Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3929/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və iddiaçının tərəfində mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 39 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsələrin dairəsinin və miras payının müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı vərəsəlik hüququnun tanınması və ¼ hissədə miras payının müəyyən edilməsi, həmin torpaq sahəsi ilə bağlı ünvan 2dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən - ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X2 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin ¼ hissəsinə onun və anası X8 vərəsəlik hüquqlarının tanınması, əmisi X10 vəsiyyət üzrə vərəsəsi olaraq ona məxsus ¼ hissəyə onun vərəsəlik hüququnun tanınması, həmin torpaq sahəsi ilə bağlı ünvan 2dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən - ¾ hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən - ¾ hissədə silinməsi, eyni nisbətdə çıxarışın ləğvi, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X2 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın tam silinməsi, çıxarışın tam ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələblərinin təmin olunması, miras əmlakdan ¼ hissəyə onun və İddiaçı vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixdə öldüyündən Cavabdeh1 aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiaları qismən təmin edilmiş; X5 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin Yusif Musa oğluna məxsus miras payının ¼ hissəsinə İddiaçı və X8 vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və hər birinin miras paylarının müəyyən edilməsinin Bakı şəhəri 39 saylı notariat ofisinə həvalə edilməsi; ünvan 1 ünvanında yerləşən 0.549 ha torpaq sahəsi ilə bağlı ünvan 2dən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən – ¾ hissədə etibarsız hesab edilməsi; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tam mülkiyyət hüquqlarına dair aparılmış qeydiyyatın qismən – ¾ hissədə silinməklə eyni nisbətdə çıxarışın ləğv edilməsi; Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X3 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-172 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 0.549 ha torpaq sahəsinin 0.06 ha hissəsini X7 bağışlamasına dair Bakı şəhəri 13 saylı DNK-da xx.xx.2017-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-173 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi”, həmin torpaq sahəsindən 0.429 ha hissənin Musayev X2 ilə bağlı Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-171 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X1, X4, habelə Cavabdeh2 adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın silinməklə çıxarışın ləğv edilməsi; iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil4) və iddiaçının tərəfində mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 (Vəkil3) ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinə 31 may 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsindən X6 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsindən X6 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3929/2023 saylı, 23 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2023 saylı, 27 fevral 2023-cü il tarixli qətnaməsindən X6 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3929/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3929/2023
19.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver