Məhkəmə qərarları › İş №2(103)-3927/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3927/2021

16.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3927/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra mətndə - DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsi) tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nazilə Yolçuyeva, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.6 kv.metr olan qeyri-yaşayış binasında adına olan 69.3 kv.m olan payın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə **********50-06301 reyestr nömrəli, 11111 24794 qeydiyyat nömrəli reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.6 kv.metr olan qeyri-yaşayış binasında Nazilə Yolçiyevanın 69.3 kv.metr olan payın naturada ayrılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kmi 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsi apelyasiya şikayəti vermiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün sayılmalı və mülki iş şikayət verənin apelyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsi mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apelyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi qətnamənin DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsinin hansı hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda, həmin qətnamədən verdiyi apelyasiya şikayətini yuxarı instansiya məhkəməsinə göndərmişdir. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Kollegiya hesab edir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsinin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərardad qəbul edilmədiyindən, onun verdiyi şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş qeyd olunan məsələnin həlli üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-868/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və mülki iş onun apelyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilibedilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar