Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3943/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025 il tarixli, 2(011)-594/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa kəndi, Hüseynbala Əliyev (Aydınbəyov) küçəsində yerləşən 20V saylı fərdi yaşayış evi hazırda İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onun atası Gülmirzə-zadə İlham Əliyar oğlu ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və həmin evə **********30000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən istifadə edilir.
2. Cavabdehin əməkdaşları tərəfindən 2017-ci ilin fevral 2021-ci ilin avqust ayları ərzində həyata keçirilən yoxlama zamanı həmin ünvan üzrə 27 dəfə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsi müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020- ci il tarixdə, ******* saylı, xx.xx.2020ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə, ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı və xx.xx.2021-ci il tarixdə ******* saylı aktlar tərtib edilmişdir. Həmin 23 akt üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilkdə 6.674,90 manat məbləğində cərimə (zərər) hesablanaraq, onun abonent hesabına daxil edilmişdir. Digər 4 hal, yəni 2017-ci ilin fevral və mart, habelə 2018-ci ilin yanvar və mart aylarında aşkar edilmiş bu pozuntularla bağlı abonet saldosuna ümumilikdə (361,20, 200,80, 451,80 və 99,40) 1.113,20 manat cərimə (zərər) məbləği daxil edilsə də, buna əsas olmuş hər hansı aktın tərtib edildiyi, habelə tələbnamənin qəbul edildiyi müəyyən edilmir. Bununla belə, qeyd edilən dövr ərzində abonent saldosuna daxil edilmiş cərimənin ümumi məbləği (6.674,90 + 1.113,20) 7.788,10 manat təşkil etmişdir. Tərtib edilmiş aktlar cavabdehin əməkdaşları tərəfindən imzalanmış, eyni zamanda, Gülmirzə-zadə İlham Əliyar oğlunun aktları imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir.
3. Gülmirzə-zadə İlham Əliyar oğlu kardiogen şok səbəbi ilə xx.xx.2021-ci il tarixdə ölmüşdür.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1871 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən cavabdehə vurulmuş zərərin məbləği 2017-ci il tarixli aktlar üzrə 520,90 manat, 2018-ci il tarixli aktlar üzrə 910 manat, 2019-cu tarixli il aktlar üzrə 1.536,80 manat, 2020-ci il tarixli aktlar üzrə 1.230,40 manat, 2021-ci il tarixli aktlar üzrə 1.857,60 manat, cəmi 6.055,70 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evi üzrə (abonenet kodu: **********30000) cərimə kimi yazılmış 8.557,35 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək, onunla əsaslandırmışdır ki, sayğac mərhum atası Gülmirzə-zadə İlham Əliyar oğlunun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları həmin yaşayış evinə quraşdırılmış sayğacı yoxlayarkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmişlər. Laboratoriya rəyində qeyd edilmişdir ki, guya onlar sayğaca müdaxilə etmişlər. Cavabdeh ona haqsız yerə borc yazmışdır. Bir müddət sonra kartına yüklədiyi puldan tutulmalar olduğunu görmüşdür.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025 il tarixli, 2(011)-594/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa kəndi, Hüseynbala Əliyev (Aydınbəyov) küçəsi, 20V saylı fərdi yaşayış evinə (abonent kodu: **********30000) dair hesablanmış 7.621,12 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (X3)
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, aktda qeyd edilən qazdan istifadə qaydalarının pozulması hallarının törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin 2018-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək tərtib etdiyi aktlar əsasında hesabladığı maddi zərərin (cəmi 7.226,10 manat) iddiaçıdan tələb etməsi əsassızdır.
9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş abonent saldusunun “qalıq və aktlar” bölməsində 2017-ci ilin fevral ayı üzrə 361,20 manat, mart ayı üzrə isə 200,80 manat olmaqla, cəmi 562 manat borcunun da olduğu göstərilsə də, cavabdeh həmin borcun hansı əsasla yarandığını təsdiq edə bilən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə məhkəmə iclasında 2017-ci ilin fevral və mart aylarında qazdan sayğacsız istifadə etdiklərini, evldə isə qaz işlədicilərdən yalnız 1 ədəd qaz sobası və 2 gözlü qaz peçinin olduğunu bildirmişdir. Ona görə də məhkəmə iddiaçının etirafını nəzərə alaraq hesab etmişdir ki, 2017-ci ilin fevral və mart ayları üzrə onun qazdan istifadə etməsi nəticəsində yaranmış borcu aşağıdakı qaydada hesablanmalıdır: 1) 2017-ci ilin fevral ayı üzrə 2 gözlü qaz plitəsinin 27 gün ərzində gündəlik 6 saat müddətində istifadə etdiyi qazın sərfiyyatı - 0,6 m3 x 6 saat x 27 gün = 97,2 m3 x 0,10 manat = 9,72 manat; 27 gün ərzində gündəlik 18 saat müddətində sobanın istifadə etdiyi qazın sərfiyyatı - 1,4 m3 x 18 saat x 27 gün = 680,4 m3 x 0,10 manat = 68,04 manat) 2017-ci ilin mart ayı üzrə 2 gözlü qaz plitəsinin 31 gün ərzində gündəlik 6 saat müddətində istifadə etdiyi qazın sərfiyyatı - 0,6 m3 x 6 saat x 31 gün = 111,6 m3 x 0,10 manat = 11,16 manat; 31 gün ərzində gündəlik 18 saat müddətində sobanın istifadə etdiyi qazın sərfiyyatı - 1,4 m3 x 18 saat x 31 gün = 781 m3 x 0,10 manat = 78,10 manat. Hər iki ay üzrə iddiaçının sayğacdan kənar istifadə etdiyi qazın sərfiyyatı isə 166,98 manat təşkil etmiş olur. Lakin məhkəmə hesab etmişdir ki, 2018-ci ilin fevral ayından 2021-ci ilin avqust ayınadək tərtib edilmiş aktlar əsasında cavabdehin maddi zərərə görə hesabladığı 7.226,10 manat və 2017-ci ilin fevral və mart ayları üzrə abonent saldosunda əks olunmuş 395,02 manat (562 manat - 166,98 manat = 395,02 manat) borc olmaqla, cəmi 7.621,12 manat borcun silinməsi hissəsində iddia tələbi əsaslı olsa da, 936,23 manat borcun silinməsi hissəsində əsassızdır.
10. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar 97,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 448.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci, 6.7-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. Eyni zamanda, qətnamə cavabdehdən dövlət budcəsinə tutulan dövlət rüsumunun əvəzinin məbləği hissəsində dəyişdirilməlidir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabehin üzərinə qoyulmuşdur.
27. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa kəndi, Hüseynbala Əliyev (Aydınbəyov) küçəsində yerləşən 20V saylı fərdi yaşayış evi Gülmirzə-zadə İlham Əliyar oğlunun istifadə və sahibliyində olmuş, onunla cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və həmin evə **********30000 nömrəli abonent kodu verilmişdir. Həmin şəxs kardiogen şok səbəbi ilə xx.xx.2021-ci il tarixdə ölmüş, bundan sonra qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyinə keçmişdir.
29. Hazırda iddiaçı aktların əhatə etdiyi dövr ərzində həmin ünvan üzrə yalnız 2017-ci ildə təbii qazdan sağyacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edildiyini, növbəti illərdə isə istifadə edilmədiyini, tərtib edilmiş aktlar üzrə qəbul edilmiş tələbnamələrlə ümumilikdə 8.557,35 manat məbləğində zərərin (cərimənin) əsassız olaraq hesablandığını iddia edir və bu məbləğin silinməsini tələb eidr.
30. Lakin iddiaçı öz mövqeyini sübuta yetirə bilmir. Cavabdeh isə iddia ilə razılaşmır və qeyd edilən ünvan üzrə göstərilən dövr ərzində təbii qazdan qanunsuz (xətt) qoşulma vasitəsi ilə istifadə edildiyini bildirir və öz mövqeyinin təsdiqi olaraq aktlar, onların əsasında qəbul edilmiş tələbnamələr, habelə fotoşəkillər təqdim edir, eyni zamanda, abonent məlumatlarına (abonentin saldosuna) istinad edir. Qeyd edilən müddət ərzində həmin ünvanda fasiləsiz şəkildə yaşayışın olması işin mübahisəsiz halıdır. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, həmin ünvan üzrə bütün bu müddət ərzində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə etmişdir. Bunun nəticəsi olaraq da cavabdehə vurulmuş zərər abonent hesabından silinə bilməz və iddiaçı tərəfindən ödənilməlidir.
31. Məhkəmə kollegiyası iddia üzrə silinməsi tələb edilən ümumi məbləğlə bağlı qeyd edir ki, 2017-ci ilin fevral ayı – 2021-ci ilin avqust ayları ərzində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə həmin ünvana 27 hal üzrə 7.788,10 manat məbləğində cərimə hesablanmaqla, abonent hesabına daxil edilmişdir. Bununla belə, iddiaçının iddia üzrə silinməsi tələb etdiyi 8.557,35 manat cərimə məbləğ etibarı ilə təsdiqini tapmır. Başqa sözlə, iddiaçının istifadə və sahibliyində olan ünvan üzrə abonent hesabına həmin müddət ərzində 8.557,35 manat deyil, ümumilikdə 7.788,10 manat məbləğində cərimə hesablanmışdır. Məhz həmin məbləğdə cərimənin əsassız hesablanıb-hesablanmamasına hüquqi qiymət verilməli idi.
32. Lakin birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, habelə iş materiallarında olan sübutların qiymətləndirilməsində səhvə yol verərək, ünvan üzrə yalnız 2017-ci ildə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi və bunun nəticəsi olaraq cavabdehə cəmi 166,98 manat məbləğində zərərin vurulması qənaətinə gəlmişdir. Həmin ildə ümumilikdə hesablanmış 562 manat cərimənin (562-166,98) qalan 395,02 manat hissəsini, 2018-ci ilin fevral – 2021-ci ilin avqust ayları üzrə hesablanmış 7.226,10 manat məbləği ilə birlikdə (cəmi 7.226,10 + 395,02 = 7.621,12) əsassız olaraq hesablanmış cərimə məbləği kimi qymətləndirməklə silmişdir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, iş materiallarında olan sübutları təhlil edib, 395,02 manat məbləğini də bu dövrə hesablamaqla 2018-ci ilin fevral – 2021-ci ilin avqust ayları üzrə ümumilikdə 7.621,12 manat məbləğində zərərin (cərimənin) əsassız hesablanması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən bu dövrlə bağlı istinad olunmuş 27 haldan ikisi 2017-ci ilə, ikisi isə 2018-ci ilə təsadüf edir. Lakin nə 2017-ci (fevral, mart), nə də ki, 2018 ildə (yanvar, mart) aşkar edilmiş bu halların rəsmiləşdirilməsi, yəni aktların tərtib edilməsi və aktlar əsasında cərimə (zərər) məbləğlərinin hesablanması müəyyən edilmir. Hər bir halda, bu aylar üzrə tərtib edilmiş aktlar və tələbnamələr məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən qeyd edilən dövr üzrə hesablama məhz mövcud olan aktlar və tələbnamələr əsas götürülməklə aparılmalıdır.
34. Həmin dövr ərzində ümumilikdə 23 akt tərtib edilmiş, həmin aktlar əsas götürülməklə vurulmuş zərər məbləği hesablanmış və ümumilikdə 6.674,90 manat cərimə məbləği aktların tarixinə uyğun olaraq abonent hesabına daxil edilmişdir.
35. Lakin məhkəmə kollegiyası aktların əhatə etdiyi müddətləri, aktlarda göstərilən cihazları və digər diqqətəlayıq halları nəzərə alıb, habelə həmin aktlara əsasən hesablanmış zərərin məbləğini Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən hesablanmış zərər məbləği ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, həmin rəy üzrə hesablanmış məbləğlər əsas götürülə bilməz.
36. Belə ki, cavabdeh tərəfindən ümumilikdə 23 akt tərtib edilməsinə baxmayaraq, bu qurum tərəfindən tərtib edilmiş rəydə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə hesablama 27, o cümlədən faktiki olaraq mövcud olmayan 4 akt üzrə aparılmışdır. Halbuki, cavabdeh tərəfindən 2017-ci ilin fevral, mart və 2018-ci ilin yanvar və mart ayları üzrə hər hansı aktın tərtib edildiyi müəyyən edilmir. Digər tərəfdən 2018-2019-cu illərə aid aktlarda və tələbnamələrdə qazla işləyən cihazdan asılı olaraq orta günlük iş rejimi qismində yay fəslində 4 saat, qış fəslində isə 6, 8 və 18 saat əsas götürüldüyü halda, rəydə fəsildən asılı olmayaraq, hesablama 12 saat üzrə aparılmışdır. Eyni zamanda, bir neçə akt üzrə cavabdeh qanunsuz olaraq sərf edilmiş təbii qazın 1 m3 0,10 manatdan hesabladığı halda, rəyə əsasən hesablama 0,20 manat əsas göturulməklə aparılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filial tərəfindən tərtib edilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və aktlar üzrə aparılmış hesablamaların düzgünlüyünə ayrıca hüquqi qiymət verilməlidir.
37. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib edilmiş ümumilikdə 23 akt və onlar əsasında qəbul edilmiş tələbnamələrlə bağlı qeyd edir ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 1 cihazın (4 gözlü qaz plitəsinin – PQ-4) göstərildiyi halda, həmin aktlarda və tələbnamələrdə itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan müxtəlif sayda (11 aktda 2 cihaz, 8 aktda 3 cihaz, 4 aktda isə 4 cihaz) cihazlar üzrə hesablanmışdır. Lakin abonent saldosunda göstərilməyən cihazların, xüsusilədə 2021-ci ildə 4 cihazın həmin evdə olmasının cavabdeh tərəfindən hansı qaydada müəyyən edildiyi aydın deyil. 2018-ci, 2019-cu və 2021-ci ilin eyni dövrü (aprel ayı) üzrə hesablama müvafiq olaraq 2, 3 və 4 cihaz üzrə aparılmışdır.
38. 2018-ci ilin fevral ayından 2019-cu ilin dekabr ayınadək cihazdan asılı olaraq günlük iş rejimi qismində yay aylarında 4 saat, qış aylarında isə 6 saat (PQ-4), 8 saat (QSSQ) və 18 saat (radiator/dəmir soba) götürldüyü halda, 2019-cu ilin dekabr ayından etibarən hesablama fəsildən və aydan asılı olmayaraq 24 saat üzrə aparılmışdır. Halbuki, bütün bu cihazların günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. İlin isti ayları olan iyun, iyul, avqust və sentyabr, nisbətən isti ayı hesab olunan may və oktyabr ayları üzrə dəmir sobanın nəinki günlük iş rejiminin 24 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur.
39. Bundan başqa, bir sıra aktlar üzrə qəbul edilmiş tələbnamələrdə təbii qazın 1 m3 həcmi 0,10 manatdan, bir sıra aktlarda isə 0,20 manatdan hesablanmışdır. Nəticədə müxtəlif illərdə tərtib edilmiş, lakin eyni dövrü əhatə edən aktlar əsasında qəbul edilmiş tələbnamələrdə hesablama müxtəlif sayda cihazlar, fərqli orta günlük iş rejimi üzrə aparılmış, 1 m3 təbii qazın dəyəri müxtəlif məbləğlər üzrə hesablanmışdır. Məsələn, 2019cu ilin avqust ayı üzrə 32,40 manat, 2021-ci ilin avqust ayı üzrə isə artıq 194,40 manat, 2019-cu ilin iyul ayı üzrə 32,40 manat (iyun ayı üzrə isə 64,80 manat), 2021-ci ilin iyul ayı üzrə isə 194,40 manat, 2019-cu ilin oktyabr ayı üzrə 32,40 manat, 2020-ci ilin oktyabr ayı üzrə 194,40 manat, 2019-cu ilin yanvar ayı üzrə 133,20 manat, lakin 2021-ci ilin eyni dövrü üzrə artıq bu məbləğin 3 qatı, yəni 399,60 manat zərər məbləği hesablanmışdır.
40. Qeyd edilənlər öz növbəsində aktlar və onun əsasında qəbul edilmiş tələbnamələrdə əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası tərtib edilmiş bir sıra aktlar üzrə qəbul edilmiş tələbnamələrdə aparılmış hesablamanı nəzərə alıb və rəhbər tutub, belə qənaətə gəlir ki, iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində vurulmuş zərər məbləği ilin isti və nisbətən isti ayları üzrə (2 avadanlıq: PQ4 - maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, QSQ - maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 4 saat, təbii qazın 1 m3 həcmi 0,10 manat) 32,40 manat, soyuq ayları üzrə (3 avadanlıq: PQ4 - maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, QSQ - maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, dəmir soba - maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi müvafiq olaraq 6 saat, 8 saat, 18 saat, təbii qazın 1 m3 həcmi 0,10 manat) isə 133,20 manat həddində müəyyən edilməlidir. Hər bir halda, cavabdehin əməkdaşları tərəfindən bir sıra aktlar üzrə qəbul edilmiş tələbnamələrlə hesablama məhz bu qaydada aparılmışdır. Başqa sözlə, bir sıra hallarda cavabdeh özü vurulmuş zərərin məhz bu məbləğdə olmasını təsdiq etmişdir.
41. Bununla belə, məhkəmə kollegiyası iddiaçının istifadə və sahibliyində olan ünvan üzrə təbii qazın sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində vurulmuş zərərin həcminin və dəyərinin məhz bu qaydada hesablanmasını qanuni hesab edir və bu qaydada aparılmış hesablamanı əsas götürərək, belə qənaətə gəlir ki, təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində cavabdehə 2018-ci ilin fevral ayında 133,20 manat, aprel ayında 133,20 manat, 2018-ci ilin noyabr – 2019-cu ilin aprel aylarında 799,20 manat (133,20 x 6 ay), 2019-cu ilin iyun ayında 32,40 manat, iyul ayında 32,40 manat, avqust ayında 32,40 manat, sentyabr ayında 32,40 manat, oktyabr ayında 32,40 manat, noyabr ayında 133,20 manat, dekabr ayında 133,20 manat, 2020-ci ilin yanvar ayında 133,20 manat, fevral ayında 133,20 manat, mart ayında 97,68 manat (133,20 / 30gün x 22 gün), iyul - sentyabr aylarında (32,40 x 3 ay) 97,20 manat, oktyabr ayında 32,40 manat, 2020-ci ilin noyabr - 2021-ci ilin yanvar aylarında (133,20 x 3 ay) 399,60 manat, 2021-ci ilin fevral ayında 133,20 manat, mart ayında 133,20 manat, aprel ayında 133,20 manat, may ayında 32,40 manat, iyun ayında 32,40 manat, iyul ayında 32,40 manat, avqust ayında 32,40 manat, cəmi 2.916,48 manat məbləğində zərər vurulmuşdur.
42. Məhkəmə kollegiyası abonentin saldo məlumatlarına istinadən o halı da qeyd edir ki, 2018-ci ilin fevral – 2021-ci ilin avqust ayları ərzində həmin ünvan üzrə təbii qazdan istifadə edilməsi məqsədi ilə ümumilikdə 202 manat məbləğində ödəniş edilmişdir ki, bu məbləğ də müəyyən edilmiş 2.916,48 manat zərər məbləğindən çıxılmalı, qalan (2.916,48 – 202) 2.714,48 manat yekun zərər məbləği qismində müəyyən edilməli, qalan (7.621,12 – 2.714,48) 4.906,64 manat əsassız hesablanmış zərər məbləği qismində iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evinin abonent hesabından silinməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, 2018-ci ilin fevral – 2021-ci ilin avqust ayları üzrə iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində cavabdehə ümumilikdə 2.714,48 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğdən artıq yazılmış 4.906,64 manat hissəsi əsassız hesablanmış məbləğ kimi həmin evin abonent hesabından silinməlidir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “cavabdeh tərəfindən iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evinə hesablanmış 7.621,12 manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməli, həmin evin abonent hesabından 4.906,64 manat məbləğində borc (cərimə) silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən dövlət büdcəsinə tutulan dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan bu məbləğ üçün nəzərdə tutulmuş 69,06 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət mədaxilinə alınmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.
45. Məhkəmə kollegiyası vurğulayır ki, saxlanılan və silinən məbləğ 5.000 manatdan az olduğundan tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-594/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh tərəfindən İddiaçı istifadə və sahibliyində olan fərdi yaşayış evinə hesablanmış 7.621,12 (yeddi min altı yüz iyirmi bir manat, on iki qəpik) manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı istifadə və sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa kəndi, Hüseynbala Əliyev (Aydınbəyov) küçəsi, 20V saylı fərdi yaşayış evinin abonent hesabından (**********30000) 4.906,64 (dörd min doqquz yüz altı manat, altmış dörd qəpik) manat məbləğində borc (cərimə) silinsin. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-594/2025 nömrəli qətnaməsi Cavabdehndən dövlət büdcəsinə tutulan dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. İddiaçı ödənilməsindən azad olunduğu 69,06 (altmış doqquz manat, altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq dövlət mədaxilinə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.