Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3920/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar söz: subroqasiya hüququ) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir və həmin avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər şərtsiz azadolma məbləği 1000 manat, sığorta məbləği 21 9243,09 manat, sığorta haqqı 4046,79 manat olmaqla "xxxx" ASC-də sığortalanmışdır.
2. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli C-MİC-0631/18 saylı “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi”nin ayrılmaz hissəsi sayılan 2 saylı əlavənin 4cü bəndinə görə, yol nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs 3-cü şəxs olarsa azadolma məbləği tətbiq edilmir.
3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2020-ci il tarixli arayışa görə, X3 **-UR-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsində "xxxx" MMC-nin mülkiyyətində olan **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir.
4. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən, **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 11 395,33 manat təşkil edir.
5. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növündə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 11 395,33 manat, sığorta ödənişi 11 395,33 manat müəyyən edilmiş, 11 395,33 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür.
6. Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “X5 xx.xx.2019-cu il tarixdə saat 11:35-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək, yol kənarındakı səkinin üzərindən düzünə keçib yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, həmin vaxt Yusif Səfərov küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olmuş X2 yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “İveco2 markalı **- JX-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sağ təkərinin üst hissəsi ilə toqquşmuş, nəticədə X5 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sifət və burun sümükqapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, başın sol gicgah nahiyəsində şişkinli qançır və üzərində sol qaş üstü nahiyədə əzilmiş yara, sol gicgah nahiyəsində qançır ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün, sağ 1-Vİİ, sol yarısında sol 1-Xİİ qabırğaların və döş sümüyünün yerini dəyişmiş sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar; ağciyərin hər iki payında cırılmış yaralar və yaralar ətrafında qansızmalar: qara ciyərin böyük payında cırılmış yara və yara ətrafında qansızmalar: qara ciyərin böyük payında cırılmış yara və yara ətrafında qansızmalar ilə müşayiət olunan bədən xəsarətləri alaraq hadisə yerində ölmüşdür”.
7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2889 nömrəli rəyində göstərilmişdir ki, “Kia Rio” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
8. Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, Emin Məmmədovun hadisə yerində aldığı xəsarətlərdən ölməsi öz təqsiri üzündən baş vermişdir və hər hansı bir cinayət hadisəsi ilə əlaqədar deyildir.
9. Cavabdeh2 2 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli V-204/2019 saylı ərizədə göstrərmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 ondan başqa vərəsəsi Cavabdeh1dur, sonuncu miras əmlakdan imtina etdiyindən ona Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi döngə 2, 4 saylı evin 35 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.
10. Cavabdeh1 5 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisində təsdiq olunmuş xx.xx.2019-cu i tarixli ərizəsində bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X3 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina edir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır.
11. 2 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-396 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Cavabdeh2 qardaşı X3 vərəsəsi olaraq "xxxx" QSC-nin Binəqədi filialında mərhum X3 adına olan AZ06ACAB******************** saylı və AZ42ACAB******************** saylı hesablar üzrə 105,27 manat məbləğində mirası qəbul etmişdir.
12. 2 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-503 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, Cavabdeh2 qardaşı X3 vərəsəsi olaraq xx.xx.1995-ci il tarixdə X4 verilmiş 30/63945 qeydəalma nömrəsi ilə 442 nömrəli kitabın 63945-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76,31 m2 olan 35 saylı mənzili miras olaraq qəbul etmişdir.
13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Yəhya Hüseynov döngəsi 4 saylı evin 35 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. “Paşa Sığorta ASC (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən sığorta ödənişinə görə 6395,33 manatın, dövlət rüsumuna görə 83,95 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 məxsus və X5 tərəfindən idarə olunan **-UR-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtonəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Xətai RPİ İŞ-nin polis kapitanı tərəfindən “Cinayət işi üzrə icraatın xitam olunması” barədə qərar qəbul edilərək sürücü E.Cavabdeh1 Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən təqsirli bilinmiş, lakin təqsirləndirilən şəxs öldüyündən cinayət işi üzrə icraata xitam verilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 11 395,33 manat olaraq müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 11 395,33 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. E.Cavabdeh1 mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından sürücünün məsuliyyəti üzrə sığortaçı tərəfindən 5000 manat miqdarında məbləğ "xxxx" ASC-yə ödənilmişdir. Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi ilə əlaqədar elektron xidmətindən əldə edilmiş məlumat əsasında məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzində olan notariat ofisində vərəsəlik qəbul edilmişdir. Sığortaçı tərəfindən ödənilmiş məbləğdən qalan 6395,33 manat vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Mülki hüquq pozuntusu cavabdeh X5 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtonəqliyyat vasitəsi sahibinə maddi zərər yetirilmişdir.
16. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, sığorta hadisəsindən 3 il keçəndən sonra iddiaçı məhkəməyə müraciət etmiş, müqavilə münasibətləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti keçmişdir. Digər tərəfdən cavabdeh, tələb olunan məbləğlə razı deyildir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda avtobusun sağ yan hissəsinin zədələnməsi göstərilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın xitam olunması” barədə qərarda avtobusun sürücüsü İqbal Həsənov izahatında zərbənin avtobusun arxa sağ təkərinin üstünə dəyməsini göstərmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin sığorta hadisəsinə və zərərinə dair ilkin aktdan görünür ki, avtobusun orta və arxa qapılara və onların arasında olan şüşə və panellərə, iç plasmaslara, təkər üzlüyünə zərər dəymiş, lakin bundan fərli olaraq zərər aktında bundan ikiqat çox detal və işlər göstərilmişdir. İş materiallarında olan zərər aktından görünür ki, həmin akt sığorta müqaviləsi üzrə zərər məbləğini alan şəxs "xxxx" MMC tərəfindən tərtib edilmişdir. Deməli "xxxx" MMC daha çox zərər yazıb, daha çox pul vəsaiti almaqda maraqlıdır. Zərər aktı maraqlı şəxs tərəfindən tərtib edildiyindən sübuti əhəmiyyətə malik deyildir. İş materiallarında olan sığorta şəhadətnaməsində 1000 manat şərtsiz azadolma tətbiq ediləcəyi göstərilsə də, ödəniş barədə qəbzdən görünür ki, "xxxx" MMC-nin yazdığı 11 395 manatı "xxxx" tam ödəmişdir. Bu həmin təşkilatların əlbir olduğunu təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh zərərin 5000 manatı aşmadığını hesab edib, icbari sığortanın ödədiyi ziyanı kifayət hesab edir. Beləliklə "xxxx" ASC-yə cavabdeh heç nə ödənməməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir.
17. Cavabdeh1 da iddia tələbinin əsassız olduğunu bildirib iddianın rədd olunmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli 9/8346 saylı rəyində göstərmişdir ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8017 manat müəyyən edilir.
19. Məhkəmənin 13 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh2 sığorta ödənişinə görə 3017 manat, dövlət rüsumuna görə 83,95 manat olmaqla cəmi 3100,95 manatın "xxxx" ASC-nin xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
20. Məhkəmə öz qənaətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 20.1. X5 etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinin sahibinə ziyan vurmuş, iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. 20.2. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, öz təqsiri üzündən hadisə yerində aldığı xəsarətlərdən ölən E.Cavabdeh1 vərəsələrindən Cavabdeh1 mirası qəbul etməkdən imtina etmiş, Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli 2V-503 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən qardaşı X3 yeganə vərəsəsi olaraq Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 76,31 m2 olan 35 saylı mənzili miras olaraq qəbul etmişdir. 20.3. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, təxmini məbləği 8017 manat təşkil edən sığortalı avtomobilə dəyən ziyanın məbləğindən "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat ödənilmiş, ziyanın ödənilməyən hissəsi 3017 manat təşkil edir. 20.4. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı tələbi 3017 manatının tutulmasına dair hissədə əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə təmin edilmir, məhkəmə xərcləri də Cavabdeh2 aid edilir. 20.5. Məhkəmə Cavabdeh2 iddiaçının tələbinə iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, sığortaçı şirkət ilə cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləri olduğundan, iddiaçının tələbi üzrə ümumi iddia müddəti on il təşkil edir. Bu səbəbdən iddiaçı iddia müddətini ötürməmişdir. 20.6. Məhkəmə Cavabdeh2 ziyan hesablanarkən azad olmanın nəzərə alınmaması ilə bağlı dəlili üzrə qeyd edir ki, "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli C-MİC- 0631/18 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan 2 saylı əlavənin 4-cü bəndinə əsasən tərəflər yol nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs 3-cü şəxs olarsa bu halda azadolma məbləğinin tətbiq edilməməsi barədə şərt müəyyən etdiklərindən iddiaçı tərəfindən azad olmanın təbiq edilməməsi düzgün olmuşdur.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 21.3-cü, 372.1-ci, 372.2-ci, 373.3-cü, 936.1-ci, 936.2-ci, 936.3-cü, 936.4cü, 936.5-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci, 1108.2-ci, 1108.3-cü, 1306.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.4-cü, 88-ci maddələrinə istinad etmişdir.
22. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya qarşı etirazla (§ 7) eyni məzmunda əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
24. Məhkəmə iclasında iştirak edən apellyator və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, digər Cavabdeh1 da şikayətin əsaslı olduğunu bildirmişdir.
25. Apellyatorun nümayəndəsinin iş üzrə təkrar ekspertiza təyin olunması barədə vəsatəti təmin edilməmişdir.
26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
30. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
31. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
32. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh2 sığorta ödənişinə görə 3017 manat, dövlət rüsumuna görə 83,95 manat olmaqla cəmi 3100,95 manatın "xxxx" ASC-nin xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnamədən şikayət verməmiş, Cavabdeh2 isə qətnaməni məhz həmin hissədə mübahisələndirmişdir.
42. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
44. Apellyatorun, mübahisəyə sığorta müqaviləsindən doğan 3 illik iddia müddətinin tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasındakı münasibətlərə müqavilədən deyil, zərər vurmadan yaranan münasibət kimi Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyənləşdirilmiş ümumi iddia müddəti şamil edilə bilər.
45. Kollegiya apellyatorun “iddiaçının tələb etdiyi məbləğin şişirdilməsi” dəlilini də əsassız sayır; çünkü zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir - iddiaçı şirkətin isə zərərçəkmiş şəxsə 11 395,33 manat ödəmiş olduğu mübahisəsizdir; həmçinin, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, “İveco Urbanway” markalı avtomobilin təmir-bərpa xərcinin təxminən 8017 manat təşkil etdiyi müəyyən edilmiş, həmin rəyin reallığa uyğun olmadığına dair isə apellyator tərəfindən heç bir sübut təqdim olunmamışdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-376/2023 saylı iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 sığorta ödənişinə görə 3017 manat, dövlət rüsumuna görə 83,95 manat olmaqla cəmi 3100,95 manatın "xxxx" ASC-nin xeyrinə, ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə