Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3954/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh3 ASC-yə qarşı “müqavilənin ləğvi, ödənilmiş pulun, təmir xərcinin və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iş üzrə (Açar sözlər: prosessual müddət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh3 ASC-yə qarşı “müqavilənin ləğvi, ödənilmiş pulun, təmir xərcinin və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “X2 Korporasiyası” ASC arasında, Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, ünvan 1 ünvanında yerləşən 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 13305 nömrəli “Alqısatqı” müqaviləsinin ləğv edilməsi, həmin mənzilin dəyəri olaraq tərəfindən “X2 Korporasiyası” ASC-yə ödənilmiş 63 000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30.000 manatın və ödənilmiş dövlət rüsumunun, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun “X2 Korporasiyası” ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
3. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti qeyri mümkün hesab edilmişdir.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 237/2023 saylı işi üzrə xx.xx.2023- cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
7. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Eyni zamanda ərizə təqdim edərək, apelyasiya şikayətinin yol verilmiş nöqsanlara görə geri qaytarıldığını, hazırda həmin nöqsanları aradan qaldırmaqla yenidən apelyasiya şikayətini verdiyini bildirərək apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
9. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Bu şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, həmin qərardaddan vəkilin verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Sonuncu qərardad həmin tarixdə də vəkilin elektron məhkəmə informasiya sistemində olan kabinetinə yerləşdirilmişdir. Bundan sonra vəkil xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən yenidən apelyasiya şikayəti vermişdir. Lakin müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsinin üzrlü səbəbi kimi nöqsanların aradan qaldırılmasını göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadında apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə əsas olaraq dövlət rüsumunun qanunvericiliyə uyğun qaydada ödənilməməsi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, bu nöqsanın aradan qaldırılması və eyni məzmunlu apellyasiya şikayətinin verilməsi üçün 50 təqvim günü vaxtın ötməsi üzrlü ötürülmüş zaman dövrü hesab edilə bilməz. Vəkil ərizəsində bu məsələyə heç bir münasibət bildirməmiş, məhz nöqsanları aradan qaldırdığını əsas gətirmişdir. Uzun müddət keçməsinə baxmayaraq kifayət qədər əsaslandırılmış hazırki ərizənin təmin edilməsi, vahid məhkəmə təcrübəsi baxımından qeyri-müəyyən şəxslər dairəsinə prosessual hüquqlarından sui-istifadə edərək apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitən tarixdən uzun müddət sonra da şikayət verərək qətnamənin icrasına və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş iddiaçının hüquqlarının təmin edilməsinə süni əngəllər yaratmaq imkanı verir. Digər tərəfdən, iddiaçı tərəf yenidən apellyasiya şikayətinin verilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasını gözlədiyini qeyd etmiş, buna görə də müddətin ötürülməsinin üzürlü sayılmasını bildirmişdir. Bu halla bağlı məhkəmə vurğulayır ki, işin yuxarı instansiya məhkəməsində olması iddiaçını “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət etmək imkanından məhrum etməmiş, iddiaçının bu texniki imkanı olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən olmamışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
10. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, və apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması haqqında sonuncu məhkəmə qərardadı Nərimanov Məhkəməsinin hakimi tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmiş və xx.xx.2024-cü il tarixində Elektron Məhkəmə Sistemi vasitəsi ilə portala yerləşdirilmişdir. Həmin tarixdən cəmi bir gün sonra, yəni xx.xx.2024-cü il tarixində isə, apellyasiya şikayəti sistem vasitəsi ilə məhkəməyə göndərilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət, e-2(005)-237/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
17. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
20. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
21. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir.
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır.
24. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024- cü il tarixli 2(103)-1386/2024 nömrəli qərardadından kassasiya şikayəti vermişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-1074/2024 saylı qərardadına əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(103)-1386/2024 nömrəli qərardadından verdiyi kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi, Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 237/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
27. İş materiallarından görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bundan sonra İddiaçı tərəfindən yenidən apellyasiya şikayəti və şikayət verilməs üçün prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir.
28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən 50 təqvim günü ərzində apellyasiya şikayəti verilməli olması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu müddət ərzində apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2024- cü il tarixli 2(103)-1386/2024 nömrəli qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş, Ali Məhkəmənin qərardadına əsasən qanuni qüvvəyə mindikdən sonra apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı prosessual qanunvericiliyə əməl edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Yalnız bundan sonra iddiaçı tərəfindən yenidə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizənin verilməsi prosessual müddətin ötürülməsi kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçı tərəfindən ilkin olaraq apellyasiya şikayəti qanunveticiliklə müəyyən edilmiş müddət ərzində verilmişdir.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür.
30. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş hazırki apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edilməklə verilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yoxdur.
31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ:
İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-237/2023 saylı, xx.xx.2024cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilsin. Qərardaddan şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev