi olduğundan, mərhum atasının miras əmlakına daxil olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinin satışından əldə edilmiş pulun 1/2 hissəsini tələb etməkdə haqlıdır. Belə ki, M.İsmayılov vəfat etdikdən sonra onun qanun üzrə 2 vərəsəsi qalmışdır. Həmin vərəsələr hazırki iş üzrə tərəf olan İddiaçı və Cavabdehdur. Cavabdeh isə atasından miras qalmış və bacısı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 248000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir. Məhkəmə kollegiyası iddianın 124000 manat cavabdehdən iddiaçının xeyrinə tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qanuni qüvvədə olan məhkəmə aktlarının preyudisial əhəmiyyətini də nəzərə alaraq aşağıdakıla qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında olan, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının İddiaçı Cavabdeh hüquqaziddi hərəkətləri nəticəsində atasından miras qalmış daşınmaz əmlakı vərəsəlik qaydasında əldə etməkdən məhrum olması, bu səbəbdən də iddiaçının vərəsə kimi həmin əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini cavabdehdən tələb etmək hüquqlarının olması və s. müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində əvvəlki məhkəmə icraatları zamanı irəli sürdüyü bəzi dəlilləri (mübahisəli mənzilin ona məxsus olması, onun pulu ilə əldə olunması, miras əmlak sayılmaması və s.) göstərsə də, məhkəmə kollegiyası həmin dəlilləri araşdırmağı zəruri hesab etmir. Çünki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, o, mübahisəli mənzili 800000 manat xərc çəkərək təmir etmiş, eləcə də 40000 manat dəyəri olan əşyaları ilə birlikdə satmışdır. Bu səbəbdən də həmin pul vəsaitləri satış qiymətindən çıxılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə də razılaşmır. Belə ki, cavabdeh qeyd edilən hissələrdə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, müəyyən olunur ki, cavabdeh iddiaçının da ½ hissədə vərəsəlik payı mövcud olmuş əmlakın satışından 248000 manat pul vəsaiti əldə etmiş, dolayısı ilə iddiaçının payına düşən 124000 manat hissəsini də özündə saxlamaqla, əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondikasiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərərə düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o, müqavilədənkənar öhdəliklər sırasına daxildir. Belə ki, əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq hüquqi faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd, vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin müəyyən olunmuş faktiki hallarından (qüvvədə olan məhkəmə aktlarından) müəyyən olunur isə Cavabdeh iddiaçının hesabına əsassız varlanması halı müəyyən olunur. Yəni, tərəflərin hər ikisinin mərhum atasının bərabər hüquqlu birinci növbəli vərəsəsi olduqları, miras əmlaka daxil olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilin cavabdeh tərəfindən üçüncü şəxsə satılmış, əldə olunmuş vəsait isə özündə saxlanmışdır. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmiş, etirazını əsaslandıra bilməmişdir. Cavabdehin özünün bildirdikləri (izahatı) də iddianın həmin hissədə əsassız olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göründüyü kimi, qətnamə qeyd edilən hissədə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası “cavabdehdən 2022-2023-cü illər üzrə illik 5 faiz olmaqla 12400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissədə qətnamə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Nəzərə alınmalıdır ki, iddiaçı məhz 2022-2023-cü illər üzrə illik 5 faiz hesablanmaqla 12400 manat vəsaitin tutularaq, ona ödənilməsini xahiş etmişdir. Lakin, işin hallarından və qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi, cavabdehin iddiaçı qarşısında əvvəldən pul öhdəliyi olmamış, iddiaçının hazırki tələb məhz miras qoyulmuş əmlakı əldə edə bilməməsi nəticəsində yaranmışdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsindən (eləcə də ondan əvvəl və sonra kassasiya instansiyasının hüquqi mövqeyindən) görünür ki, miras qalmış mübahisəli mənzilin sonradan vicdanlı alıcı tərəfindən əldə olunması ilə bağlı iddiaçının cavabdehə qarşı həmin əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsini tələb etmək hüquqları yaranmışdır. Dolayısı ilə, cavabdehə artıq həmin vaxt açıq-aşkar bəlli idi ki, onun iddiaçı qarşısında müvafiq pul öhdəliyi mövcuddur (tərəflər kreditor-borclu münasibətinə keçmişlər). Çünki, qətnamə digər cavabdehə (vicdanlı alıcı) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə, məhz son 6 aylıq müddət üzrə cavabdehin 124000 manat pul vəsaiti üzrə iddiaçıya illik 5 faiz ödəmək öhdəliyinin olması müəyyən edilir (birinci instansiya məhkəməsinin isə 5 faizlik məbləği 2022 və 2023-cü illər üzrə bütövlükdə hesablaması qanuni və ədalətli olmamışdır). Çünki, cavabdehin həmin vaxtdan sonrakı hərəkətləri (müvafiq pul vəsaitini özündə saxlamaqla, onu iddiaçıya ödəməməsi, mübahisəni əsassız olaraq davam etdirməsi və s.) hüquqdan suiistifadə olmaqla, yolverilməzdir. Halbuki, MM-nin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-nin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd edilməlidir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-nin 425-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “cavabdehdən 12400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissədə düzgün nəticəyə gəlməmiş maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə, qətnamə həmin hissədə MPM-nin 385.1.1-ci maddəsinə əsasən qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən həmin hissədə ləğv olunmalı, həmin iddia tələbi yuxarıda qeyd edilənlərə əsasən qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan müvafiq pul vəsaitinin məbləği 3100 manat (124000 x 5% = 6200 (bir illik məbləğ), 6200:2=3100 (6 aylıq məbləğ)) müəyyən olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin № e2(009)-703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e2(009)-703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, yəni “cavabdehdən 12400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması” hissədə ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 3100 (üç min yüz manat) manat pul vəsaiti tutulsun. Qətnamə qalan hissədə (yəni, cavabdehdən 124000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə verilməsi hissələrində) apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar