Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3946/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istinad divarının sökülməsi, söküntü materiallarının həyətdən çıxarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(009)-302/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(009)-302/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş 52 metr uzunluğunda istinad divarının Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 3 ay ərzində sökülməsi və söküntü materiallarının torpaq sahəsindən çıxarılması, Cavabdeh müəyyən edilmiş 3 ay müddət ərzində qətnaməni icra etməsə, İddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməsinin haqlı hesab edilməsi, Cavabdeh İddiaçı xeyrinə vəkilin göstərdiyi yardıma görə 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 1100 manat məbləğində pulun tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iş üzrə iddianın qiyməti 10000 manatdan çox olduğundan cavabdeh qətnamədən apelyasiya şikayəti verərkən 87,5 manat dövlət rüsumu ödəməli olduğu halda, 50 manat dövlət rüsumu ödəmişdir. Məcəllənin 364-cü maddəsinin tələbinə görə Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apelyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(009)-302/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3946/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3946/2023
26.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver