Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3928/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzil üzərində pozulmuş sahiblik hüquqlarının bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X18 Asəf qızının katibliyi, Cavabdeh2, Maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2552/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə inşa etdiyi yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2007-ci il tarixli, 1004 saylı arayışa əsasən 5.525 manat, xx.xx.2007-ci il tarixli, 1075 saylı arayışa əsasən 7.650 manat, xx.xx.2007-ci il tarixli, 1215 saylı arayışa əsasən 1.360 manat, xx.xx.2007-ci il tarixli, 1299 saylı arayışa əsasən 2.535 manat, xx.xx.2007-ci il tarixli, 1460 saylı arayışa əsasən 2.950 manat, xx.xx.2008-ci il tarixli, 143 saylı arayışa əsasən 3.100 manat, xx.xx.2008-ci il tarixli, 387 saylı arayışa əsasən 3.312 manat, xx.xx.2008-ci il tarixli, 577 saylı arayışa əsasən 1.640 manat, xx.xx.2008-ci il tarixli, 671 saylı arayışa əsasən 1.218 manat, xx.xx.2007-ci il tarixli, 978 saylı arayışa əsasən 27.200 manat, xx.xx.2008-ci il tarixli, 807 saylı arayışa əsasən 1.930 manat, xx.xx.2008-ci il tarixli, 898 saylı arayışa əsasən 2.125 manat, xx.xx.2008-ci il tarixli, 1022 saylı arayışa əsasən 1.620 manat, xx.xx.2008-ci il tarixli, 1082 saylı arayışa əsasən 2.400 manat, xx.xx.2008-ci il tarixli, 1138 saylı arayışa əsasən 2.932 manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir.
3. xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan binanın 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili X15 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili X5 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan binanın 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili Cavabdeh2 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür.
6. Raqif İsrailov tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən sahəsi 131,83 kv.m. olan, 3 otaqlı 165 saylı mənzilin Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməmişdir.
7. Əlniyaz Cəfərov tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yerləşən ona məxsus olan 2-ci girişin 10-cu mərtəbəsində yerləşən sahəsi 131,83 kv.m. olan 3 otaqlı, 165 saylı mənzilin Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər "xxxx" MTK-ya, "xxxx" MMC-yə və Cavabdeh2 (bundan sonra birinci cavabdehlər, yaxud, MTK, MMC, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində, ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı, 165 saylı mənzilinə dair MTK ilə Cavabdeh2 arasında bağlanılan müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzil üzərində onun pozulmuş sahiblik hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış evi tikən cavabdeh MTK-ya müraciət edərək həmin evdə 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bu əsaslarla ilkin razılıq əldə edildikdən sonra cavabdeh MTK ilə onun arasında 26 iyul 2007-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanılmışdır. Kooperativlə onun arasında bağlanan həmin müqaviləyə uyğun olaraq kooperativ ona ünvan 4 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış evinin 2-ci blokunda 10cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı 165 saylı mənzili verməli, o, isə həmin mənzilin tam dəyərini kooperativə ödəməli idi. Qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi qiyməti 67.497 manat müəyyən edilmişdir. O, müqavilə imzalanan gün cavabdeh MTK-ya 27.200 manat vəsait ödəmiş, daha sonra isə xx.xx.2007-ci il tarixli, 1004 saylı arayışa əsasən 5.525 manat, xx.xx.2007-ci il tarixli, 1075 saylı arayışa əsasən 7.650 manat, xx.xx.2007-ci il tarixli, 1215 saylı arayışa əsasən 1.360 manat, xx.xx.2007-ci il tarixli, 1299 saylı arayışa əsasən 2.535 manat, xx.xx.2007- ci il tarixli, 1460 saylı arayışa əsasən 2.950 manat, xx.xx.2008-ci il tarixli, 143 saylı arayışa əsasən 3.100 manat, xx.xx.2008-ci il tarixli, 387 saylı arayışa əsasən 3.312 manat, xx.xx.2008-ci il tarixli, 577 saylı arayışa əsasən 1.640 manat, xx.xx.2008-ci il tarixli, 671 saylı arayışa əsasən 1.218 manat, xx.xx.2007-ci il tarixli, 978 saylı arayışa əsasən 27.200 manat, xx.xx.2008-ci il tarixli, 807 saylı arayışa əsasən 1.930 manat, xx.xx.2008-ci il tarixli, 898 saylı arayışa əsasən 2.125 manat, xx.xx.2008-ci il tarixli, 1022 saylı arayışa əsasən 1.620 manat, xx.xx.2008-ci il tarixli, 1082 saylı arayışa əsasən 2.400 manat, xx.xx.2008-ci il tarixli, 1138 saylı arayışa əsasən 2.932 manat pulu kooperativə vermişdir. O, kooperativlə bağladığı müqavilənin şərtinə əməl etsə də, binanın tikintisi nəzərdə tutulduğundan daha gec başa çatmış, o, vəd edilən vaxt ərzində mənzilə köçüb orada yaşaya bilməmişdir. Cavabdeh tərəfin öz vəzifəsini vaxtında yerinə yetirməməsi ona ciddi zərər vursa da, daha ciddi bir problemin və ona qarşı daha ciddi hüquq pozuntusunun törədildiyi daha sonra məlum olmuşdur. Belə ki, o, cavabdeh təşkilatdan mənzildə təmir aparılması və köçüb orada yaşaması üçün şərait yaradılmasını tələb etdikdə ona məlum olmuşdur ki, MTK-nın rəhbərliyi əvvəlcədən düşünülmüş plan əsasında binadakı bir neçə mənzili, o cümlədən onun dəyərini ödəyib satın aldığı mənzili insanların ona olan inamından sui-istifadə edərək dələduzluq yolu ilə ikinci dəfə sataraq qanunsuzluğa yol vermiş və ona məxsus olan mənzil üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona məxsus olan həmin mənzil sonradan Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Cavabdeh2 təmir işləri apardıqdan sonra həmin mənzilə köçərək orada yaşamağa başlamış və hazırda da həmin mənzildə yaşayır. MTK-nın rəhbərliyi barəsində isə yol verdiyi dələduzluq əməllərinə görə cinayət işi qaldırılmış, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Bundan sonra həmin binanın idarəçiliyini "xxxx" MMC həyata keçirməyə başlamışdır. ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı 165 saylı mənzilinə dair MTK ilə Cavabdeh2 arasında bağlanılan müqavilə etibarsız hesab edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı, həmin mənzil üzərində onun pozulmuş sahiblik hüquqları bərpa edilməlidir. Mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, qanunvericilik mülkiyyətçinin hüquqlarını ciddi şəkildə qoruyur. Lakin cavabdeh MTK-nın rəhbərliyinin tutduğu vəzifədən sui-istifadə edərək ona məxsus olan, onun mülkiyyəti hesab edilən mənzili təkrar başqa şəxsə satması etibarsız əqddir. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Cavabdeh MTK ona məxsus olan mənzili onun özünün olmadığını bilə-bilə digər cavabdehə satması, onunla müqavilə bağlaması tutduğu vəzifədən suiistifadə etməsidir. Çünki kooperativ təşkilatın möhürü rəhbərlikdə olmuş və bundan istifadə edərək digər Cavabdeh2 ilə mənzilə dair qanunsuz müqavilə bağlamışdır. Nəticədə isə Cavabdeh2 cavabdeh MTK-nın rəhbərliyi tərəfindən aldadılmışdır. Cavabdeh2 ona məxsus ünvan 4 ünvanda yerləşən yaşayış binasının 165 saylı mənzilindən çıxarılmalı, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları bərpa edilməlidir. Cavabdeh MTK-nın həmin ünvanda fəaliyyətini hazırda "xxxx" MMC davam etdirir və təşkilatdan bildirilir ki, MTK-nın fəaliyytinə görə bütün məsuliyyət MMC-yə aiddir. Lakin bu şifahi məlumat olduğu üçün, ona bu barədə heç bir yazılı sənəd təqdim edilmədiyi üçün cavabdeh kimi həm MTK, həm də onun adından fəaliyyət göstərdiyini iddia edən MMC cəlb edilmişdir.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14949/15017 saylı, xx.xx.2015-ci il tarixli rəydən görünür ki, X19 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci tarixli müqavilənin surətinin mətni İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin mətni ilə eynilik təşkil edir. xx.xx.2007-ci il tarixli müqavilənin və Raqif İsrailova verilmiş 313 saylı, xx.xx.2007-ci il tarixli arayışın çap olunmuş mətnlərin rəngləyici maddələri kimyəvi tərkibinə görə texniki qurğularda istifadə olunan rəngli maddələrə aiddirlər.
11. Məhkəmə Ekspertizası Mərkəzindən alınmış digər, 15133 saylı, xx.xx.2015-ci il tarixli rəydən görünür ki, xx.xx.2007-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədə "xxxx" MTK-nın sədri Ziyafət Gülmalıyev qrafasındakı imza və İddiaçı adına olan 143, 387, 577, 671, 807, 898, 978, 1004, 1022, 1075, 1082, 1138, 1215, 1299, 1460 saylı arayışlarda "xxxx" MTKnın sədri Ziyafət Gülmalıyev qrafasındakı imza X3 tərəfındən icra olunmuşdur.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2552/15 nömrəli, 2 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, Cavabdeh1 MTK ilə iddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, 165 saylı mənzilə dair bağlanmış əqd etibarlı ilkin əqd kimi qəbul edilə bilməz. Belə ki, mənzil 2012-ci ildə Cavabdeh2 satılarkən, Rafiq İsmayılovun və Əlniyaz Cəfərovun etirazının olmadığı məhkəmə araşdırması zamanı müəyyən olunsa da, həmin mənzilə dair iddiaçı ilə müqavilə bağlanarkən mənzilin ilkin sahibi olan Rafiq İsmayılovun razılığının olması öz təsdiqini tapmamışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin etibarsız hesab olunması üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. İddiaçı cavabdeh MTK ilə Cavabdeh2 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı belə bir müqavilənin mövcud olması təsdiqini tapmamışdır.
15. Məhkəmə Cavabdeh2 mənzildən çıxarılmasına, həmin mənzil üzərində iddiaçının pozulmuş sahiblik hüquqlarının bərpa edilməsinə dair iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə inşa etdiyi yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili özünün etibarlı əqd əsasında əldə etdiyini sübuta yetirə bilmədiyindən Cavabdeh2 həmin mənzildən çıxarılmasını, mənzilin ona təhvil verilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə iddia tələbini əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə Cavabdeh2 hazırkı iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdeh MTK ilə Cavabdeh2 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsini xahiş etdiyindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 nömrəli, 24 noyabr 2014-cü il tarixli hökmündən iddiaçının bağladığı əqd üzrə hüquqlarının pozulmasını xx.xx.2013-cü il tarixdə bilməsi müəyyən olunduğundan, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi mümkün deyildir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 646.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 214, 233 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X10 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, mübahisəli mənzilə dair MTK ilə X19 arasında xx.xx.2007-ci il tarixində guya müqavilə bağlanılmış, bundan sonra MMC X11 ilə arasında bağlanılan xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzili ona satmış, Əlniyaz Cəfərov isə mənzili Cavabdeh2 satmış, bununla bağlı Cavabdeh2 və MMC arasında xx.xx.2012-ci il tarixində müqavilə bağlanmışdır. İddiaçı ilə müqavilə isə X1 xx.xx.2007-ci il tarixində bağlanmışdır. Mübahisəli mənzilə dair ilkin müqavilə guya X19 ilə şirkət arasında bağlandığından məhkəmə həmin müqavilənin kserosurətini sübut kimi qəbul edərək, ona əsaslanmışdır. Əslində isə X19 ilə MTK arasında belə bir müqavilə bağlanmamışdır. Həmin kserosurət cavabdeh MMC tərəfindən texniki vasitələrdən istifadə etməklə süni surətdə tərtib edilərək iddiaçının tələblərinin təmin edilməsinin əngəllənməsi məqsədi güdmüşdür. Birinci instansiya məhkəməsi dəfələrlə həmin müqavilənin əslini tələb etməsinə baxmayaraq, cavabdeh tərəf müqavilənin əslini ortaya çıxara bilməmişdir. MMCnin rəhbərliyinin iddiaçının hüquqlarını pozaraq mənzili formal olaraq ayrı-ayrı şəxslərin adına arxa tarixlə sənədləşdirməsi mülki işin materialları ilə açıq-aşkar təsdiq edilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Belə ki, məhkəmənin istinadına əsasən mübahisəli mənzilə dair xx.xx.2007-ci il tarixdə Raqif İsrailov ilə, xx.xx.2011-ci il tarixdə isə guya Əlniyaz Cəfərovla müqavilə bağlanılmışdır. Lakin xx.xx.2012-ci il tarixdə mənzil Cavabdeh2 adına sənədləşdirilərkən nədənsə təkcə Əlniyaz Cəfərovun deyil, həm də Raqif İsrailovun razılıq ərizəsi alınmışdır. Halbuki məntiqi əsasa görə həmin vaxt mübahisəli mənzil Əlniyaz Cəfərovun olduğundan bu zaman Raqif İsrailovun deyil, təkcə Əlniyaz Cəfərovun razılıq ərizəsi alınmalı idi. Daha bir ziddiyyətli məqam isə mübahisəli mənzilin guya 2007-ci ildə Raqif İsrailova satılması zamanı da, eləcə də 2011-ci ildə, aradan keçən bu müddətdə Əlniyaz Cəfərova satılan zaman da qiymətinin dəyişməməsi, eyni - 67.497 manat qalmasıdır. Bundan başqa, Raqif İsrailov müqaviləni MTK ilə bağladığı halda, müqavilənin başqa şəxsin adına dəyişdirilməsi ilə bağlı MTK-ya deyil, müqavilə tərəfi olmayan MMC-yə müraciət etmişdir ki, bu da müqavilənin sonradan saxta yolla hazırlandığını təsdiq edir. Məhkəmənin sübut kimi istinad etdiyi müqavilənin olmamasının, saxta olmasının başlıca sübutu isə MMC-nin rəhbərlərinin barəsində başlanmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüdür. Onların həmin hökmün məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsi barədə məlumatı olmamış, hökmlə bağlı məhkəmə iclasında hər hansı araşdırma aparılmamış, dəfələrlə onlar həmin hökmün tələb edilməsinə dair vəsatət versələr də, məhkəmə təmin etməmiş, sonradan o, apellyasiya məhkəməsində işlə tanış olarkən hökmün iş materiallarında olduğunu görmüş və buna görə də hökmdə müəyyən olunmuş hallarla bağlı apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Bununla da müəyyən olunur ki, məhkəmə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik həmin hökmə bilərəkdən istinad etməmiş, hökmlə müəyyən edilmiş hallara qiymət verməyərək, üstündən keçmiş və hökmü də sadəcə “adi kağız parçaları kimi” iş materiallarına əlavə etmişdir. Halbuki həmin hökmlə konkret olaraq müəyyən edilmişdir ki, mənzilə dair Raqif İsrailovla MTK arasında guya bağlanılan xx.xx.2007-ci il tarixli müqavilədə və ona uyğun maliyyə arayışında texniki vasitə ilə saxtakarlıq edilərək, iddiaçının adı pozularaq, düzəliş edilmişdir. Həmin hökmlə sözügedən müqavilənin saxta yolla tərtib edilməsi müəyyən edilmiş və buna görə də Cavabdeh2 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, iddiaçı isə şahid kimi dindirilmişdir. İddiaçının müqaviləsinin həqiqətən də etibarlı müqavilə olması iş materialları ilə açıq-aşkar təsdiq olunmuşdur. Belə ki, MTK MMC arasında yaranmış başqa məhkəmə mübahisəsi ilə bağlı MTK-da olan sənədlərin təhvil-təsliminə dair Xətai Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş müvafiq akt və siyahıda nə Raqif İsrailovun, nə də Əlniyaz Cəfərovun adlarına hər hansı müqavilə aşkar edilməmiş, yalnız iddiaçının müqaviləsi aşkar olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi MTK-nın sədri Əlniyaz Cəfərovin iddianı qəbul etməsini nəzərə almamışdır. X14 məhkəməyə ünvanladığı ərizəsində də, məhkəmə verdiyi izahatında da mübahisəli mənzilin MTK tərəfındən yalnız iddiaçıya satıldığını təsdiq etmişdir. Bundan əlavə, məhkəmə qərəzli şəkildə daha bir pozuntuya yol verərək, göstərmişdir ki, guya iddiaçı tərəf MTK ilə Cavabdeh2 arasında müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı belə bir müqavilənin mövcud olması öz təsdiqini tapmamışdır. Halbuki iddia ərizəsindən də görünür ki, iddiaçı tərəf nəinki öz mənzilinin hansı müqavilə əsasında satıldığını bilməmiş, hətta Cavabdeh2 ata adının necə olduğunu da bilməmiş, iddia ərizəsində bunu da qeyd etməmiş, müqavilənin tarixini götərməmişdir. Yalnız məhkəmə araşdırması zamam məlum olmuşdur ki, Cavabdeh2 atasının adı Osmandır və müqavilə də digər cavabdeh MMC ilə bağlanmışdır. Məhkəmə tərəflərə öz hüquqlarını həyata keçirməkdə yardımçı olmaq öhdəliyi daşıdığı halda, formal olaraq cavabdehin-müqavilə tərəfinin adının səhv olmasını bəhanə gətirmişdir. Halbuki məhkəmə iclasları zamanı iddiaçının niyyətinin nə olduğu açıqaşkar bəlli olmuş və məhkəmə də bunun fərqində olmuşdur. Buna görə də apellyasiya şikayətində onlar bu əhəmiyyətsiz, formal səhvi aradan qaldırmışlar.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzilə dair cavabdehlər MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 manatın "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən-X20 və Maraqlı şəxs) alınaraq Cavabdeh2 ödənilməsi, eyni zamanda Cavabdeh2 mənzilə görə ona dəymiş ziyanla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 35 manatın MMC-dən iddiaçının xeyrinə tutulması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 170 manatın cavabdeh MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin imperativ tələblərini pozaraq, mövcud olmayan müqaviləyə sübut kimi əsaslanmışdır. Halbuki hazırkı mübahisənin həlli üçün həmin müqavilənin mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, yalnız həmin müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti sübut kimi qəbul edilə bilərdi.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında əvvəllər alğı-satqı müqavilələri ilə mənzillərin və digər sahələrin ayrıayrı şəxslərə satıldığını bildikləri halda, Fuad Mirzəyev özü və onun tapşırığına əsasən Maraqlı şəxs həmin yaşayış və qeyri-yaşayış sahələrini saxta sənədlər əsasında rəsmiləşdirərək "xxxx" MMC-nin adından yenidən başqa şəxslərə satmaqla, o cümlədən xx.xx.2012-ci il tarixli saxta müqavilə ilə binanın ikinci girişinin onuncu mərtəbəsində yerləşən ümumi sahəsi 131,83 kv.m. olan üçotaqlı mənzili Cavabdeh2 88.000 manata satmış, nəticədə 18 mənzili və iki qeyri-yaşayış sahəsini 18 (on səkkiz) nəfərə satıb, onların bir hissəsindən pulu özü, digər hissəsindən Maraqlı şəxs nağd olaraq almaqla, özgənin külli miqdarda, yəni 1.043.584 manat məbləğində əmlakını vəzifə saxtakarlığı törətməklə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişlər. (Həmin cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs, İddiaçı isə şahid qismində tanınmışdır.) Buna görə də "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Maraqlı şəxs qeyd olunan hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşlar və hökm hazırda qüvvədədir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qüvvədə olan həmin hökmlə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Maraqlı şəxs həm də iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzili tamah məqsədi ilə, müqaviləni saxtalaşdırmaq yoluyla Cavabdeh2 sataraq təkrar dələduzluq əməlinə görə məhkum olunmuşlar.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hökmdə həmin müqavilə ilə bağlı göstərilmişdir ki: "xxxx" MMC-nin işçisi Səbinə Şahruqova ilə Vahid Həşimov "xxxx" MTKdan əldə etdikləri müqavilə və maliyyə arayışı (sonradan həmin müqavilənin Raqif İsrailovun adına yazıldığı məlum olmuşdur.) vasitəsi ilə kompüterdə saxtakarlıq edərək mənzilin qanuni sahibi İddiaçı adını pozaraq, Raqifə aid olması barədə düzəliş etmişlər. Onlar tərəfindən həmin mənzil eyni ilə Cavabdeh2 satılmış mənzil kimi də saxtalaşdırılmışdır. (Cild 1, i/v.82) Beləliklə, qeyd olunanlardan açıq-aşkar göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014- cü il tarixli hökmü ilə də "xxxx" MTK ilə X19 arasında xx.xx.2007-ci il tarixində bağlanmış müqavilənin saxta olması müəyyən olunmuş, təsdiqini tapmışdır.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə hökmə yalnız iddiaçının ifadəsinə münasibətdə əsaslanaraq göstərmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə aldığı mənzilə gələrkən mənzilin artıq təmir olunmasını və Cavabdeh2 orada yaşamasını aşkar etmişdir. Hökmlə müəyyən edilmiş yuxarıda göstərilən hallar barədə isə məhkəmə, ümumiyyətlə, hər hansı araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
26. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin digər dəlilləri nəzərə alınmasa belə, mübahisələndirilən müqavilənin saxtalığını müəyyən edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2014-cü il tarixli hökmü hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad olunan 82.4-cü maddəsinin tələbi baxmından preyudisial olmaqla, iddianın təmini üçün yetlərlidir.
27. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, mülki işdə olan Xətai Rayon İcra Şöbəsi tərəfindən Xətai Rayon Məhkəməsinin iddianın təmin tədbirinə dair xx.xx.2010-cu il tarixli qərardadının icrası ilə bağlı Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda hündürmərtəbəli binanın tikintisi ilə bağlı payçılarla bağlanmış müqavilələrin götürülməsinə dair tərtib edilmiş xx.xx.2011-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-dan götürülmüş “12ci qovluqda 402-ci sırada” və akta əlavə edilmiş siyahıda “106-cı sıra”da həqiqətən də İddiaçı məxsus xx.xx.2007-ci il tarixli müqavilə, ərizəsi və 14 ədəd maliyyə arayışları aşkar olunaraq götürülmüşdür. (Cild 1, i/v.261-277) Həmin aktda və siyahıda nə X12, nə də X4 adına hər hansı müqavilə və ya digər sənəd aşkar edilməmişdir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, məhkəmə mübahisəli mənzilin xx.xx.2007-ci il tarixdə Raqif İsrailova, xx.xx.2011-ci il tarixdə Əlniyaz Cəfərova, xx.xx.2012-ci il tarixdə isə Cavabdeh2 satıldığını müəyyən etsə də, mülki işin materiallarından görünür ki, xx.xx.2012-ci il tarixdə mənzilə dair Cavabdeh2la müqavilə bağlanılan vaxt "xxxx" MMC tərəfindən təkcə Əlniyaz Cəfərovun deyil, həm də Raqif İsrailovun razılıq ərizəsi alınmışdır. Halbuki mənzilə dair xx.xx.2011-ci il tarixdə Əlniyaz Cəfərovla müqavilə bağlanıldığı iddia edildiyindən, belə olan halda xx.xx.2012-ci il tarixdə mənzilə dair Cavabdeh2la yeni müqavilə bağlanan zaman Raqif İsrailovun həmin mənzilə hər hansı aidiyyəti olmadığından, sadə məntiqə görə razılıq ərizəsi Raqif İsrailovdan deyil, təkcə Əlniyaz Cəfərovdan alınmalı idi.
29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mənzilə dair bağlanıldığı iddia edilən xx.xx.2007-ci il tarixli müqavilədə mənzilin qiyməti 67.497 manat kimi göstərilmiş, üstündən 4 ildən çox vaxt keçdikdən sonra Əlniyaz Cəfərovla bağlanılması iddia edilən xx.xx.2011-ci il tarixli müqavilədə də mənzilin qiyməti yenə 67.497 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu ziddiyyətlər də araşdırılmamış, bu hallara düzgün qiymət verilməmişdir. Bundan başqa, mülki işin materiallarından görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən birinci instansiya məhkəməsində iddia etiraf olunmuş və cavabdehin iddianı etirafı mülki iş üzrə yuxarıda sadalalan digər sübutlarla tamamlanır. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddianı etirafına da hər hansı münasibət bildirilməmişdir.
30. Məhkəmə kollegiyası göstərmişdir ki, yuxarıda qeyd olunanlardan açıq-aşkar müəyyən olunur ki, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində, ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı, 165 saylı mənzilinə dair İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış müqavilə etibarlı, həmin mənzilə dair digər cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilə isə saxta olmaqla, etibarsız müqavilədir. Həmçinin məhkəmə kollegiyasının iclasında da müəyyən olundu ki, mübahisəli bina əvvəl "xxxx" MTK-nın, sonradan isə "xxxx" MMC-nin idarəçiliyində olmuşdur.
31. Məhkəmə kollegiyası tərəfindən yuxarıda da istinad olunmuş-hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmü ilə müəyyən olunduğu kimi, mübahisəli mənzilin alınması və təmiri ilə bağlı Cavabdeh2 88.000 manat vəsait sərf etmişdir. Həmin hökmlə saxtalığı müəyyən edilən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzilin qiyməti 67.497 manat göstərilmişdir.
32. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 manat "xxxx" MMCdən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən-X20 və Maraqlı şəxs) alınaraq Cavabdeh2 ödənilməli, eyni zamanda Cavabdeh2 mənzilə görə ona dəymiş ziyanla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
33. Apellyasiya instansiyası məhkəmsəi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 354.1, 178.8, 157.8, 384.0.4, 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə xx.xx.2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 89.1, 89.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
34. Qətnamədən Cavabdeh2 (Vəkil X21) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın ona münasibətdə rədd edilməsi barədə qərar qəbul olunmasını, eyni zamanda iddiaçıya pozulmuş hüquqlarının bərpasının mənzilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi yolu ilə deyil, onun hüquqlarını pozmuş şəxs (və ya şəxsdən) ona dəymiş maddi və s. ziyanın əvəzinin ödənilməsini tələb etmək yolu ilə bərpa etmək hüququnun izah olunmasını xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3336/2016 nömrəli, 19 iyul 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması qanunun tələbindən irəli gəlir. Mənzilin özgənin (Cavabdeh2) sahibliyində olması işin mübahisəsiz halıdır. Cavabdeh2 mənzilin sahibliyinin qanunsuz olması isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli hökmü ilə təsdiq olunur. Qeyd olunanlar ona dəlalət edir ki, iddiaçının iddia tələbi qanuna əsaslanmış və haqlı olmuşdur. Kassasiya şikayətinin iddiaçının mənzili deyil, onun dəyərini tələb etmək hüququna malik olması barədə dəlili qeyd olunanlara əsasən əsaslı hesab edilə bilməz.
d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
37. Qətnamədən məhkəmə aktı maraqlarına toxunan şəxs Maraqlı şəxs (vəkil X13) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 manatın "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən - X20 və Maraqlı şəxs) alınaraq ona ödənilməsi” hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 67.497 manatın "xxxx" MMC qismində X7 və Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Maraqlı şəxs "xxxx" MMC-nin direktoru vəzifəsini icra etmişdir. Məhkəmə kollegiyası, Cavabdeh2 həmin məbləğin ödənilməsi ilə bağlı məhkəmə aktının əsaslandırma hissəsində cavabdeh Maraqlı şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul olunmuş 1(101)-442/2014 nömrəli hökmə istinad etmişdir. Halbuki, Maraqlı şəxs ağır cinayətlər məhkəməsində aparılmış məhkəmə proseslərində, eləcə də həmin hökm qəbul edilərkən, müvafiq cinayət tərkibləri üzrə özünü təqsirli bilməmiş, sözügedən saxta müqavilələrin digər işçilər tərəfindən hazırlandığını bildirmişdir. Maraqlı şəxs "xxxx" MMC-dən ayrı hüquqi statusa malikdir və müvafiq hüquqi şəxsin öhdəlikləri üçün heç bir məsuliyyət daşımır. Cavabdeh2 ilə mənzilin alğısatqısına dair müvafiq xx.xx.2012-ci il tarixli müqavilə isə məhz "xxxx" MMC-nin adından bağlanılmışdır. apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunmuşdur ki, “... Hökmdə həmin müqavilə ilə bağlı göstərilmişdir ki, "xxxx" MMCnin işçisi Səbinə Şahruqova ilə Vahid Həşimov Cavabdeh1 MTK-dan əldə etdikləri müqavilə və maliyyə arayışı (sonradan həmin müqavilənin Raqif İsrailovun adına yazıldığı məlum olmuşdur) vasitəsi ilə kompüterdə saxtakarlıq edərək mənzilin qanuni sahibi İddiaçı adını pozaraq, Raqifə aid olması barədə düzəliş etmişlər. Onlar tərəfindən həmin mənzil eyni ilə Cavabdeh2 satılmış mənzil kimi də saxtalaşdırılmışdır...”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, müvafiq müqavilə üzrə əqdlərin digər şəxslər tərəfindən həyata keçirilməsinə özü də istinad etmişdir.
39. Birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, eləcə də apellyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qəbul edilərkən, sözügedən məhkəmə prosesləri üzrə Maraqlı şəxs iştirakı təmin olunmamış, heç bir məhkəmə prosesinə dair ona məhkəmə bildirişi göndərilməmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, sözügedən məhkəmə prosesləri keçirilərkən Maraqlı şəxs azadlıqdan məhrumetmə müəssisəsində olmuşdur. Bu hal isə özlüyündə sözügedən məhkəmə aktının kassasiya instasiyasında ləğv edilərək, apellyasiya məhkəməsinə qaytarılmalı olduğunu bir daha təsdiq edir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1182/2025 nömrəli, 22 aprel 2025-cı il tarixli qərarı ilə məhkəmə aktı maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi “mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 (altmış yeddi min dörd yüz doxsan yeddi) manatın hökmlə məhkum olunmuş təqsirkar şəxs Maraqlı şəxs alınaraq Cavabdeh2 ödənilməsi” hissəsində ləğv edilməsi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
42. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən məhkəmə aktı maraqlarına toxunan şəxs Maraqlı şəxs izahatında qeyd etdi ki, o, Ağır Cinayətlər Məhkəməsində qeyd etmişdir ki, özünü təqsirli bilmir, Vahid Həşimovun əməlinin qurbanı olmuşdur. Vahid Həşimovun cinayət işi davam edir. Faktiki rəhbəri o olub. Məbləğlə bağlı mübahisə yoxdur.
43. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, keçən iclasda da Maraqlı şəxs dedi ki o, Cavabdeh2 72 min pulu almışdır. 2014 cü ilin məhkəmə hökmü ilə Maraqlı şəxs pula görə məhkum olunub, o (cavabdeh) da həmən işdə zərərçəkmiş şəxs kimi tanınmışdır. Maraqlı şəxs ona sənəd vermişdi ki, sahib başqa şəxsdir, ona görə o, (cavabdeh) həmin şəxsə qarşı iddia qaldırıb pulu ondan istədi. O, (cavabdeh) 72 min dollar pul vermişdir.
44. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və digər cavabdehlər "xxxx"MTK, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1182/2025 nömrəli, 22 aprel 2025-cı il tarixli qərarı ilə məhkəmə aktı maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi “mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 (altmış yeddi min dörd yüz doxsan yeddi) manatın hökmlə məhkum olunmuş təqsirkar şəxs Maraqlı şəxs alınaraq Cavabdeh2 ödənilməsi” hissəsində ləğv edilməsi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
51. İş materiallarından olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-442/2014 saylı hökmündən görünür ki, "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında əvvəllər alğı-satqı müqavilələri ilə mənzillərin və digər sahələrin ayrı-ayrı şəxslərə satıldığını bildikləri halda, F.Mirzəyev özü və onun tapşırığına əsasən Maraqlı şəxs həmin yaşayış və qeyri-yaşayış sahələrini saxta sənədlər əsasında rəsmiləşdirərək "xxxx" MMC-nin adından yenidən başqa şəxslərə satmaqla, o cümlədən xx.xx.2012-ci il tarixli saxta müqavilə ilə binanın ikinci girişinin onuncu mərtəbəsində yerləşən ümumi sahəsi 131,83 kv.m. olan üçotaqlı mənzili Cavabdeh2 88 000 manata satmış, nəticədə 18 (on səkkiz) mənzili və iki qeyriyaşayış sahəsini 18 (on səkkiz) nəfərə satıb, onların bir hissəsindən pulu özü, digər hissəsindən Maraqlı şəxs nağd olaraq almaqla, özgənin külli miqdarda, yəni 1 043 584 manat məbləğində əmlakını vəzifə saxtakarlığı törətməklə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişlər. (Həmin cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs, İddiaçı isə şahid qismində tanınmışdır).
52. "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Maraqlı şəxs qeyd olunan hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşlar.
53. Hökmlə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMCnin direktoru olmuş Maraqlı şəxs həm də iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzili tamah məqsədi ilə, müqaviləni saxtalaşdırmaq yoluyla Cavabdeh2 sataraq təkrar dələduzluq əməlinə görə məhkum olunmuşlar. 54.Hökmdə qeyd olunur ki, Cavabdeh2 ilə MMC-də mənzil alqı-satqısı ilə bağlı sənədləşmələr qeydiyyata alınmamış, pul vəsaiti müəssisənin xəzinəsinə mədaxil edilməmişdir.
55. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
56. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən müqavilənin saxtalığını və həmin müqavilənin saxtalaşdırılmasında Maraqlı şəxs təqsirini müəyyən edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2014-cü il tarixli hökmü hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad olunan 82.4-cü maddəsinin tələbi baxmından preyudisial əhəmiyyət daşıyır.
57. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 m2 olan 3 otaqlı 165 saylı mənzilə dair cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin saxtalığı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Buna görə də həmin müqavilə etibarsızdır.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
59. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.
60. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etibarsız əqd üzrə yaranmış münasibətlər əqd nəticəsində əldə edilənlərin qarşılıqlı qaytarılması (restitusiya) prinsipi ilə tənzimlənir. Yəni, etibarsız əqd üzrə hüquqların müdafiəsi yalnız əqdin etibarsız sayılması ilə deyil, həm də onun nəticələrinin aradan qaldırılması ilə, yəni tərəflərin ilkin vəziyyətə qaytarılması ilə reallaşır.
61. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 m2 olan 3 otaqlı 165 saylı mənzilin qiyməti 67497 manat göstərilmişdir.
62. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67497 manat saxta müqavilənin tərtib edilməsində təqsiri hökmlə öz təsdqini tapmış və məhkum olunmuş təqsirkar şəxslərdən biri olan Maraqlı şəxs da tutulmalıdır. 63.Maraqlı şəxs pulun ondan tutulmasına etirazı onunla əlaqədardır ki, Cavabdeh2 67497 manat məbləğində pulun cavabdeh Əlniyaz Cəfərovdan tutulması barədə iddia tələbi olmuşdur. 64.Qeyd olumalıdır ki, Səbail Rayon məhkəməsinin 2(009)-550/2017 saylı mülki iş materiallarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddia tələbi rədd edilmişdir. Məhkəmə müvqeyini belə əsaslandırmışdır ki, iddiaçı cinayət işi üzrə keçirilən məhkəmə iclasında verdiyi izahatında mənzilin alınması ilə bağlı onun tərəfindən cavabdehə (Əlniyaz Cəfərova) pul vəsaitinin verilməsinə dair hər hansı ifadə işlənilməmişdir.
65. Beləliklə, kollegiya qeyd olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti qismən qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 (altmış yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində pul Maraqlı şəxs alınaraq Cavabdeh2 ödənilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2552/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Mənzilin alınması ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş 67.497 (altmış yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində pul Maraqlı şəxs alınaraq Cavabdeh2 ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva