Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3956/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, 11 mart 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)- 4478/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən İddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)- 4478/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və mülki iş materiallarla birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11482/2021 nömrəli, 15.12.2021-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)- 4478/2021 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, 11 mart 2022-ci il tarixli qərardadı ilə bu qətnamədən verilmiş apellyasiya şikayəti 10.03.2022-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş 1 ay şikayət vermə müddəti keçdikdən sonra məhkəməyə daxil olduğuna və apellyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim edilmədiyinə görə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin eyni saylı, 14 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçının verdiyi şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(010)- 4478/2021 nömrəli qətnaməsi 23.09.2021-ci il tarixdə Cavabdeh tərəfindən qəbul edilmiş, lakin, bu qətnamədən verilmiş apellyasiya şikayəti 10.03.2022-ci il tarixdə - qanunvericiliklə nəzərdə tutulmuş 1 ay şikayət vermə müddəti keçdikdən sonra məhkəməyə daxil olmuş, bu zaman apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdirsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Eləcə də MPM-nin 363.1.3-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də MPM-nin 363.1.3-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Sərdarova (Cəfərova) Sədaqət Səmədxan qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, 11 mart 2022-ci il qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3956/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3956/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver