Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3914/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(005)-2439/2024 nömrəli qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(005)- 2439/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Şikayətin dəlillərinə görə, ləğv prosesində olan sığortaçının ləğvetmə komissiyası öz fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 31 ünvanında həyata keçirir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(005)- 2439/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ünvanı iddia ərizəsində ünvan 2lektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3həri Nərimanov Rayon Məhkəməsinə müraciət etməsinin və qərardaddan şikayətinin əsası kimi ləğv etmə komissiyasının öz fəaliyyətini ünvan 4 ünvanında həyata keçirməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının məktubuna istinad edir.
9. Lakin cavabdeh hüquqi şəxs ləğv olunmamışdır, rəsmi qeydə alındığı ünvan vardır və qanunvericilikdə iddia ərizəsinin ləğv prosesində olan hüquqi şəxsin ləğvetmə komissiyasının faktiki fəaliyyət göstərdiyi ünvana üzrə verilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Belə olduğu halda hazırkı iddia ərizəsi ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir.
10. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(005)- 2439/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(005)- 2439/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.